Bütün xəbərlər
19 dekabr, 15:51

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Bakı Mühəndislik Universitetində (BMU) olublar.

Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, öncə universitetin binasında Ümummilli Lider Heydər Əliyevin büstünün qarşısına gül dəstələri qoyulub, Ulu Öndərin unudulmaz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Şura üzvləri ilə keçirilən görüşdə rektor Yaqub Piriyev qonaqları  BMU-da görməkdən məmnunluğunu bildirib və ali məktəbin yaranması, strukturu, inkişafı üçün atılan addımlarla bağlı ətraflı məlumat verib. Rektor son illərdə aparılan islahatların müsbət nəticələrinə toxunaraq universitetin builki tələbə qəbul planındakı artımı, açılan yeni ixtisaslar üzrə yerlərin tam dolmasını, BMU-nu seçən yüksəkballı abituriyentlərin və əcnəbi tələbələrin sayındakı müsbət dinamikanı diqqətə çatdırıb. Universitetin beynəlxalq əlaqələrindən də bəhs edən Yaqub Piriyev ötən ay açıqlanan “QS dayanıqlılıq reytinqi 2025”də BMU-nun ilk dəfə yer aldığını, bununla yanaşı, Avropanın ən yaxşı ali təhsil ocaqlarının reytinqində 60 pillə irəliləyərək 491-ci mövqeyə yüksəldiyini deyib.

Görüşdə çıxış edən İctimai Şuranın sədri Hikmət Əlizadə BMU-da tədris və təcrübənin bir arada olmasını, tələbələrin müasir bacarıqlarının inkişaf etdirilməsi üçün yaradılan şəraiti, müasir laboratoriyaların mövcudluğunu yüksək qiymətləndirib. Hikmət Əlizadə universitetdə son zamanlarda görülən işlərin ictimai rəydə müsbət qarşılandığını deyərək BMU-da tədrisin keyfiyyətinin daha da yaxşılaşmasını, tələbəyönümlü layihələrə diqqətin artırılmasını, ali məktəbin beynəlxalq reytinqlərdə mövqelərinin möhkəmlənməsini böyük nailiyyət adlandırıb.

Sonra İctimai Şura üzvləri ilə ali təhsilin bugünkü hədəfləri, yeni çağırışlara cavab verməsi və digər məsələlər ətrafında geniş müzakirələr aparılıb. Eyni zamanda, Şura üzvlərinin bir sıra məqamlarla bağlı suallarına aydınlıq gətirilib.

Müzakirələrin ardınca İctimai Şura üzvləri universitetin Kibertəhlükəsizlik, həmçinin digər laboratoriyalarına, o cümlədən Texnoparkına baş çəkib, burada yaradılan şərait və tələbələrin startapları ilə yaxından tanış olublar.

1 /9

Şərhlər

Xəbər lenti

17 iyul, 20:52

ADA Universitetində dövlət sifarişli yerlərə qəbulla bağlı infosessiya keçirilib

17 iyul, 19:05

II və III qruplar üzrə qəbul imtahanının nəticələri elan olunub

17 iyul, 18:25

Tədris ilinin yekunlarına dair hesabat tədbirləri keçirilir

17 iyul, 17:47

Məktəbəqədər yaşlı uşaqların inkişafında oyunların rolu

17 iyul, 17:22

11 yaşında olsa da, şahmat dünyasını fəth edir -  Məktəbli şahmatçının uğuru 

17 iyul, 17:10

Masallıda II Regional Gənclər Festivalı keçiriləcək

17 iyul, 16:28

BMU-İNHA ikili diplom proqramının II məzun buraxılışı keçirilib

17 iyul, 16:21

İlahə Rəsulova: Valideynlər eyni anda 3 bağça seçə bilərlər - MÜSAHİBƏ

17 iyul, 15:27

ADA Universiteti ilk dəfə bu ixtisaslar üzrə dövlət sifarişli qəbul aparacaq - SİYAHI

17 iyul, 15:09

Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində ilk dəfə qadın məzunların sayı 50 faizə çatıb 

17 iyul, 15:04

Apellyasiyada əvvəlcədən ödəniş sistemi tətbiq oluna bilər – DİM sədrindən açıqlama

17 iyul, 13:39

261 məzun qızıl və gümüş nişanla təltif edilib SİYAHI

17 iyul, 13:31

Nazir məzunların qızıl və gümüş nişanla təltif edilməsi ilə bağlı əmr imzalayıb

17 iyul, 12:41

Qabiliyyət imtahanı verəcək şəxslərin NƏZƏRİNƏ!

17 iyul, 12:28

Sabahın hava proqnozu açıqlanıb

17 iyul, 11:53

Azərbaycanın regional universiteti “QS Stars” qiymətləndirməsində iştirak edib

17 iyul, 11:30

Şimal-qərb bölgəsinin 15 məzunu qızıl və gümüş nişana layiq görülüb

17 iyul, 11:11

Rus bölməsi üzrə I sinfə qəbul üçün məktəb və müəllim seçimi başlayır

17 iyul, 11:10

Problemləri kodlaşdırma ilə həll edir – Tələbənin uğur hekayəsi

17 iyul, 10:32

İdmançılarımız beynəlxalq yarışda 8 medal qazanıblar

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.