Bütün xəbərlər
12 mart, 11:48

Uşaq müəssisələri uşaqların psixoloji, sosial inkişafına kömək edəcək proqramlar hazırlamalı, həyata keçirməli və qiymətləndirməlidir.

“Azəbaycan müəllimi” xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələblər”də öz əksini tapıb.

Sənəddə müəssisələrdə sağlamlığın mühafizəsinə dair tələblər də müəyyən edilib.

Həmin tələblərə görə, uşaqlar müəssisənin yerləşdiyi ərazi üzrə tibb müəssisəsində uçota götürülməli, onların icbari dispanserizasiyadan keçirilməsi nəzarətdə saxlanılmalıdır. Tibbi müayinə və nəzarətə ehtiyacı olan uşaqlar dövlət tibb müəssisələrinə müayinə və müddətli müalicəyə təxirə salınmadan göndərilməli, epidemioloji və yoluxucu xəstəliklər, təbii fəlakətlər zamanı lazımi profilaktik tədbirlər görülməli, uşaqlar yerli milli peyvənd təqviminə əsasən immunizasiyaya cəlb edilməlidir. Müəssisədə siyahısı Səhiyyə Nazirliyi ilə razılaşdırılmış lazımi dərman və tibb vasitələri ilə təchiz olunmuş tibb otağı yaradılmalıdır. 

Müəssisədə yaşayan uşaqların sağlamlığının qorunması məqsədilə stasionar müəssisələr müvafiq təcridetmə otağı ilə təmin edilməli, yoluxucu xəstəlik əlamətləri aşkar edilən şəxslər ilkin tibbi müayinədən keçənədək təcrid otağında saxlanılmalıdır. Aşkar olunmuş bütün invaziyalaşmış uşaqların adı “Yoluxucu xəstəliklər” jurnalında qeydə alınaraq dərhal müalicəyə cəlb edilməlidir. Uşağın səhhətində irəliləyişin müəyyən edilməsi məqsədilə təkrar qiymətləndirmə aparılmalıdır. Uşaqların fərdi-psixoloji vəziyyəti qiymətləndirilməli, nəticədən asılı olaraq müvafiq psixoloji yardım göstərilməli, psixoloji, sosial inkişafı davamlı olaraq izlənilməlidir. Müxtəlif səbəblərdən müəssisəni tərk edəcək uşaqla onun yeni mühitə psixo-sosial adaptasiyası məqsədilə psixoloji söhbətlər aparılmalı, psixoloji dəstək göstərilməlidir.

Şərhlər

Xəbər lenti

30 aprel, 19:56

MÜTDA I sinfə elektron qəbul ilə bağlı video təlimat hazırlayıb

30 aprel, 17:43

Sərgi salonunda “From Past to Future” adlı hesabat sərgisi açılıb

30 aprel, 17:06

Beynəlxalq Təhsil İcmalı – Aprel 2025

30 aprel, 16:43

85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

30 aprel, 16:15

Müasir dövrdə məktəbəqədər təhsilə baxış

30 aprel, 16:01

ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

30 aprel, 15:55

Nazir müavini İtaliya Deputatlar Palatasının üzvü ilə görüşüb

30 aprel, 15:18

İngilis dilinin tədrisinə ayrılan dərs saatlarının artırılması təklif edilib

30 aprel, 15:02

Türkiyənin 4 universiteti ilk top-100-lüyə daxil olmağı bacarıb – REYTİNQ

30 aprel, 15:00

Rayonun ilk üçlüyündə: Kənd məktəbinin uğurunun sirri

30 aprel, 14:43

Malayziyada ali təhsil gənclərə nə qazandırır? – Təhlil

30 aprel, 14:35

BMU-da millət vəkilləri ilə tələbələrin görüşü keçirilib

30 aprel, 14:34

Respublika ərazisi üçün may ayına olan hava proqnozu açıqlanıb

30 aprel, 14:26

Qlobal meqatendensiyalar və onların təhsilə təsiri – Andreas Şleyxer yazır

30 aprel, 14:24

Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil olunub

30 aprel, 14:19

"Yüksəliş" müsabiqəsinin əyani mərhələsinə keçənlərin sayı açıqlanıb

30 aprel, 14:19

Təhsil ekosistemləri: yaxın gələcəkdə müasir təhsilin inkişaf tendi kimi

30 aprel, 13:58

DİM bəzi imtahanların başlama saatını dəyişib

30 aprel, 13:27

Berlində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib

30 aprel, 13:25

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.