Bütün xəbərlər
25 dekabr, 10:00

Dekabrın 24-də Şəki-Zaqatala Regional Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Şəki Rayon Komitəsinin birgə təşkilatçılığı ilə yerli təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlər arasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Tullantılardan İncəsənətə” adlı əl işlərindən ibarət sərgi keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, sərginin açılışından əvvəl müəllimlərin əl işlərinə baxış keçirilib. Sonra tədbir iştirakçıları “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində bir neçə sinifdə təşkil edilən açıq dərsləri izləyiblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər Təhsilin Təşkili Şöbəsinin müdiri İlahə Rəsulova, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, ATİAHİ Şəki Rayon Komitəsinin sədri Ziyafət Xasıyeva və başqaları çıxış edərək, belə tədbirlərin müəllimlərin yaradıcılıq qabiliyyətlərinin inkişafı və ekoloji şüurun artırılması baxımından əhəmiyyətini vurğulayıblar.

Sərgi çərçivəsində təşkil edilən müsabiqənin qalibləri münsiflər heyətinin qərarı ilə müəyyənləşdirilib və onlara mükafatlar təqdim edilib.

Tədbir şagirdlərin hazırladığı “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş ədəbi-bədii kompozisiyanın nümayişi ilə başa çatıb.

1 /10

Şərhlər

Xəbər lenti

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

14 iyun, 13:02

Bu regionda 36 məktəbə direktor təyin edildi

14 iyun, 12:45

Emin Əmrullayev: “Son zəng” ifadəsində “son” sözü olsa da, hər şeyin başlanğıcıdır

14 iyun, 12:42

Nazir: Böyük Qayıdış gənclərə təhsil, iş baxımından böyük imkanlar açır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.