Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2014 - №20

 

Təhsil naziri əməkdar müəllim, 65 illik pedaqoji təcrübəyə malik, professor İmamverdi Əbilovla görüşüb

 

Mayın 26-da təhsil naziri Mikayıl Cabbarov Salyan şəhərinə səfəri çərçivəsində əməkdar müəllim, 65 illik pedaqoji təcrübəyə malik, filologiya elmləri doktoru, professor İmamverdi Əbilovla görüşüb.

İmamverdi Əbilov "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" çərçivəsində həyata keçirilən islahatların təhsilin keyfiyyətinin yüksəldilməsi və bu sahədə uğurlu nəticələrin əldə olunması baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib. Tanınmış ziyalı ölkə təhsilinin gələcəyi ilə bağlı nikbin fikirlər söyləyib, müvafiq təklif və tövsiyələrlə çıxış edib. Bu ilin martında Təhsil Nazirliyi tərəfindən KİV nümayəndələrinin Salyan və Neftçala rayonlarına təşkil olunmuş mediaturu çərçivəsində onunla keçirilmiş görüşü məmnunluqla xatırlayan İ.Əbilov təhsil nazirinin göstərdiyi diqqətdən razılığını bildirib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov