Bütün xəbərlər
4 noyabr, 17:50

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, agentliyin direktoru Eşqi Bağırov ölkədə uşaqların məktəbəqədər təhsilə cəlb olunma səviyyəsinin aşağı, əsas hədəflərindən birinin bu göstəricini yüksəltmək olduğunu söyləyib. O, buna nail olmaq üçün dövlət tərəfindən bir sıra layihələrin həyata keçirildiyini, özəl bağçalara qrantların ayrılması məqsədilə bu yaxınlarda elan edilən müsabiqənin onlardan biri olduğunu nəzərə çatdırıb.

E.Bağırov əlavə edib ki, məktəbəqədər təhsil müəssisələrində peşəkar inkişaf vacib olduğundan burada heyətin ixtisaslı kadrlardan ibarət olması zəruridir.

Diaqnostik qiymətləndirməni davamlı olaraq həyata keçirmək niyyətində olduqlarını açıqlayan E.Bağırov məktəbdənkənar fəaliyyət sahəsinin diqqətdən bir qədər diqqətdən kənarda qaldığını söyləyib. Bu sahəyə ictimai marağın artırılmasının əhəmiyyətindən danışan MÜTDA direktoru qeyd edib ki, indiyədək bu müəssisələrə mərkəzləşdirilmiş işə qəbul imtahanı keçirilməyib: "Bu məktəblərə şagird qəbulunun fərdi qaydada deyil, mərkəzləşdirilmiş elektron qaydada aparılmasını uyğun hesab edirik. Düşünürük ki, bu ilin sonuna kimi ilk qəbulu elan edəcəyik".

E.Bağırov bu ilin sonuna kimi məktəbdənkənar müəssisələrdə çalışan məşqçi müəllimlərin də peşə biliklərinin qiymətləndirilməsinin başlanılacağını açıqlayıb. O, ilkin olaraq, bu prosesə şahmat üzrə məşqçilərdən başlanılacağının planlaşdırıldığını deyib.

Görüşdə İctimai Şuranın üzvlərinin məktəbəqədər və ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi üçün təklifləri dinlənilib.

1 /11

Şərhlər

Xəbər lenti

17 iyul, 20:52

ADA Universitetində dövlət sifarişli yerlərə qəbulla bağlı infosessiya keçirilib

17 iyul, 19:05

II və III qruplar üzrə qəbul imtahanının nəticələri elan olunub

17 iyul, 18:25

Tədris ilinin yekunlarına dair hesabat tədbirləri keçirilir

17 iyul, 17:47

Məktəbəqədər yaşlı uşaqların inkişafında oyunların rolu

17 iyul, 17:22

11 yaşında olsa da, şahmat dünyasını fəth edir -  Məktəbli şahmatçının uğuru 

17 iyul, 17:10

Masallıda II Regional Gənclər Festivalı keçiriləcək

17 iyul, 16:28

BMU-İNHA ikili diplom proqramının II məzun buraxılışı keçirilib

17 iyul, 16:21

İlahə Rəsulova: Valideynlər eyni anda 3 bağça seçə bilərlər - MÜSAHİBƏ

17 iyul, 15:27

ADA Universiteti ilk dəfə bu ixtisaslar üzrə dövlət sifarişli qəbul aparacaq - SİYAHI

17 iyul, 15:09

Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində ilk dəfə qadın məzunların sayı 50 faizə çatıb 

17 iyul, 15:04

Apellyasiyada əvvəlcədən ödəniş sistemi tətbiq oluna bilər – DİM sədrindən açıqlama

17 iyul, 13:39

261 məzun qızıl və gümüş nişanla təltif edilib SİYAHI

17 iyul, 13:31

Nazir məzunların qızıl və gümüş nişanla təltif edilməsi ilə bağlı əmr imzalayıb

17 iyul, 12:41

Qabiliyyət imtahanı verəcək şəxslərin NƏZƏRİNƏ!

17 iyul, 12:28

Sabahın hava proqnozu açıqlanıb

17 iyul, 11:53

Azərbaycanın regional universiteti “QS Stars” qiymətləndirməsində iştirak edib

17 iyul, 11:30

Şimal-qərb bölgəsinin 15 məzunu qızıl və gümüş nişana layiq görülüb

17 iyul, 11:11

Rus bölməsi üzrə I sinfə qəbul üçün məktəb və müəllim seçimi başlayır

17 iyul, 11:10

Problemləri kodlaşdırma ilə həll edir – Tələbənin uğur hekayəsi

17 iyul, 10:32

İdmançılarımız beynəlxalq yarışda 8 medal qazanıblar

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.