Bütün xəbərlər
1 oktyabr, 13:31

“Bir bağçanın tikilməsinə maliyyə çox sərf olunur. 14 bağça 2023-2024-cü illərdə açılıb, 4-nü də bu il açmışıq. 6 bağça isə açılacaq. İnsanlar bəzən narazılıq edirlər ki, bağça tikilibsə, hazırdırsa, niyə istifadəyə verilmir? Biz başa salmağa çalışırıq ki, müəyyən prosedur qaydalar var. Bağça təhvil-təslim edilməlidir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu İctimai TV-nin “Sabaha saxlamayaq” verilişinin qonağı olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri İlahə Rəsulova səsləndirib.

Onun sözlərinə görə, bunun üçün çoxlu sənədlər hazırlanmalı və onlar toplanaraq müvafiq orqana göndərilməlidir: ”Bəzən müəyyən problemlərə görə bu proses uzanır. Ümumiyyətlə, dünyada məktəbəqədər təhsil təkcə bağça vasitəsilə həyata keçirilmir. Onun alternativləri var, məsələn, icma əsaslı qruplar. Valideynin sadəcə evdə uşağı ilə 15 dəqiqə məşğul olması belə, o uşağın gələcəyinə və akademik nailiyyətlərinə çox müsbət təsir göstərir”.

İ.Rəsulova əlavə olaraq vurğulayıb ki, maksimum imkanlardan istifadə edərək bağçaların sayının artırılmasına, əhatə dairəsinin genişlənməsinə çalışılır.

Şərhlər

Xəbər lenti

16 oktyabr, 10:50

“Rəqəmsal kommunikasiya və peşəkar imic” mövzusunda seminar keçirilib

16 oktyabr, 10:42

Elmi məqalə yazanda süni intellektdən istifadə edilsə, elm bitər - Əcnəbi professorla MÜSAHİBƏ

16 oktyabr, 10:13

ADPU-nun Strateji İnkişaf Mərkəzi vakansiya elan edir

16 oktyabr, 10:04

Professor: Rəqəmsal texnologiyalar və süni intellekt dilçilik tədqiqatlarını genişləndirir

15 oktyabr, 17:52

Dövlət bağçasına gedən uşaqlar dövlət hesabına özəl bağçada təhsil ala bilərmi?

15 oktyabr, 17:39

Vüsalə Əliyeva: Valideynlər bağçalarla bağlı qayda pozuntusu müşahidə edirlərsə, müraciət etsinlər

15 oktyabr, 17:35

Dövlət-özəl maliyyələşmə modeli ilə bağçalara qəbul üçün tarix açıqlanıb

15 oktyabr, 17:30

Bəzi bağçalar qrant müsabiqəsində iştirak edə bilmək üçün təhsil haqlarını endiriblər 

15 oktyabr, 17:27

Sabahdan hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

15 oktyabr, 17:24

Bu il 5000-dən artıq uşaq qrant hesabına məktəbəqədər təhsilə cəlb ediləcək

15 oktyabr, 17:04

BSU-da maarifləndirici təlim keçirilib

15 oktyabr, 17:03

DİM: İmtahan proqramları yalnız dərsliklər əsasında hazırlanır

15 oktyabr, 16:41

ADNSU Dayanıqlı İnkişaf Məqsədləri Razılaşmasına qoşulub

15 oktyabr, 16:18

“Məktəblilər arasında respublika çempionatı”nın atletika mərhələsi davam edir

15 oktyabr, 16:15

“Parla” proqramından 27 qız məzun olub

15 oktyabr, 16:00

Nüfuzlu jurnallarda məqalə dərc etmək daha asan oldu: Yeni platforma nə vəd edir?

15 oktyabr, 16:00

LDU-nun baytarlıq klinikasının tikintisi yekunlaşır

15 oktyabr, 15:45

NDU-da Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzi açılıb

15 oktyabr, 15:42

Azərbaycan ilə Braziliya arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edilib

15 oktyabr, 15:31

BMU Malayziya universiteti ilə əməkdaşlığa başlayır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.