Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 İyul 2014 - №25

 

Şahmatçılarımız beynəlxalq yarışda 5 medal qazanıblar

 

Böyütmək üçün seçinTəhsil Nazirliyinin "Təhsil" Respublika İdman Mərkəzinin şahmatçıları növbəti dəfə beynəlxalq yarışdan uğurla qayıdıblar.

Yunanıstanın Kavala şəhərində məktəblilər arasında keçirilən şahmat üzrə dünya və Avropa çempionatlarında Azərbaycanın 5 zəka sahibi medal qazanıb.

Şahmatın rapid növü üzrə keçirilən dünya çempionatında Aytən Əmrayeva (17 yaş) qızıl, Nərmin Məmmədova (15 yaş) gümüş, Xanım Balacayeva (13 yaş) bürünc medala sahib olub. Blits yarışında isə zəka sahiblərindən Aydın Süleymanlı (9 yaş) gümüş və Fikrət Mustafazadə (7 yaş) bürünc medal əldə ediblər.

Şahmatçılarımız Yunanıstanın Kavala şəhərində keçirilən məktəblilərin klassik şahmat üzrə Avropa çempionatında da uğurlu nəticələr göstəriblər. Zəka sahiblərimizdən Aytən Əmrayeva (17 yaş) gümüş, Nərmin Məmmədova (15 yaş) və Aydın Süleymanlı (9 yaş) bürünc medala layiq görülüblər.  

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov