Bütün xəbərlər
31 yanvar, 18:21

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən "Yaradıcı müəllim: yaradıcı tətbiqetmə" təqdimat müsabiqəsinin qalibləri mükafatlandırılıb.

İdarədən “Azərbaycan müəllimi”nə bildirilib ki, mükafatlandırılma mərasimində millət vəkilləri Mehriban Vəliyeva, Fatma Yıldırım, Ceyhun Məmmədov, Elçin Mirzəbəyli, Tamam Cəfərova, Şahin Seyidzadə, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu, BŞTİ-nin müdir müavini Anar Qədiməliyev, ETN və İdarənin müvafiq struktur bölmə rəhbərləri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Könül Pirverdiyeva, Əməkdar müəllimlər Nəzakət Əliyeva və Afət Allahverdiyeva, müsabiqə qalibləri, məktəbdənkənar və ümumi təhsil müəssisələrinin direktorları iştirak ediblər.

İştirakçılar əvvəlcə müəllimlərin rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən BŞTİ-nin müdir müavini Anar Qədiməliyev ümumi təhsil müəssisələrində çalışan müəllimlərin yaradıcı potensialını üzə çıxarmaq və müasir təlim texnologiyalarının tətbiqi sahəsində uğurlu nəticələri ilə fərqlənən istedadlı müəllimləri müəyyən etmək baxımından bu cür müsabiqələrin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib.

A.Qədiməliyev yaradıcı müəllim məsələsini təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən islahatların ən əhəmiyyətli tərkib hissəsi kimi dəyərləndirib. Texnologiyanın sürətli inkişafının öyrənmə və öyrətməyə də öz təsirini göstərdiyini vurğulayan müdir müavini bildirib ki, XXI əsrin uşaqlarını öyrədən müəllimdən yeni və fərqli  yanaşmalar tələb olunur.

Millət vəkili Mehriban Vəliyeva yaradıcı, yenilikçi və daim öz üzərində çalışan müəllimlərin aşkara çıxarılmasında və ictimaiyyətə təqdim edilməsində bu müsabiqənin mühüm rol oynadığını vurğulayıb. Təhsilimizin inkişafı üçün qabaqcıl təcrübəyə malik, istedadlı, peşəkar müəllimlərə hər zaman ehtiyac olduğunu deyən M.Vəliyeva sürətlə dəyişən dövrün müəllimdən yeni axtarışlar, ideyalar, yanaşmalar, yenilikçi təşəbbüslər tələb etdiyini bildirib.

Elm və Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu "Yaradıcı müəllim: yaradıcı tətbiqetmə" təqdimat müsabiqəsində yenilikləri ilə seçilən müəllimlərin yenilənən dünyamızın, cəmiyyətimizin quruculuğunun fəal iştirakçılarından olduğunu diqqətə çatdırıb. Təşəbbüskar müəllimin həmişə fərqləndiyini və hər zaman öndə olduğunu deyən V.Yaqublu müsabiqə qaliblərinin fikirlərinin gənc müəllimlərimizə stimul verəcəyinə, onları daha da yaradıcı olmağa səsləyəcəyinə inandığını söyləyib. Bütün qalibləri və fərqlənən müəllimləri təbrik edən şöbə müdiri onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.

Bakı şəhəri 164 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, Əməkdar müəllim Afət Allahverdiyeva bildirib ki, müəllimin öz işinə peşəkar münasibəti onun uşaqlarla işləməkdən zövq almasına, böyük həvəslə fəaliyyət göstərməsinə və məhsuldar işləməsinə stimul verir, yeni-yeni nailiyyətlərə ruhlandırır.

Tədbirdə müsabiqədə qalib gəlmiş müəllimlərin fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olunub.

Daha sonra müsabiqədə I, II və III yerə layiq görülmüş müəllimlərə diplom və hədiyyələr təqdim olunub, həvəsləndirici yer tutan iştirakçılar Tərifnamə, digərləri isə fəal iştiraklarına görə Təşəkkürnamə ilə təltif ediliblər.

Tədbir müəllimlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam edib.

1 /19

Şərhlər

Xəbər lenti

30 aprel, 19:56

MÜTDA I sinfə elektron qəbul ilə bağlı video təlimat hazırlayıb

30 aprel, 17:43

Sərgi salonunda “From Past to Future” adlı hesabat sərgisi açılıb

30 aprel, 17:06

Beynəlxalq Təhsil İcmalı – Aprel 2025

30 aprel, 16:43

85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

30 aprel, 16:15

Müasir dövrdə məktəbəqədər təhsilə baxış

30 aprel, 16:01

ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

30 aprel, 15:55

Nazir müavini İtaliya Deputatlar Palatasının üzvü ilə görüşüb

30 aprel, 15:18

İngilis dilinin tədrisinə ayrılan dərs saatlarının artırılması təklif edilib

30 aprel, 15:02

Türkiyənin 4 universiteti ilk top-100-lüyə daxil olmağı bacarıb – REYTİNQ

30 aprel, 15:00

Rayonun ilk üçlüyündə: Kənd məktəbinin uğurunun sirri

30 aprel, 14:43

Malayziyada ali təhsil gənclərə nə qazandırır? – Təhlil

30 aprel, 14:35

BMU-da millət vəkilləri ilə tələbələrin görüşü keçirilib

30 aprel, 14:34

Respublika ərazisi üçün may ayına olan hava proqnozu açıqlanıb

30 aprel, 14:26

Qlobal meqatendensiyalar və onların təhsilə təsiri – Andreas Şleyxer yazır

30 aprel, 14:24

Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil olunub

30 aprel, 14:19

"Yüksəliş" müsabiqəsinin əyani mərhələsinə keçənlərin sayı açıqlanıb

30 aprel, 14:19

Təhsil ekosistemləri: yaxın gələcəkdə müasir təhsilin inkişaf tendi kimi

30 aprel, 13:58

DİM bəzi imtahanların başlama saatını dəyişib

30 aprel, 13:27

Berlində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib

30 aprel, 13:25

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.