Bütün xəbərlər
20 may, 11:15

Hər tədris ilinin sonunda məktəblərdə fərqli bir həyəcan, fərqli bir duyğu yaşanır. İllərlə davam edən dərs günlərinin, məktəbli formalarının, səhərin erkən saatlarından və ya axşamdan çanta hazırlığının sonuna gəlindiyini bildirən “Son zəng” sadəcə bir zəng səsi deyil. Bu, bir dövrün başa çatması, məktəb illərinin sonu, eyni zamanda, yeni bir dövrün başlanğıcıdır. Şagirdlər bu günü səbirsizliklə gözləyir, günlərlə həmin gün üçün hazırlıq görürlər. Amma eyni zamanda qəlblərində qəribə bir boşluq hiss edirlər. Onlarla bərabər müəllim və valideynlər də bu qəribə hissləri yaşayırlar. Axı “Son zəng” günü 11-cilərin məktəblə, sinif otaqları ilə vidalaşdıqları gündür!

Zamanla bu günə olan münasibət dəyişir. Son illərdə “Son zəng” tədbirlərinin təmtəraqlı forma alması  ictimaiyyət arasında birmənalı qarşılanmır. Bəzi valideynlər həmin günü övladlarının yaddaşında unudulmaz etmək istəyir və buna görə də “Son zəng”ə xüsusi təmtəraqla hazırlaşırlar. Bəziləri isə bu kimi tədbirlərin daha sadə formada keçirilməsinin tərəfdarıdırlar.

Bəs bu gün əslində necə qeyd edilməlidir? Təmtəraqlı “Son zəng”lərə həqiqətən ehtiyac varmı? Valideynlər bu barədə nə düşünürlər? 
“Azərbaycan müəllimi” olaraq məhz bu suallara cavab tapmaq üçün bir neçə valideynlə söhbətləşdik, onların fikirlərini dinlədik.

“Əsas məqsəd övladlarımızın məktəblə vidalaşmasını gözəl xatirəyə çevirməkdir”

Valideyn Xəyalə Əliyeva deyir ki, övladının “Son zəng”inin yaddaqalan və mənalı keçməsini hər bir valideyn arzulayır:

“Amma düşünürəm ki, bu tədbir həm uşaqların, həm də valideynlərin maddi imkanları nəzərə alınaraq təşkil olunmalıdır. Son vaxtlar bu tədbirlərin təşkilinə çoxlu xərc çəkilir, onun keçirilməsində dəbdəbə və yarış hiss olunur. Halbuki əsas məqsəd övladlarımızın məktəblə vidalaşmasını gözəl xatirəyə çevirməkdir. Mən tədbirin sadə, amma səmimi şəraitdə, məktəbin həyətində, yəni açıq havada keçirilməsinin tərəfdarıyam. Təmtərağa yox, məzmuna  üstünlük verilməlidir. Əgər ümumi razılıq olsa, “Son zəng” üçün müəyyən məbləğdə vəsait də ayırmağa hazıram, amma bu, hər kəs üçün əlçatan olmalıdır”.

“Bəzi uşaqlar bu prosesə həddindən artıq fokuslanır və imtahanlara hazırlığı ikinci plana keçirirlər”

Gülşən Paşayevanın qızı bu il 11-ci sinfi bitirir. Hər bir valideyn kimi o da bu günün yaddaqalan keçməsi üçün çalışır. Deyir ki, “Son zəng” günü övladlarımızın həyatında bir dəfə olur. Onlar məktəb həyatlarını başa vurur, müəllimləri ilə vidalaşırlar:

“Bu günün xüsusi olması üçün həm maddi, həm də təşkilati hazırlıqlara ehtiyac var. Məktəbin bəzədilməsi, çəkilişlərin təşkili, müəllimlərə kiçik, lakin dəyərli hədiyyələrin alınması – bunlar xatirə kimi qalacaq anlar üçündür. Tədbirin maddi tərəfi hər zaman müzakirə olunur. Amma düşünürəm ki, bu məsələdə əsas məqam vəsaitin uşaqların razılığı və ailələrin imkanları nəzərə alınmaqla toplanılmasıdır. Əgər hədd aşılmırsa və məqsəd uşaqlara unudulmaz bir gün yaşatmaqdırsa, bunda pis heç nə görmürəm”.

Valideyn G.Paşayeva vurğulayıb ki, digər tərəfdən bu hazırlıqların mənfi cəhəti də var – məzunlar dərslərdən yayınırlar:

“Bəzi uşaqlar bu prosesə həddindən artıq fokuslanır və imtahanlara hazırlığı ikinci plana keçirirlər. Bu isə valideyn kimi bizi narahat edir, çünki imtahanlar “Son zəng”dən əvvəl keçirilir. Bu, imtahana ciddi hazırlaşmağa diqqəti də azaldır. Amma hər şəyə rəğmən bu günün özəlliyini inkar etmək olmaz. Bizim dövrlə müqayisədə indi daha çox imkan var – geyim seçimləri, dekorasiyalar, foto və videoçəkilişlər. Belə ki, hər şey daha əlçatan və rəngarəngdir. Niyə də bu gözəl günü uşaqlar üçün bir bayrama çevirməyək?!”

“Bu günün mahiyyəti məktəb, müəllim, dostlarla vidalaşmaqdır”

Hər il məktəbdə “Son zəng” hazırlıqları başlayanda Gülnar Məmmədovanın yadına öz uşaqlıq illəri, o illərin ab-havası yadına düşür. Valideyn deyir ki, onların vaxtında “Son zəng” deyəndə sinif yoldaşları ilə vidalaşmaq, müəllimlərə təşəkkür etmək və məktəb illərinə dair gözəl xatirələrin canlanması başa düşülürdü. Hər şey sadə, amma dəyərli idi:

“O zaman bir gözəl adətimiz vardı. Biz məzunlar birinci sinif şagirdlərini təbrik edirdik. Onlar bizə kiçik bir gül, rəsm, ya da əl işi gətirərdi. Biz də onlara balaca, amma mənalı hədiyyələr verərdik. O günün hədiyyəsini son illərə kimi evimdə saxlayırdım. Bu, birinci sinif şagirdinin düzəltdiyi kiçik bir əlyazma kitabça idi. Amma sadə bir hədiyyə insanın yaddaşında dərin iz buraxa bilir”.

Valideyn qeyd edib ki, indi müşahidələr hər şeyin fərqli olduğunu göstərir. Uşaqlar rəqs dərslərinə yazılır, onlar üçün xüsusi geyimlər tikdirilir, bəzi valideynlər arasında sanki bir yarış başlayır: “Valideynlər “Kimin övladı daha gözəl rəqs edəcək?”, “Kim daha möhtəşəm geyinəcək?” kimi düşüncələri ilə aylar öncədən bu prosesə hazırlığa başlayırlar. Halbuki bu günün mahiyyəti məktəb, müəllim və dostlarla vidalaşmaqdır. Mən şəxsən sadəliyin tərəfdarıyam. Mənalı söz, içdən gələn təşəkkür, səmimi bir qucaqlaşma – bunlar daha dəyərlidir. Uşaqlarımız da bu dəyərlərlə böyüsə, düşünürəm ki, daha çox sevgi və minnətdarlıqla həyatda yola çıxarlar”.

“Məktəb həyatı sadə və səmimi şəkildə başa vurulmalıdır”

Valideyn Fatimə Teyyubova bildirib ki, “Son zəng” emosional, səmimi bir tədbir olmalıdır. Valideynlər bunu dəbdəbəli bir vəziyyətə salmaqla tədbirin mahiyyətini dəyişirlər:

“Uşaqların bir-birinə, müəllimlərinə vidası, xatirələr, minnətdarlıq hissi ön planda olmalıdır. Məktəb həyatı sadə və səmimi şəkildə başa vurulmalıdır. Əks halda, bu cür təmtəraq həm uşaqlar, həm də ailələr üçün əlavə stresə çevrilir. Təbii ki, tədbirlərin keçirilməsi pis deyil. Amma hər ailənin imkanı eyni deyil. Mən tərəfdarıyam ki, məktəblər bu prosesi tənzimləsin və hamı üçün bərabər, səmimi şərait yaradılsın”.

O deyir ki, həmin günə məzunlarla birlikdə valideynlər də hazırlaşır, birlikdə həyəcan yaşayırlar: “Bu da təbiidir. Hər bir valideyn övladının məktəb illərini uğurla başa vurmasını, gələcəkdə onların yüksək nəticələr əldə etməsini arzulayır. Aylar öncədən tədbirə hazırlaşmaq isə, təəssüf ki, dərslərdən yayınmaya gətirib çıxarır. Buna görə də tədbirə hazırlaşarkən ifrata yol verilməməlidir. Məqsəd uşaqlara gözəl xatirə yaşatmaqdırsa, bu, səmimi və müəyyən ölçülər daxilində  mümkün ola bilər”.

Şərhlər

Xəbər lenti

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

14 iyun, 13:02

Bu regionda 36 məktəbə direktor təyin edildi

14 iyun, 12:45

Emin Əmrullayev: “Son zəng” ifadəsində “son” sözü olsa da, hər şeyin başlanğıcıdır

14 iyun, 12:42

Nazir: Böyük Qayıdış gənclərə təhsil, iş baxımından böyük imkanlar açır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.