Bütün xəbərlər
17 aprel, 16:59

Gəncə şəhər 26 nömrəli Fizika-riyaziyyat və informatika təmayüllü məktəb-liseyin şagirdi Nəzrin Abbasova tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 9-da keçirilmiş buraxılış imtahanında maksimum bal toplayıb. 

“Azərbaycan müəllimi” qəzeti yüksək nəticə göstərən Nəzrinin təəssüratlarını öyrənib.

– Nəzrin, müəllimlərin sənin yüksək nəticə əldə edəcəyinə inanırdılar?

– Bəli, müəllimlərim 300 bal toplayacağıma tam əmin idilər. Onların bu inamı məni daha da ruhlandırırdı. Bu motivasiya ilə çalışmaq mənə əlavə güc verirdi.

– Hazırlaşma prosesində sənin üçün hansı amillər daha önəmli oldu: zəhmət, yoxsa planlama?

– Məncə, hər iki faktor vacibdir. Zəhmətsiz nəticə mümkün deyil. Amma vaxtını düzgün planlamasan, əziyyətin də səmərəsiz ola bilər. Mən gündə 6-7 saat dərs oxuyurdum. Ən çox diqqət yetirdiyim fənn isə çox sevdiyim riyaziyyat idi.

– Bu qədər oxumaq üçün insanın içində motivasiya olmalıdır. Səni nə motivasiya edirdi?

– Ən böyük motivasiyam məqsədim idi. Amma tək bununla kifayətlənmirdim, direktorumuz, müəllimlərim və ailəm mənim daim yanımda olublar. Onların dəstəyi hər zaman mənə ruh verirdi. Həmçinin uğurlu insanlarla söhbətlər, onların məsləhətləri də məni çox təsirləndirirdi.

– Dərs oxuma üsulun necə idi? Necə çalışırdın?

– Mütəmadi şəkildə testlər işləyirdim, qeyd aparırdım. Ən vacibi isə nəzəriyyəni tez-tez təkrar edirdim. Bu, biliklərimi möhkəmləndirirdi.

– Sosial şəbəkələr və digər yayındırıcı faktorlarla necə mübarizə aparırdın?

– Vaxtı düzgün bölmək çox vacibdir. Sosial şəbəkələrə çox vaxt ayırmamaq lazımdır. Mən ekran saatımı azaltmışdım. Gündəlik plan qurur, bu plana uyğun hərəkət edirdim.

– Gələcəkdə hansı ixtisası seçmək istəyirsən?

– İnformasiya texnologiyaları və ya informasiya təhlükəsizliyi üzrə təhsil almaq istəyirəm. Arzum isə bu sahə üzrə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində çalışmaqdır.

– Bəs həmyaşlarına nə tövsiyə edərdin?

– Özünüzə inanın! Sağlam həyat tərzi sürün, düzgün qidalanın və intizamlı şəkildə dərslərinizə davamlı hazırlaşın!

– Sənin fikrincə, müasir şagird necə olmalıdır?

– Müasir şagird əzmli və iradəli olmalıdır. Daim öz üzərində çalışmalı, inkişafa açıq olmalıdır.

Nəzrinlə söhbətimizi bitirdikdə artıq onun uğurlu gələcəyini gözlərimiz qarşısında canlandıra bilirdik. Qarşıya məqsəd qoyan, ona doğru əzmlə irəliləyən bir gəncin uğur qazanacağına şübhə yoxdur. Uğurlar, Nəzrin!

Şərhlər

Xəbər lenti

16 iyul, 17:21

"Buradakı tələbələr çox şanslıdırlar" – Türkiyəli akademik

16 iyul, 16:10

Peşə məktəblərinə qəbulun vaxtı açıqlandı

16 iyul, 15:57

“WorldSkills Azerbaijan” milli bacarıq yarışının qalibləri açıqlanıb

16 iyul, 15:43

Magistratura, rezidentura və kolleclərə tələbə qəbulunun nəticələri müzakirə edilib

16 iyul, 15:28

50 il əvvələ döndülər – 1970-ci illərin tələbələri Xankəndidə

16 iyul, 15:17

BMU məzunu tam təqaüdlə Şanxay Universitetinə qəbul olub

16 iyul, 14:11

3 yaşında piano istədi, 11 yaşında səhnəni fəth etdi – Aylinin uğur hekayəsi

16 iyul, 13:34

Zədələndi, xallarını azaltdı, amma Avropa çempionu oldu

16 iyul, 13:23

Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

16 iyul, 12:52

Magistraturaya qəbul imtahanında esse ilə bağlı minimal tələb qoyula bilər

16 iyul, 12:30

Məleykə Abbaszadə: Sistem işləmirsə, subbakalavrın qəbul qaydalarına yenidən baxılmalıdır 

16 iyul, 12:16

Abituriyentlərin ixtisas seçimi ilə bağlı maraqları dəyişməz qalır - DİM sədri

16 iyul, 12:09

Tərbiyəçi-müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiya elan edilib

16 iyul, 12:06

Məleykə Abbaszadə: Plan yerlərinin 90 faizindən çoxunun dolacağı gözlənilir

16 iyul, 11:13

“Azərbaycan İES”də MDU-nun Təhsil Mərkəzi açılacaq

16 iyul, 10:59

Direktor işləmək istəyənlər üçün müsahibənin keçirilmə tarixləri bəlli olub

16 iyul, 10:12

TKTA Milli Aviasiya Akademiyasında təlim keçirib

16 iyul, 09:50

“Müasir metodist” layihəsi çərçivəsində təlimlər davam edir

16 iyul, 09:40

Təsviri incəsənət müəllimi olmaq istəyən şəxslərin NƏZƏRİNƏ!

16 iyul, 09:34

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.