Bütün xəbərlər
20 iyun, 15:44

Ölkənin müxtəlif regionlarından sertifikasiya imtahanından uğurla keçən fənn müəllimləri (ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili (dövlət dili), ingilis dili, fransız dili, alman dili, rus dili (xarici dil), rus dili və ədəbiyyat, riyaziyyat) və 2025-ci ilin iyun ayında sertifikasiyadan keçəcək olan fənn müəllimləri (coğrafiya, biologiya, kimya, fizika və informatika) “Müasir metodist” müsabiqəsində iştirak etmək üçün müraciət edə bilərlər.

“Azərbaycan müəllimi” xəbər verir ki, metodist kimi fəaliyyət göstərmək istəyən namizədlər üçün aşağıdakı tələblər nəzərə alınır:

– Pedaqoji təhsil;

– Ən azı 7 illik pedaqoji təcrübə;

– Sertifikasiya balı 51 və 51-dən yuxarı;

– İKT bacarıqları;

– Xarici dil üzrə bilik və bacarıqlar (arzu olunandır).

Qeydiyyatdan keçən və qeyd olunan tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunurlar. Müsahibə mərhələsindən müvəffəqiyyətlə keçən müəllimlər “Metodist hazırlığı” təlimlərinə cəlb edilirlər.

Təlimlərdə iştirak edən və uğur qazanmış namizədlər metodik xidmətə cəlb edilirlər.

Sertifikasiya imtahanına cəlb olunmamış, lakin müsahibə mərhələsindən uğurla keçmiş müəllimlərin təlimlərə cəlb olunması onların sertifikasiya balından (51-dən yuxarı bal) asılı olaraq müəyyən ediləcək.

Qeydiyyat üçün son müraciət tarixi 30 iyun 2025-ci ildir.

Qeydiyyatdan keçmək üçün müvafiq keçidə daxil ola bilərsiniz: https://docs.google.com/forms/d/1y6xgieLqYedsEc5bAUZOSu9xiE8eUeLhBy_QrzbetoE/viewform?edit_requested=true

Şərhlər

Xəbər lenti

16 iyul, 17:21

"Buradakı tələbələr çox şanslıdırlar" – Türkiyəli akademik

16 iyul, 16:10

Peşə məktəblərinə qəbulun vaxtı açıqlandı

16 iyul, 15:57

“WorldSkills Azerbaijan” milli bacarıq yarışının qalibləri açıqlanıb

16 iyul, 15:43

Magistratura, rezidentura və kolleclərə tələbə qəbulunun nəticələri müzakirə edilib

16 iyul, 15:28

50 il əvvələ döndülər – 1970-ci illərin tələbələri Xankəndidə

16 iyul, 15:17

BMU məzunu tam təqaüdlə Şanxay Universitetinə qəbul olub

16 iyul, 14:11

3 yaşında piano istədi, 11 yaşında səhnəni fəth etdi – Aylinin uğur hekayəsi

16 iyul, 13:34

Zədələndi, xallarını azaltdı, amma Avropa çempionu oldu

16 iyul, 13:23

Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

16 iyul, 12:52

Magistraturaya qəbul imtahanında esse ilə bağlı minimal tələb qoyula bilər

16 iyul, 12:30

Məleykə Abbaszadə: Sistem işləmirsə, subbakalavrın qəbul qaydalarına yenidən baxılmalıdır 

16 iyul, 12:16

Abituriyentlərin ixtisas seçimi ilə bağlı maraqları dəyişməz qalır - DİM sədri

16 iyul, 12:09

Tərbiyəçi-müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiya elan edilib

16 iyul, 12:06

Məleykə Abbaszadə: Plan yerlərinin 90 faizindən çoxunun dolacağı gözlənilir

16 iyul, 11:13

“Azərbaycan İES”də MDU-nun Təhsil Mərkəzi açılacaq

16 iyul, 10:59

Direktor işləmək istəyənlər üçün müsahibənin keçirilmə tarixləri bəlli olub

16 iyul, 10:12

TKTA Milli Aviasiya Akademiyasında təlim keçirib

16 iyul, 09:50

“Müasir metodist” layihəsi çərçivəsində təlimlər davam edir

16 iyul, 09:40

Təsviri incəsənət müəllimi olmaq istəyən şəxslərin NƏZƏRİNƏ!

16 iyul, 09:34

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.