
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Akkreditasiya və Keyfiyyət Təminatı şöbəsinin təşkilatçılığı ilə tələbələrlə görüş keçirilib.
Bu barədə “Azərbaycan müəllimi”nə ADNSU-dan məlumat verilib.
Tədbirdə şöbə nümayəndələri təqdimatla çıxış edərək görüşün məqsədi barədə məlumat veriblər. Bildirilib ki, Akkreditasiya və Keyfiyyət Təminatı şöbəsinin əsas fəaliyyət istiqamətləri universitetin tədris və idarəetmə sistemlərinin beynəlxalq standartlara uyğunlaşdırılması, təhsilalan və təhsilverənlərin ehtiyaclarının öyrənilməsi, eləcə də ümumi akademik mühitdə keyfiyyət mədəniyyətinin formalaşdırılmasına yönəlib.
Görüş zamanı şöbə ilə tələbələr arasında effektiv kommunikasiya qurmaq məqsədilə tətbiq olunan müxtəlif mexanizmlər – o cümlədən müsahibələr, “açıq qapı” günləri, təkliflər qutusu və digər üsullar haqqında ətraflı məlumat verilib. Xüsusilə, tələbələrin sorğularda obyektiv və fəal iştirakının əhəmiyyəti vurğulanıb.
Bundan əlavə, tədbirdə semestr yekunları ilə bağlı aparılmış sorğunun nəticələri təqdim olunub və iştirakçılarla geniş müzakirə aparılıb. Qeyd edilib ki, sorğuların nəticələri əsasında universitet rəhbərliyi tərəfindən müvafiq qərarlar qəbul edilir və təkmilləşdirici tədbirlər həyata keçirilir.
Sonda tələbələrin müxtəlif məzmunlu sualları cavablandırılıb, onların rəy və təklifləri dinlənilərək müzakirə olunub. Tədbir iştirakçılarına təşəkkür edilib və belə interaktiv görüşlərin mütəmadi təşkil olunacağı bildirilib.
Qeyd edək ki, tədbir universitetin Akkreditasiya və Keyfiyyət Təminatı şöbəsinin fəaliyyəti, həmçinin semestr ərzində keçirilmiş sorğuların nəticələri barədə tələbələri məlumatlandırmaq məqsədilə təşkil olunub.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər