Bütün xəbərlər
31 yanvar, 10:00

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri professor Hikmət Əlizadə və şuranın üzvləri Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olublar.

Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, UNEC-in rektoru professor Ədalət Muradov şura üzvləri ilə görüşərək öncə şəhid olmuş məzun və tələbələrin xatirəsinə ucaldılan memorial abidə kompleksini ziyarət ediblər. Sonra 24/7 kitabxana, Ekstern Mərkəzi, Karyera Mərkəzi, Bloomberg Maliyyə laboratoriyası, hibrid auditoriyanın iş fəaliyyəti ilə tanış olublar. Şura üzvlərinə UNEC-in “Eduman” sistemi üzərindən tələbə və müəllim kabinetlərinin iş prinsipi əyani şəkildə nümayiş olunub.

Universitetlə tanışlıqdan sonra şura üzvlərinin, rektor və müvafiq struktur rəhbərlərinin iştirakı ilə görüş keçirilib. Görüşdə rektor Ədalət Muradov UNEC-də təhsilin və elmin rəqəmsallaşdırılması, tədris prosesi, məzunların məşğulluğu, dünya reytinqlərindəki mövqeyi, elmi fəaliyyəti ilə bağlı görülmüş işlərdən və universitetin davamlı inkişafı istiqamətində atılacaq addımlardan bəhs edib.  

İctimai Şuranın sədri professor Hikmət Əlizadə UNEC-də həyata keçirilən yenilikləri yaxından izlədiyini diqqətə çatdıraraq bu ali təhsil müəssisəsinin təhsilin rəqəmsallaşdırılması istiqamətində tətbiq etdiyi yenilikləri ölkə elminin və təhsilinin inkişafına müsbət təsir etdiyini vurğulayıb.

Şura üzvləri UNEC-in beynəlxalq standartlara uyğun təhsil modelini, eləcə də davamlı inkişafa yönəlmiş təşəbbüslərini yüksək qiymətləndirərək tətbiq olunan yenilikçi yanaşmaların ölkə təhsilinə töhfələr verəcəyini bildiriblər.

1 /9

Şərhlər

Xəbər lenti

4 sentyabr, 11:06

Mil-Muğan regionunda sentyabr konfransı keçirilib

4 sentyabr, 10:25

Qazax-Tovuz regionunda sentyabr konfransı keçirilib

4 sentyabr, 09:48

Bu məktəblərə direktor təyinatları olub

4 sentyabr, 09:40

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

4 sentyabr, 09:33

“Evdə boş oturmaqdansa, məktəbə gəlmək daha yaxşıdır” – “Yay məktəbi”ndən REPORTAJ

4 sentyabr, 09:32

Abşeron–Xızı regionunda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

4 sentyabr, 09:29

ADNSU-da Türkiyə və ABŞ universitetlərinin professorları ilə görüş keçirilib

4 sentyabr, 09:26

“ChatGPT”də valideyn nəzarəti funskiyası olacaq

4 sentyabr, 09:22

ADNSU-da doktoranturaya qəbul imtahanı keçirilib

3 sentyabr, 18:11

DİM imtahan nəticəsini AÇIQLADI

3 sentyabr, 17:20

Məktəblilərimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında uğurla çıxış ediblər

3 sentyabr, 17:20

Naxçıvanda qəbul imtahanında yüksək nəticə göstərmiş məzunlarla görüş keçirilib

3 sentyabr, 17:15

Nazir: Naxçıvan və Şahbuzun məzunları ilk beşlikdə yer alıblar

3 sentyabr, 17:13

İlk proqramçının izi ilə: Ramin Mahmudzadəyə həsr olunan final mərasimi keçirilib

3 sentyabr, 17:05

Fuad Nəcəfli: "Təhsilə qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir”

3 sentyabr, 16:47

Rektor: “Dissertasiyalarda süni intellektdən istifadənin qarşısını almaq üçün səylər göstərilir”

3 sentyabr, 16:30

TİF ilə İş adamları Cəmiyyətinin Milli Assosiasiyası arasında Əməkdaşlıq Memorandumu imzalanıb

3 sentyabr, 16:26

Sentyabr konfransı: Təhsilin keyfiyyəti təhlil edildi, yeni yol xəritəsi cızıldı

3 sentyabr, 16:10

MDU-ya 116 yeni müəllim işə götürülüb

3 sentyabr, 15:54

Xırdalanda şagird sayı çoxalır, Xızıda azalır – Məsələ sentyabr konfransında gündəmə gətirildi

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.