.png)
Azərbaycan Texniki Universiteti (AzTU) Kitabxana İnformasiya Mərkəzinin (KİM) əməkdaşları ölkədə ilkə imza atıb.
Bu barədə “Azərbaycan müəllimi”nə AzTU-dan məlumat verilib.
Belə ki, 2025-ci ilin oktyabrında keçiriləcək "Açıq Əlyetərlilik Həftəsi"nin məlumatlandırıcı mətni AzTU KİM əməkdaşları (direktor Xəyalə Hacıyeva və rəqəmsallaşma üzrə mütəxəssis Məhsəti Əliyeva) tərəfindən Azərbaycan dilinə tərcümə olunub. Məqsəd "Açıq Əlyetərlilik Həftəsi"nin mahiyyətini daha çox vətəndaşımıza çatdırmaq olub.
2025-ci il “Açıq Əlyetərlilik Həftəsi”nin Azərbaycan dilinə tərcümə olunan “Biliklərimiz kimə məxsusdur?” adlı məlumatlandırıcı mətnini qeyd olunan linkə keçid edərək oxuya bilərsiniz: https://www.openaccessweek.org/theme/azerbaijani
AzTU KİM bu cür fəaliyyətləri növbəti illərdə də davam etdirəcək.
Bildirilib ki, "Açıq Əlyetərlilik Həftəsi" ilə bağlı elanlar hər il dünyanın müxtəlif dillərinə tərcümə edilərək ictimaiyyətlə paylaşılır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər