
Azərbaycanda müəllimlik fəaliyyətindən məmnunluğunu bildirən təhsilverənlərin payı OECD üzrə orta statistik göstəricədən yüksək - 93% təşkil edir.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən açıqlanmış TALIS 2024 (Teaching and Learning International Survey) hesabatının Azərbaycana aid hissəsində qeyd olunur.
OECD üzrə müəllimlərin öz işlərindən məmnunluq səviyyəsi 89% təşkil edir.
Hesabata əsasən, öz işindən razı qalan müəllimlərin payı dövlət məktəblərində olduğu kimi özəl təhsil müəssisələrində də eynidir.
Yaşı 30-dan az olan müəllimlərin yalnız 9%-i növbəti beş il ərzində müəllimliyi tərk etmək niyyətində olduqlarını bildirirlər, bu isə OECD-nin orta göstəricisindən (20%) aşağıdır.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər