
22 avqust Zuğulba tədris idman bazasında 120 nəfər 13 yaşlı basketbolçu arasından seçilmiş 30 basketbolçu arasında milli komanda üçün seçim prosesinə start verilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, seçim prosesinə Azərbaycan Basketbol Federasiyasının (ABF) uşaq basketbolu üzrə baş koordinatoru serbiyalı mütəxəssis Milan Kotoraç rəhbərlik edir. Seçim zamanı serbiyalı mütəxəssis və digər yerli məşqçilərimiz tərəfindən basketbolçuların texniki bacarıqları, taktiki düşüncə qabiliyyəti və fiziki hazırlıq səviyyəsi dəyərləndirilir. Baxış mərhələsinin əsas məqsədi gələcəkdə milli komandanı təmsil edə biləcək istedadlı oyunçuların müəyyənləşdirilməsi və onların inkişaf potensialının qiymətləndirilməsidir.
Qeyd edək ki, seçim mərhələsi 31 avqustda yekunlaşacaq.
1 /8
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər