Bütün xəbərlər
27 iyun, 09:39

İyunun 25-də Bakı İdman Sarayında Bakı Slavyan Universitetinin (BSU) 2024/2025-ci il buraxılış ilinin tələbələri və magistrantları üçün “Məzun günü” tədbiri keçirilib. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirdə BSU-nun rektoru Anar Nağıyev, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri Araz Paşayev, Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bankini, universitetin professor-müəllim heyəti, məzunların valideynləri, universitetin əməkdaşlıq etdiyi qurumların nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbir Dövlət Himni səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxış edən BSU-nun rektoru Anar Nağıyev məzunları təbrik edib, onlara gələcək həyatlarında böyük nailiyyətlər arzulayıb, eyni zamanda, məzunların müasir əmək bazarında layiqli yer tutacaqlarına, qazandıqları bilik və bacarıqları reallaşdırmaq üçün geniş imkanlar əldə edəcəklərinə əminliyini bildirib.

A.Nağıyev qeyd edib ki, ölkəmizdə ali təhsilin inkişafı istiqamətində Ulu Öndər Heydər Əliyev tərəfindən başlanmış inkişaf kursu Prezident İlham Əliyev tərəfindən yeni keyfiyyət mərhələsinə yüksəldilib. Hazırda Azərbaycan gənclərinin həm ölkə daxilində, həm də xaricdə nüfuzlu ali məktəblərdə təhsil almaları üçün geniş imkanlar yaradılıb. Rektor vurğulayıb ki, dövlət başçısının sərəncamları ilə xaricdə təhsilə dair proqramlar uğurla həyata keçirilir, ali təhsil sistemi isə sürətli inkişaf mərhələsindədir. Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində mühüm islahatlar reallaşdırılır, ali təhsilə əlçatanlığın təmin olunması istiqamətində ciddi addımlar atılır, təhsildə inklüzivlik əsas prioritetlər sırasında saxlanılır.

Rektor bildirib ki, son 5 il ölkəmizin tarixində böyük hadisələrlə yadda qalıb, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz düşmən üzərində Qələbə qazanıb, ərazi bütövlüyümüz bərpa edilib, dövlət suverenliyimiz bütün ərazilərimizdə bərqərar olub, Şuşada, Xankəndidə, Xocalıda, Xocavənddə şanlı üçrəngli bayrağımız ucaldılıb.

Anar Nağıyev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildiyini diqqətə çatdıraraq, bu qərarın dövlətçiliyimizin hüquq təməllərinə, milli birliyimizin əsaslarına və müstəqilliyimizə verilən böyük dəyər olduğunu bildirib. Qeyd edib ki, “Konstitusiya və Suverenlik İli” təkcə hüquqi sənədləri deyil, həm də xalqımızın iradəsini, ərazi bütövlüyümüzə olan sadiqliyini və milli kimliyimizi təsdiq edən tarixi-siyasi fəlsəfəni təcəssüm etdirir və təbii ki, BSU da bu istiqamətdə hazırladığı Fəaliyyət Planına uyğun olaraq silsilə tədbirlər həyata keçirir. Xüsusilə “Yeni dövrün Azərbaycanı” mövzusunda təşkil olunan seminarlar və Avropa universitetlərində reallaşdırılan təqdimatlar bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Rektor ali təhsil həyatına qalib dövlətin vətəndaşları olaraq qədəm qoyan məzunların Zəfər salnaməsinin canlı şahidləri olduqlarını bildirib. Qeyd edib ki, bütün şəhidlərimiz kimi, BSU-nun Vətən müharibəsində şəhid olmuş məzunları Nicat Şükürlünün, Kənan Rüstəmlinin, Elnur Allahverdizadənin, antiterror əməliyyatlarının şəhidi Cavid Mirzəyevin qəhrəmanlıq tarixçələri dərin hörmət və ehtiramla yaddaşımıza yazılıb.

Diqqətə çatdırılıb ki, 2021–2022-ci tədris ilində universitetin bakalavriat səviyyəsinə 999 nəfər, magistratura səviyyəsinə isə 98 nəfər tələbə qəbul olunub. Bu göstəricilər ardıcıl şəkildə artaraq, 2024–2025-ci tədris ilində bakalavriat səviyyəsində 1465 nəfər, magistratura səviyyəsində isə 136 nəfərin qəbulu ilə nəticələnib. Bu dinamika qəbul göstəricilərinin cəmi bir neçə il ərzində 30 faizdən çox artdığını göstərir.

Universitet beynəlxalq “Times Higher Education” reytinqinin davamlı inkişaf məqsədləri üzrə əsas göstəricilərinə görə dünya universitetləri arasında sıralamaya daxil olub.

Gənclər və idman naziri Fərid Qayıbov çıxışı zamanı tələbələri və onların valideynlərini təbrik edərək, tələbələrin formalaşmasında professor-müəllim heyətinin mühüm rol oynadığını vurğulayıb. Nazir Bakı Slavyan Universitetinin məzunlarının ölkəmiz və cəmiyyətimiz üçün layiqli vətəndaşlar, peşəkar mütəxəssislər olacağına əminliyini ifadə edib. Qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən, müasir gənclərin təhsil almaları üçün müxtəlif dövlət qurumları və təşkilatlar tərəfindən əlverişli şərait yaradılır.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri Araz Paşayev məzunları təbrik edərək, onlara öz tövsiyələrini çatdırıb.

Albaniya Respublikasının Tirana Universitetinin professoru Ali Günəş, Gürcüstanın Akaki Tsereteli adına Kutaisi Dövlət Universitetinin professoru Şalva Kirtadze videotəqdimat formatında çıxış edərək, məzunlara gələcək həyatlarında uğurlar arzulayıblar.

Tədbirdə çıxış edən Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bankini məzunlara motivasiya dolu tövsiyələrini çatdırıb. O, çıxışında gənclərə inam və öz güclərinə güvənməyin vacibliyini vurğulayıb.

BSU-nun 2023-2024-cü tədris ili məzunu, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində magistratura təhsilini Birləşmiş Krallığın nüfuzlu Şeffield Universitetində davam etdirən Cavid Novruzov tələbələr üçün yaradılan imkanlara görə BSU-nun rəhbərliyinə təşəkkür edib və məzunlara uğurlar arzulayıb.

Tədbir çərçivəsində universitetin fakültələrinin bayraqlarının təqdimatı keçirilib,"Ən yüksək orta müvəffəqiyyət göstəriciləri", "İlin tələbəsi", "Ən yaxşı müəllim" nominasiyaları üzrə fərqlənən məzunlara və müəllimlərə mükafatlar təqdim edilib, BSU-nun himni səsləndirilib.

“Məzun günü”nün rəsmi hissəsi məzunların ənənəvi paradı və papaq atma mərasimi ilə başa çatıb.

Sonra konsert proqramı təqdim olunub.

1 /14

Şərhlər

Xəbər lenti

27 iyun, 10:21

Sertifikasiyada könüllü iştirak edib yüksək bal topladılar

27 iyun, 09:42

Ata və qızı sertifikatlaşdırma imtahanında yüksək bal toplayıb

26 iyun, 18:45

BŞTİ: Direktor və müavinin maşınının işçilər tərəfindən yuyulması araşdırılır

26 iyun, 13:21

Bakı Mühəndislik Universitetində “Məzun günü” keçirilib

26 iyun, 11:10

LDU-da “Məzun günü” keçirilib

26 iyun, 10:51

Sertifikasiyada neqativ hal: 7 müəllimin nəticəsi ləğv ediləcək

26 iyun, 10:47

Naxçıvan Hərbi Kolleci – Peşəkar orduya aparan zəfər yolu

26 iyun, 10:15

Sinifdə də, səngərdə də qəhrəman müəllim 

26 iyun, 09:11

BDU-da “Məzun günü” keçirilib

25 iyun, 20:54

Gözünü arı sancan kimya müəllimi: “Tək gözlə 55 bal topladım”

25 iyun, 19:00

İmtahana könüllü qatıldı – 56 bal topladı

25 iyun, 18:50

Nazir müavini: BDU 100 ildən artıqdır ki, insan kapitalının formalaşdırılması missiyasının öhdəsindən gəlir

25 iyun, 18:41

"Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat uzadılır

25 iyun, 18:20

Zəhmətin zirvəsi Müəllimlərin sertifikasiya sevinci

25 iyun, 18:04

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri mükafatlandırılıblar

25 iyun, 18:00

50 dəqiqəyə maksimal bal topladı – İmtahandan uğurla keçənlər danışdı

25 iyun, 17:00

“Müəllim nə qədər savadlı olsa da, öz üzərində daim  işləməlidir” – Müəllimlərin fikirləri 

25 iyun, 16:30

Sertifikasiyadan keçən kimya müəllimləri: “Sualların 25-30-u çox sadə idi…”

25 iyun, 16:15

Çiçəkli qarşılama, ailə dəstəyi – İmtahanın sonuncu günü 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.