Bütün xəbərlər
27 fevral, 13:35

Fevralın 24-dən 27-dək İranın Tehran şəhərində təşkil olunan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Regional Planlama Şurasının 35-ci iclası çərçivəsində Turizm Komitəsinin toplantısı Azərbaycanın sədrliyi ilə keçirilib.

Dövlət Turizm Agentliyindən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirdə Azərbaycanı Dövlət Turizm Agentliyi Aparatının rəhbərinin müavini - Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəlil Məlikovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

İclasda İƏT-in cari il üçün nəzərdə tutulan iş planı müzakirə edilib və keçiriləcək tədbirlər siyahısı təsdiq edilib.

Görüşdə təşkilatın “Dayanıqlı turizmin inkişafı üçün regional tədbirlər planı”na dair fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, qədim İpək Yolu abidələrinin və mədəni irsinin qorunması istiqamətində müvafiq tədbirlərin təşkili, üzv dövlətlərin turizm potensialının təşkilat çərçivəsində təbliğatı üzrə müzakirələr aparılıb.

Həmçinin təşkilat daxilində yaradılmış turizm sahəsi üzrə Məsləhətləşmə Komitəsinə üzv ölkələrdən müvafiq namizədlərin təqdim edilməsi razılaşdırılıb.

Təşkilatın cari il üçün tədbirlər planında yer alan “İƏT-in İpək Yolu İşçi Qrupunun 1-ci iclası”na Azərbaycanın ev sahibliyi etməsi təsdiqlənərək, yekun təqvimə daxil edilib.

1 /1

Şərhlər

Xəbər lenti

12 may, 21:08

Səsyazısı yayılan məktəb direktoru işdən çıxarıldı

12 may, 19:53

NASA Ayın səthində oksigen əldə edib

12 may, 19:00

Marsın dərinliyində su hövzəsi tapılıb

12 may, 17:18

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri açıqlandı

12 may, 17:08

Niyə illərlə ingilis dili dərsi keçir, amma danışa bilmirik? – Əcnəbi müəllimlə MÜSAHİBƏ

12 may, 17:01

Rektor: Uzun illər gizli saxlanılan, təhrif edilmiş hadisələr əsl qiymətini alır

12 may, 17:00

80 illik müəllim və alim ömrünün salnaməsi

12 may, 16:44

Vətənimə hüquq üzrə layiqli xidmət göstərmək istəyirəm – Naxçıvan məktəblilərinin uğuru

12 may, 16:40

Sumqayıt məktəblisi beynəlxalq olimpiadadan 4 medalla qayıtdı

12 may, 15:37

Bu instituta rektor təyin edildi

12 may, 15:25

Məktəblərdə ilkin tibbi yardım: Onlar kimə və necə öyrədilməlidir?

12 may, 15:07

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrə velosipedlər hədiyyə olunub

12 may, 14:46

Sabaha olan hava proqnozu açıqlanıb 

12 may, 14:19

I sinfə qəbulda prioritet tətbiq olunan məktəblər üzrə 2335 sorğu emal edilib

12 may, 14:00

Məqsədinə 8 il sonra çatdı – Lerik şagirdi uğurundan danışır

12 may, 12:32

Buraxılış imtahanlarının doğru cavab etalonları açıqlanıb

12 may, 12:22

BDU-da astronomik müşahidə günü keçirilib

12 may, 12:11

Koreyada təhsil alan BMU-INHA IDP tələbələri üçün magistraturaya qəbul imtahanı keçirilib

12 may, 11:49

“Tibb sahəsində yeniliklər etmək istəyirəm” – Olimpiada qalibləri ilə söhbət

12 may, 11:02

“Heydər Əliyev Azərbaycan xalqının tarixini yazdı” MƏKTƏBDƏ

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.