Bütün xəbərlər
13 avqust, 09:34

Skopyedə keçirilən cüdo üzrə gənclər arasında Avropa Kubokunda həmyerlimiz – Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Fərid Qarayev gümüş medal qazanaraq ölkəmizi layiqincə təmsil edib. Bu, onun Avropa kuboklarında qazandığı səkkizinci medaldır.

“Azərbaycan müəllimi” gənc idmançının uğur hekayəsini öyrənib. 

“Finaldakı rəqibim azərbaycanlı idi”

18 yaşlı olan Fərid artıq 10 ildir ki, cüdo ilə məşğuldur. 4 ildir ki, Azərbaycan milli yığmasının heyətindədir. Onun idmana gəlişi maraqlı şəkildə başlayıb: “Çox dəcəl uşaq idim. Valideynlərim enerjimi düzgün istiqamətə yönəltmək üçün məni cüdoya yazdırdılar. Zamanla bu, həyat tərzimə çevrildi. Cüdo mənə sağlam düşüncə, sağlam həyat tərzi bəxş etdi”.

Skopyedəki yarışda Fərid finala qədər uğurla irəliləyib. Maraqlısı odur ki, finalda o, digər bir azərbaycanlı cüdoçu ilə qarşılaşıb. Hər iki idmançı bir-birinin gücünü yaxşı tanıdığından görüş olduqca gərgin keçib. “Finaldakı rəqibim azərbaycanlı idi. Bir-birimizin güclü və zəif tərəflərini yaxşı tanıyırdıq. Görüş çətin keçdi. Lakin bu məğlubiyyət mənim üçün bir dərs, təcrübə oldu. İnanıram ki, növbəti yarışlarda qızıl medal qazanacağam”.

Fəridin əsas hədəfləri böyükdür: Avropa çempionluğu, “Grand Slam” və nəhayət, Olimpiya çempionluğu: “Hər yarışa böyük məsuliyyətlə hazırlaşıram. Hədəfim hər yarışdan ən azı medalla qayıtmaqdır. İdmanda qələbəyə gedən yol əzmkarlıq, zəhmət və səbirdən keçir”, – deyir gənc cüdoçu.

Gənc cüdoçu idmançıların gənclərə örnək olmasının vacibliyini vurğulayır: “İdmançılar güclərini yalnız tatami üzərində göstərməlidir. Gənclərə nümunə olmaq bizim üçün məsuliyyətdir. Ona görə də daim nizam-intizamlı, məsuliyyətli və dostcanlı olmağa çalışıram”.

Hazırda Fərid idmanla yanaşı, təhsilini də davam etdirir. O, bu ildən Polşada idman müəllimliyi üzrə ali təhsilə başlayır. İdmançı bildirir ki, hər bir uğurlu idmançının yolunda təhsil əsas dayaq rolunu oynayır.

“Bu yarışdan medalla qayıtmaq böyük nailiyyətdir”

Fəridin qazandığı uğurların arxasında həm də onun təcrübəli məşqçisi Hüseyn Allahverdiyevin böyük əməyi var. Hüseyn müəllim 20 ilə yaxındır ki, məşqçilik fəaliyyəti ilə məşğuldur və bu illər ərzində onlarla uğurlu idmançı yetişdirib: “Fərid hələ tam 18 yaşını tamamlamayıb. Mübarizə apardığı idmançıların çoxunun isə 19-20 yaşı olub. Artıq gənclər arasında ciddi rəqiblərlə mübarizə aparır. Finalda qarşılaşdığı idmançı yeniyetmələr arasında ikiqat dünya çempionudur. Onun bu yarışdan medalla qayıtması böyük nailiyyətdir. Düşünürəm ki, Fərid perspektivli idmançıdır və bizi daha böyük qələbələrlə sevindirəcək” – deyə məşqçi bildirir.

Hüseyn müəllim qeyd edir ki, cüdoçular daim dəstək görürlər.
Sonda Hüseyn müəllim belə bir tövsiyə edir: “Hər bir gənc özünə məqsəd qoymalıdır. Heç bir uğur bir gündə əldə olunmur. Zəhmət, səbir və əzmkarlıq – bunlar həmişə uğurun açarıdır. İdmanda irəliləyiş yalnız davamlı məşq və öz üzərində işləməklə mümkündür”.

Şərhlər

Xəbər lenti

19 avqust, 17:09

Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadılıb

19 avqust, 17:03

Qarabağ Universitetində şöbə müdiri vakansiyası elan olunub

19 avqust, 16:53

Gündə 30 dəqiqəlik oxu vərdişi beyin fəaliyyətini gücləndirir

19 avqust, 16:48

Magistraturanın boş qalan plan yerlərinə qəbulun nəticələri AÇIQLANDI

19 avqust, 16:42

Rezidenturaya qəbul olunan namizədlərin elektron qeydiyyatı başlayır

19 avqust, 15:06

Dərs otağından yay düşərgəsinə: Bahar müəllimin fərqli dərsləri

19 avqust, 14:41

Süni intellekt dövründə təhsil: Məktəblərdə yumşaq bacarıqlar necə öyrədilməlidir?

19 avqust, 14:30

"Evrika!” anı qəfil yaranır? – Alimlərdən maraqlı araşdırma

19 avqust, 13:58

Alimlər ən “süni” bakteriyanı yaradıblar 

19 avqust, 13:43

2030-cu ilədək Çinin bütün orta məktəblərində süni intellekt tətbiq ediləcək

19 avqust, 13:22

BANM tələbələri beynəlxalq proqramda 7000 ABŞ dolları mükafat qazanıblar

19 avqust, 13:05

Gəncə və Goranboyda yenilənmiş tam orta məktəblərə qəbul həyata keçirilir

19 avqust, 12:47

Geomaqnit qasırğası gözlənilir

19 avqust, 12:31

Sabahın hava proqnozu açıqlanıb

19 avqust, 12:26

Sertifikatlaşdırmada yüksək nəticə göstərənlər üçün xüsusi təşəbbüs reallaşdırılıb

19 avqust, 12:22

Yataqxanalarla bağlı normalar təsdiq olunub – QƏRAR

19 avqust, 12:13

2025-2026-cı tədris ilində ABŞ-də beynəlxalq tələbə qəbulu azalacaq

19 avqust, 11:55

Oyuncaq sabitlik simvolu olmalıdır

19 avqust, 11:41

BMU ilə Səmərqənd Dövlət Universiteti arasında əməkdaşlıq müzakirə olunub

19 avqust, 11:40

Məktəbəhazırlıq qruplarına 23 mindən çox uşaq qeydiyyatdan keçib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.