Bütün xəbərlər
8 yanvar, 12:11

Dekabrın 22-dən 24-dək Azərbaycanda “World Harmony” VII Beynəlxalq müsabiqəsi keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə “Harmoniya” Gürcü Klassik və Folklor Musiqisinin İnkişaf Birliyinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq müsabiqədə gənc musiqiçilər fərqli yaş qrupları üzrə müxtəlif ifa alətləri ilə çıxış ediblər.

Müsabiqənin münsiflər heyətinin rəhbəri SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru professor Fərhad Bədəlbəyli (Azərbaycan) və müsabiqənin həmsədri isə Əməkdar müəllim, Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva (Azərbaycan) olub. Münsiflər heyətində müxtəlif ölkələrdən gələn və Azərbaycanın digər tanınmış mütəxəssisləri də yer alıb.

Müsabiqənin bağlanış mərasimində çıxış edən professor Nərminə Quliyeva çıxış edərək səkkiz nominasiya, 4 və 5 yaş kateqoriyası üzrə keçirilən müsabiqənin əhəmiyyətindən danışıb. O, bu müsabiqədə ənənəvi nominasiyalardan başqa, fortepiano, simli və nəfəsli alətlər, konsertmeyster sinfi, xor-dirijorluq sinfi, ümumi fortepiano, kamera ansamblı kimi nominasiyaların əlavə olunmasını qeyd edib. Sadalanan xüsusiyyətlərə görə “World Harmony” beynəlxalq müsabiqəsi tarixində belə böyük miqyaslı müsabiqənin məhz Azərbaycanda keçirilməsindən qürur duyduğunu bildirib. Həmçinin gənc istedadların bacarıqlarının üzə çıxarılmasında bu müsabiqənin mühüm rolundan söz açıb, əhəmiyyətini vurğulayıb və qalib ifaçıları təbrik edərək onlara yeni nailiyyətlər arzulayıb.

Beynəlxalq münsiflər heyətinin üzvləri Tsinino Biçikaşvili, Vilnus və Kosta-Rika Musiqi Akademiyalarının professoru Ala Bendoraitiene, professor Rustam Şayxutdinov müsabiqənin yüksək səviyyədə təşkil olunmasından məmnunluqlarını qeyd edib, öz ürək sözlərini bölüşüblər.

Nəfəs və zərb alətləri kateqoriyasında Fərid Hacıyev (Azərbaycan), fortepiano üzrə Bachi Mikeladze (Gürcüstan) və Pavel Kolbasov (Rusiya), simli alətlər üzrə Xədicə Qasımova (Azərbaycan), vokal üzrə Dinara Tausheva (Qazaxıstan) "Qran-pri" mükafatına layiq görülüb. Vokal ifaçısı Aydan Quliyeva isə I yeri tutub.

Qaliblər diplom və müxtəlif hədiyyələrlə təltif olunublar.

Qeyd edək ki, "World Harmony" VII Beynəlxalq müsabiqəsi musiqi sahəsinin inkişafı və gənc musiqiçilərin beynəlxalq miqyasda tanıdılması baxımından böyük əhəmiyyət kəsb edir. Bu tədbir, həmçinin yeni istedadların üzə çıxmasına, müxtəlif ifaçılıq məktəblərinin ənənələrinin qorunmasına və musiqi sahəsində yeni əməkdaşlıq imkanlarının yaranmasına səbəb olub. Gələcəkdə bu cür tədbirlərin daha da inkişaf etdirilməsi və gənc musiqiçilərin dünya səviyyəsində tanıdılması məqsədilə davamlı olaraq təşkil olunması musiqi sahəsində yeni istedadların üzə çıxmasına və təhsil sahəsinin inkişafına böyük töhfələr verəcək.

1 /9

Şərhlər

Xəbər lenti

12 may, 21:08

Səsyazısı yayılan məktəb direktoru işdən çıxarıldı

12 may, 19:53

NASA Ayın səthində oksigen əldə edib

12 may, 19:00

Marsın dərinliyində su hövzəsi tapılıb

12 may, 17:18

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri açıqlandı

12 may, 17:08

Niyə illərlə ingilis dili dərsi keçir, amma danışa bilmirik? – Əcnəbi müəllimlə MÜSAHİBƏ

12 may, 17:01

Rektor: Uzun illər gizli saxlanılan, təhrif edilmiş hadisələr əsl qiymətini alır

12 may, 17:00

80 illik müəllim və alim ömrünün salnaməsi

12 may, 16:44

Vətənimə hüquq üzrə layiqli xidmət göstərmək istəyirəm – Naxçıvan məktəblilərinin uğuru

12 may, 16:40

Sumqayıt məktəblisi beynəlxalq olimpiadadan 4 medalla qayıtdı

12 may, 15:37

Bu instituta rektor təyin edildi

12 may, 15:25

Məktəblərdə ilkin tibbi yardım: Onlar kimə və necə öyrədilməlidir?

12 may, 15:07

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrə velosipedlər hədiyyə olunub

12 may, 14:46

Sabaha olan hava proqnozu açıqlanıb 

12 may, 14:19

I sinfə qəbulda prioritet tətbiq olunan məktəblər üzrə 2335 sorğu emal edilib

12 may, 14:00

Məqsədinə 8 il sonra çatdı – Lerik şagirdi uğurundan danışır

12 may, 12:32

Buraxılış imtahanlarının doğru cavab etalonları açıqlanıb

12 may, 12:22

BDU-da astronomik müşahidə günü keçirilib

12 may, 12:11

Koreyada təhsil alan BMU-INHA IDP tələbələri üçün magistraturaya qəbul imtahanı keçirilib

12 may, 11:49

“Tibb sahəsində yeniliklər etmək istəyirəm” – Olimpiada qalibləri ilə söhbət

12 may, 11:02

“Heydər Əliyev Azərbaycan xalqının tarixini yazdı” MƏKTƏBDƏ

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.