Bütün xəbərlər
1 iyun, 13:50

Tarix boyu insanlar arasında yaranan münasibətlərin qaydaya salınması üçün hüquqa ehtiyac duyulub. Hüquq cəmiyyətin nizamını təmin edən, insan davranışlarını tənzimləyən və ədaləti qoruyan bir sistemdir. Bu sistem hər bir fərdin hüquq və azadlıqlarını qoruyur. Bəs vətəndaşlar hüquqlarını yetərincə bilirlərmi? Qanun qarşısında bərabərlik cəmiyyətdə necə təmin olunmalıdır?

“Qanunvericilik bütün vətəndaşların bərabərliyini təmin etməlidir”

Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədr müavini, hüquq üzrə fəlsəfə doktoru Vəfaddin İbayev “Azərbaycan müəllimi”nə bildirib ki, “hüquq” anlayışı iki - obyektiv və subyektiv aspektdən dəyərləndirilməlidir. Obyektiv mənada hüquq dövlətin ərazisində formalaşan ictimai münasibətləri nizama salmaq üçün yaratdığı normalar sistemidir: “Hüquq normaları vasitəsilə dövlət öz iradəsini ifadə edərək insanlar, vətəndaşlar, idarə, müəssisə və təşkilatlar, dövlət orqanları və dövlətlə həmin subyektlər arasında yaranan münasibətləri müəyyən qaydaya salır, onları tənzimləyir. Hüquq normalarında subyektin davranış qaydaları ilə yanaşı, həmin qaydaların pozulduğu hallarda onları pozan subyektlərin cavabdehlik vəzifəsi, yəni məsuliyyəti də öz əksini tapır. Hüquq normalarında dövlətin iradəsi ifadə olunmaqla, davranış qaydaları dövlətin qüvvəsi ilə təmin olunur. Subyektiv mənada hüquq  insan anadan olandan ona məxsus olan təbii hüquqlar, dövlət tərəfindən müəyyən edilmiş, ona səlahiyyətlər verən, subyektlər tərəfindən öz iradələrinə uyğun həyata keçirilən hüquq və azadlıqlar sistemidir. Məsələn, yaşamaq, təhsil almaq, təhlükəsizlik hüquqları, fikir və söz azadlığı, sərbəst toplaşmaq azadlığı və s.  
Beləliklə, hüquq obyektiv mənada ictimai münasibətlərin tənzimləyicisi, subyektiv mənada isə ayrı-ayrı subyektlərə mənsub olan hüquqlardır”. 

O qeyd edib ki, qanun qarşısında bərabərliyin təminatının ilk və əsas vasitəsi qanunvericiliyin təkmil olmasıdır: 

“Yəni ictimai həyatın bütün istiqamətlərində hər hansı bir əlamətdən asılı olmayaraq, qanunvericilik bütün vətəndaşların bərabərliyini təmin etməlidir. Əlbəttə ki, təkcə yaxşı qanunların mövcud olması məsələni həll etmir. Bunun üçün qanun qarşısında bərabərlik təcrübədə həyata keçirilməlidir. Yəni qanunu tətbiq edən orqan və vəzifəli şəxslər hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyini həmişə əsas amil kimi nəzərə almalıdırlar. Qanun ayrı-ayrı fərdlərə münasibətdə fərqli şəkildə deyil, ümumi qaydada, hamıya münasibətdə eyni cür tətbiq olunmalıdır. Qanun qarşısında bərabərliyin təmini ilkin olaraq vəzifəli şəxslərdən, hüquq normalarını tətbiq edən hüquq-mühafizə orqanlarının əməkdaşlarından və məhkəmələrdən asılıdır. Qanun qarşısında bərabərliyin təmini üçün həmçinin məhkəmələr mübahisə tərəflərinə bərabər imkanlar təmin etməlidirlər. Hər cür ayrı-seçkilik insan və vətəndaşın qanun və məhkəmə qarşısında bərabərliyinin pozulmasına səbəb ola bilər.

“Bir şəxsin öz hüquqlarını həyata keçirməsi digərinin hüquqlarını pozmamalıdır”

Vəfaddin İbayevin sözlərinə görə, qanun qarşısında bərabərliyin təmin olunmasında cəmiyyətin və onun bütün üzvlərinin də üzərinə xüsusi məsuliyyət düşür: “Hər bir vətəndaş cəmiyyətdə digərini özünə bərabər kimi qəbul etməli, heç bir əlamətə görə özünü digərlərindən üstün hesab etməməli və fərqləndirməməlidir. “Mənə olar, başqalarına yox” yanaşması qanun qarşısında bərabərliklə bir araya sığmır. Demək olar ki, hər bir insan həyatının müəyyən mərhələsində hüququnun hər hansı formada pozulması ilə rastlaşır və ya rastlaşa bilər. Burada ilkin şərt hüquq və vəzifələr barədə məlumatlı olmaqdır. Hər bir hüquq müəyyən çərçivə daxilində həyata keçirilməlidir. Bir şəxsin öz hüquqlarını həyata keçirməsi digərinin hüquqlarını pozmamalıdır. 
Digər tərəfdən, insan öz hüququnun pozulmasına biganə qalmamalıdır. Əgər hüquq pozulmuşdursa, onun müdafiəsi qanuni yollarla həyata keçirilməlidir. Hüququ müstəvidə pozulmuş hüquqlar məhkəmələr vasitəsilə qorunulmalıdır.  Pozulmuş hüququn dərəcəsindən asılı olaraq onun bərpasına müxtəlif vasitələrlə nail olmaq olar”.

“Maarifləndirmə nə qədər çox olarsa, insan hüquqlarının pozulmasının qarşısını almaq bir o qədər asan olar”

Vətəndaşlar hüquqlarını yetərincə bilirlərmi? Vəfaddin İbayev vurğulayıb ki, bu suala birmənalı cavab vermək çətindir. Vətəndaşların müəyyən hissəsi hüquqlarını və onların müdafiəsi yolllarını bilir: “Bəzi vətəndaşlar isə hüquqları barədə kifayət qədər məlumata malik deyil. Təbii ki, hər bir vətəndaş hüquqlarının bütün cəhətləri ilə tanış olmaya bilər. Əsas məsələ vətəndaşın öz hüquq və azadlıqları, onların müdafiə vasitələri barədə ümumi məlumata malik olması və səmərəli hüquq-müdafiə vasitələrinin mövcud olmasıdır. Vətəndaşların lazım olanda hüquqi yardım almaq imkanı və buna əlçatanlılığın təmin olunması, hüquqlarının müdafiəsi üçün mübarizə aparması xüsusi önəm kəsb edir. Əlbəttə ki, hüquqi maarifləndirmə nə qədər çox olarsa, insan hüquqlarının pozulmasının qarşısını almaq da bir o qədər asan və operativ həyata keçirilə bilər”.

Şərhlər

Xəbər lenti

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

14 iyun, 13:02

Bu regionda 36 məktəbə direktor təyin edildi

14 iyun, 12:45

Emin Əmrullayev: “Son zəng” ifadəsində “son” sözü olsa da, hər şeyin başlanğıcıdır

14 iyun, 12:42

Nazir: Böyük Qayıdış gənclərə təhsil, iş baxımından böyük imkanlar açır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.