Bütün xəbərlər
31 yanvar, 15:58

Yeni tədris ilində Sumqayıt şəhəri 21 nömrəli tam orta məktəb əsaslı təmirdən sonra istifadəyə veriləcək. 

Bu barədə “Azərbaycan müəllimi”nə həmin məktəbin direktoru Qədir Mikayılov məlumat verib.

Qeyd edilib ki, 1971-ci ildən fəaliyyət göstərən məktəbin köhnə binası 2024-cü ilin sentyabr ayından Elm və Təhsil Nazirliyinin sifarişi ilə əsaslı təmirə bağlanıb. Hazırda məktəbin 1900 nəfər şagirdi Sumqayıt şəhəri 30, 41, 31, 33 nömrəli tam orta məktələrdə, eyni zamanda, Sumqayıt şəhərində yerləşən Qubadlı şəhəri 1 nömrəli, Qubadlı rayon Kavdadıq kənd tam orta məktəblərində tədrislərini davam etdirirlər. Nisbətən uzaq ərazilərdə yerləşən məktəblərə şagirdlərin daşınması üçün MÜDTA və Abşeron-Xızı Regional İdarəsinin dəstəyi ilə xidməti avtobuslar ayırılıb.   

Q.Mikayılov bildirib ki, tədris ocağı iki korpusdan ibarətdir. Birinci korpus iki, digər korpus isə dördmərtəbəli olacaq. İkimərtəbəli korpusda inzibati otaqlar – müasir kitabxana, akt və idman zalları, yeməkxana yerləşəcək. Dördmərtəbəli korpusda isə yeni standartlara uyğun 39 sinif otağı, fizika, kimya, biologiya laborotoriyaları, iki informatika kabineti fəaliyyət göstərəcək.

Təhsil müəssisəsinin yeni binası 1176 şagird yerlikdir. Bu layihənin həyata keçirilməsi şagirdlərin daha müasir mühitdə təhsil almasına imkan verəcək. Məktəb binasının növbəti tədris ilində istifadəyə verilməsi gözlənilir.

 

 

1 /6

Şərhlər

Xəbər lenti

30 aprel, 19:56

MÜTDA I sinfə elektron qəbul ilə bağlı video təlimat hazırlayıb

30 aprel, 17:43

Sərgi salonunda “From Past to Future” adlı hesabat sərgisi açılıb

30 aprel, 17:06

Beynəlxalq Təhsil İcmalı – Aprel 2025

30 aprel, 16:43

85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

30 aprel, 16:15

Müasir dövrdə məktəbəqədər təhsilə baxış

30 aprel, 16:01

ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

30 aprel, 15:55

Nazir müavini İtaliya Deputatlar Palatasının üzvü ilə görüşüb

30 aprel, 15:18

İngilis dilinin tədrisinə ayrılan dərs saatlarının artırılması təklif edilib

30 aprel, 15:02

Türkiyənin 4 universiteti ilk top-100-lüyə daxil olmağı bacarıb – REYTİNQ

30 aprel, 15:00

Rayonun ilk üçlüyündə: Kənd məktəbinin uğurunun sirri

30 aprel, 14:43

Malayziyada ali təhsil gənclərə nə qazandırır? – Təhlil

30 aprel, 14:35

BMU-da millət vəkilləri ilə tələbələrin görüşü keçirilib

30 aprel, 14:34

Respublika ərazisi üçün may ayına olan hava proqnozu açıqlanıb

30 aprel, 14:26

Qlobal meqatendensiyalar və onların təhsilə təsiri – Andreas Şleyxer yazır

30 aprel, 14:24

Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil olunub

30 aprel, 14:19

"Yüksəliş" müsabiqəsinin əyani mərhələsinə keçənlərin sayı açıqlanıb

30 aprel, 14:19

Təhsil ekosistemləri: yaxın gələcəkdə müasir təhsilin inkişaf tendi kimi

30 aprel, 13:58

DİM bəzi imtahanların başlama saatını dəyişib

30 aprel, 13:27

Berlində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib

30 aprel, 13:25

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.