Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Aprel 2014 - №15

 

Sumqayıt Dövlət Universiteti Gəncə Dövlət Universiteti ilə əməkdaşlıq edəcək

 

Aprelin 21-də SDU-da Sumqayıt Dövlət Universitetinin  rektoru, dosent Elxan Hüseynov və Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov arasında qarşılıqlı əməkdaşlıq haqqında birgə müzakirələr aparılmışdır. Görüşdə SDU-nun rektoru əməkdaşlığın  ikitərəfli münasibətlərə səmərəli töhfə verəcəyini vurğulamış, bu fəaliyyətin gələcəkdə də uğurla davam edəcəyinə əminliyini ifadə etmişdir. 

Rektor Elxan Hüseynov  bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər bir sahədə olduğu kimi təhsil  sahəsində də böyük şəxsiyyət Heydər Əliyevin işləyib hazırladığı strateji xətti uğurla davam etdirməklə Azərbaycanın  davamlı inkişafına yönəlmiş proqram və layihələrin həyata keçirilməsini təmin etmişdir. Rektor çıxışında cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda innovasiyaların əhəmiyyətindən və ali təhsil sahəsində dövlətimizin həyata keçirdiyi islahatların əsas hədəflərindən söhbət açmış, müasir dövrdə yüksəkixtisaslı kadr hazırlığı məsələsinin aktual olduğunu nəzərə çatdırmışdır.

Rektor Elxan Hüseynov söhbət əsnasında vurğulamışdır ki, ali təhsil qlobal fenomendir. Bu baxımdan, biz ali təhsil müəssisələrinin rəhbərləri olaraq tələbələrin tədris müddətində qazandığı bilik, bacarıqlarını nəzərə alaraq onların  əmək bazarına ciddi resurslarla daxil olmasına təkan verməliyik. Bu öz növbəsində  tələbənin rəqabətdə qalib peşəkar biliklərini daim artırmağa zəmin yaradacaqdır. Bizim ən ümdə  məsələlərdən biri də təhsil sisteminin maddi-texniki bazasını gücləndirmək, eyni zamanda təhsilin keyfiyyətini artırmaqdır. Həm orta, həm də ali məktəblərdə bu proses ardıcıllıqla, vahid sistem şəklində aparılmalıdır və aparılır.

Səmimi əməkdaşlıq çərçivəsində keçən görüşdə Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov rəhbəri olduğu ali təhsil müəssisəsinin tarixindən və qarşıda duran perspektivlərdən söz açmışdır. Qeyd edilmişdir ki,  Gəncə Dövlət Universiteti özünün maddi-texniki bazasını daim artırır, inkişaf etdirir, yüksəkixtisaslı və geniş dünyagörüşlü kadr hazırlığı vəzifəsini müvəffəqiyyətlə yerinə yetirir. Hazırda Gəncə Dövlət Universitetində yalnız Qərb bölgəsindən deyil, respublikanın bütün guşələrindən olan tələbələr təhsil alırlar.

Gəncə Dövlət Universitetinin rektoru çıxışında iki universitet arasında təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətinə toxunaraq belə görüşlərin mütəmadi təşkil olunmasının vacibliyini vurğulamışdır.

Sonra Sumqayıt Dövlət Universiteti ilə Gəncə Dövlət Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Müqaviləni Sumqayıt Dövlət Universitetinin rektoru, dosent Elxan Hüseynov və Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov imzalamışlar.

Müqavilənin imzalanmasında məqsəd  Sumqayıt Dövlət Universiteti ilə Gəncə Dövlət Universiteti arasında elmi-pedaqoji, elmi-tədqiqat işlərinin aparılması sahəsində birgə fəaliyyət proqramının həyata keçirilməsidir.

Müqavilədə fakültə, kafedra və professor-müəllim heyəti arasında birbaşa əlaqə və əməkdaşlıq yaratmaq, elmi araşdırma aparmaq, təlim kursları və seminarlar keçirmək məqsədi ilə universitet əməkdaşlarının qısa və ya uzunmüddətli mübadiləsi, hər iki ali təhsil müəssisəsinin magistr və doktorantlarına  rəhbərlik edilməsi, elmi-tədqiqat təcrübələrinin keçirilməsi məqsədəuyğun sayılmışdır. Professor-müəllim heyətinin  elmi-pedaqoji  səviyyəsini yüksəltmək məqsədilə qısamüddətli kadr mübadiləsi, birgə sərgi və elmi konfransların təşkili nəzərdə tutulmuşdur.

Hər iki ali təhsil ocaqlarının rektorları universitetin   ayrı-ayrı auditoriyalarında, həmçinin yüksək texnologiyalarla təchiz edilən, Avropa standartlarına cavab verən laboratoriyalarında, TEMPUS otaqlarında, idman  zalında olaraq buradakı  vəziyyətlə tanış olmuşlar.

Sonda SDU-nun tarixini və onun haqqında geniş məlumatı özündə əks etdirən buklet və prospektlər qonağa hədiyyə olunmuşdur.  

SDU-nun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov