Bütün xəbərlər
22 yanvar, 12:56

Sosial pedaqoq təhsilalanların rifahını təmin etmək, onların sosial və psixoloji ehtiyaclarını ödəmək üçün məktəb və ailə arasında körpü rolunu oynayan şəxsdir. Müasir təhsil sistemində sosial pedaqoqun fəaliyyəti yalnız uşaqların təlim-tərbiyəsi ilə məhdudlaşmır, eyni zamanda onların hüquqlarının müdafiəsi, sosial problemlərinin həlli və cəmiyyətə inteqrasiyası istiqamətində geniş spektrli vəzifələri əhatə edir.

"Azərbaycan müəllimi" xəbər verir ki, “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının “20” dekabr 2017-ci il tarixli qərarında ümumtəhsil müəssisələrində fəaliyyət göstərən sosial pedaqoqun əmək funksiyası aşağıdakı kimi müəyyən olunmuşdur:

- Müəssisədə və yaşayış yeri üzrə təhsilalanların (tərbiyə alanların, uşaqların) tərbiyəsi, təhsili, inkişafı və sosial müdafiəsi ilə bağlı tədbirləri həyata keçirir;
- Təhsilalanların (tərbiyə alanların, uşaqların) şəxsiyyətinin psixo-tibbi-pedaqoji xüsusiyyətlərini, onun mikromühit amillərini və həyat şəraitini öyrənir;
- Təhsilalanların (tərbiyə alanların, uşaqların) maraqları və tələbatları, çətinlik və problemlərini, mübahisəli hallarını, davranışında pozuntuları aşkar edir və sosial yardım və dəstək göstərir;
- Təhsilalan (tərbiyə alan, uşaq) şəxslər, müəssisə, ailə, müxtəlif sosial xidmətlər, yerli icra strukturları və digər inzibatı orqanların əməkdaşları arasında vasitəçi kimi çıxış edir;
- Sosial-pedaqoji işin məqsədlərini, üsullarını, formalarını müəyyən edir, şəxsi və müxtəlif sosial problemlərin həlli yolları, sosial müdafiə və sosial yardım, təhsilalan (tərbiyə alan, uşaq) şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi ilə bağlı tədbirlər görür;
- Təhsilalanların (tərbiyə alanların, uşaqların) və böyüklərin sosial baxımdan dəyərli fəaliyyətinin müxtəlif növlərini təşkil edir, sosial təşəbbüslərin inkişafına yönəlmiş tədbirlərin, sosial layihələrin və proqramların həyata keçirilməsi, onların işlənib hazırlanmasında və təsdiqində iştirak edir;
- Sosial mühitdə insansevər, mənəvi baxımdan sağlam münasibətlərin yaradılmasına imkan yaradır. Psixoloji rahatlıq şəraitinin yaradılmasını, təhsilalan (tərbiyə alan, uşaq) şəxslərin təhlükəsizliyini, onların həyat və sağlamlığının qorunmasının təmin edilməsinə kömək edir;
- Valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından təhsil alanların (tərbiyə alanların, uşaqların) işlə təmin olunması, hamiliyi, evlə təmin olunması, müavinətlər, pensiya, qoyulan əmanətlərin rəsmiləşdirilməsi, qiymətli kağızların istifadəsi ilə bağlı məsələləri həyata keçirir;
- Müəllim, valideyn (onları əvəz edən şəxslər), sosial xidmətlərin mütəxəssisləri, ailə və gənclərin məşğulluq xidmətləri, xeyriyyəçi təşkilatlar və digərləri ilə qəyyumluq və himayəçiliyə ehtiyacı olan, əqli və fiziki imkanları məhdud, deviant davranışlı, o cümlədən, fövqəladə vəziyyətə düşmüş təhsilalanlar (tərbiyə alanlar, uşaqlar) arasında köməklik göstərmək məqsədilə qarşılıqlı əlaqə yaradır.

Sosial pedaqoq aşağıdakıları bilməlidir:

- “Təhsil haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Uşaq hüquqları haqqında”, “Sosial xidmət haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarını; 
- əmək və ailə qanunvericiliyini, Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı; 
- ümumi və sosial pedaqogikanı, yaş və uşaq psixologiyasını; 
- sosial gigiyenanın əsaslarını; sosial-pedaqoji və diaqnostik metodikaları; 
- əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

Sosial pedaqoqun fəaliyyəti uşaqların sosial mühitdə müsbət dəyişikliklər yaratmaq, mənəvi dəyərləri təşviq etmək və psixoloji rahatlıq təmin etməyə yönəlmişdir. Buna görə də sosial pedaqoqların geniş bilik və bacarıqlara sahib olması, habelə insanpərvərlik və məsuliyyət kimi dəyərlərlə fəaliyyət göstərməsi lazımdır.

Şərhlər

Xəbər lenti

30 aprel, 19:56

MÜTDA I sinfə elektron qəbul ilə bağlı video təlimat hazırlayıb

30 aprel, 17:43

Sərgi salonunda “From Past to Future” adlı hesabat sərgisi açılıb

30 aprel, 17:06

Beynəlxalq Təhsil İcmalı – Aprel 2025

30 aprel, 16:43

85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

30 aprel, 16:15

Müasir dövrdə məktəbəqədər təhsilə baxış

30 aprel, 16:01

ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

30 aprel, 15:55

Nazir müavini İtaliya Deputatlar Palatasının üzvü ilə görüşüb

30 aprel, 15:18

İngilis dilinin tədrisinə ayrılan dərs saatlarının artırılması təklif edilib

30 aprel, 15:02

Türkiyənin 4 universiteti ilk top-100-lüyə daxil olmağı bacarıb – REYTİNQ

30 aprel, 15:00

Rayonun ilk üçlüyündə: Kənd məktəbinin uğurunun sirri

30 aprel, 14:43

Malayziyada ali təhsil gənclərə nə qazandırır? – Təhlil

30 aprel, 14:35

BMU-da millət vəkilləri ilə tələbələrin görüşü keçirilib

30 aprel, 14:34

Respublika ərazisi üçün may ayına olan hava proqnozu açıqlanıb

30 aprel, 14:26

Qlobal meqatendensiyalar və onların təhsilə təsiri – Andreas Şleyxer yazır

30 aprel, 14:24

Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil olunub

30 aprel, 14:19

"Yüksəliş" müsabiqəsinin əyani mərhələsinə keçənlərin sayı açıqlanıb

30 aprel, 14:19

Təhsil ekosistemləri: yaxın gələcəkdə müasir təhsilin inkişaf tendi kimi

30 aprel, 13:58

DİM bəzi imtahanların başlama saatını dəyişib

30 aprel, 13:27

Berlində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib

30 aprel, 13:25

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.