Bütün xəbərlər
23 aprel, 13:14

Aprelin 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın tələbələrlə görüşü keçirilib. 

Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, tədbirin əsas məqsədi ali təhsil müəssisələrində tələbələrlə birbaşa dialoqun qurulması, onların təhsil prosesində daha fəal iştirakının təşviqi, tələbələrin inkişafına dəstək və təhsil mühitinə dair təkliflərin dinlənilməsi olub.

Tədbirdən əvvəl ADPU-nun rektoru professor Cəfər Cəfərov qonaqlar –  Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, Şuranın sədr müavini Pərvanə Məmmədova və üzvləri Rasif Dünyamalıyev, Günay Əkbərova, Rafael Hacıbəyli və Heydər Eminli ilə görüşüb. Görüşdə ali təhsildə idarəetmə, tədrisin keyfiyyəti və tələbələrin sosial-ictimai aktivliklərinin artırılması istiqamətində aparılan işlər barədə fikir mübadiləsi aparıb.

Daha sonra 400-ə yaxın tələbənin iştirakı ilə panel görüş keçirilib. ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev çıxış edərək görüşün əhəmiyyəti barədə söz açıb.

Çıxış edən İctimai Şuranın sədri Hikmət Əlizadə və şuranın üzvləri tələbələrə təhsildə ictimai nəzarətin əhəmiyyəti, tələbələrlə açıq dialoqun rolu, şəxsi inkişaf, yumşaq bacarıqların təkmilləşdirilməsinin əhəmiyyəti barədə məlumat veriblər. Çıxışçılar tələbələrə yalnız akademik biliklərlə məhdudlaşmamaq və özünüifadə, liderlik, ünsiyyət və komandada işləmək kimi bacarıqlarının inkişaf etdirilməsi barədə tövsiyyələrini veriblər.

Panel görüş tələbələrlə fəal diskussiya və qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

1 /11

Şərhlər

Xəbər lenti

17 iyul, 20:52

ADA Universitetində dövlət sifarişli yerlərə qəbulla bağlı infosessiya keçirilib

17 iyul, 19:05

II və III qruplar üzrə qəbul imtahanının nəticələri elan olunub

17 iyul, 18:25

Tədris ilinin yekunlarına dair hesabat tədbirləri keçirilir

17 iyul, 17:47

Məktəbəqədər yaşlı uşaqların inkişafında oyunların rolu

17 iyul, 17:22

11 yaşında olsa da, şahmat dünyasını fəth edir -  Məktəbli şahmatçının uğuru 

17 iyul, 17:10

Masallıda II Regional Gənclər Festivalı keçiriləcək

17 iyul, 16:28

BMU-İNHA ikili diplom proqramının II məzun buraxılışı keçirilib

17 iyul, 16:21

İlahə Rəsulova: Valideynlər eyni anda 3 bağça seçə bilərlər - MÜSAHİBƏ

17 iyul, 15:27

ADA Universiteti ilk dəfə bu ixtisaslar üzrə dövlət sifarişli qəbul aparacaq - SİYAHI

17 iyul, 15:09

Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində ilk dəfə qadın məzunların sayı 50 faizə çatıb 

17 iyul, 15:04

Apellyasiyada əvvəlcədən ödəniş sistemi tətbiq oluna bilər – DİM sədrindən açıqlama

17 iyul, 13:39

261 məzun qızıl və gümüş nişanla təltif edilib SİYAHI

17 iyul, 13:31

Nazir məzunların qızıl və gümüş nişanla təltif edilməsi ilə bağlı əmr imzalayıb

17 iyul, 12:41

Qabiliyyət imtahanı verəcək şəxslərin NƏZƏRİNƏ!

17 iyul, 12:28

Sabahın hava proqnozu açıqlanıb

17 iyul, 11:53

Azərbaycanın regional universiteti “QS Stars” qiymətləndirməsində iştirak edib

17 iyul, 11:30

Şimal-qərb bölgəsinin 15 məzunu qızıl və gümüş nişana layiq görülüb

17 iyul, 11:11

Rus bölməsi üzrə I sinfə qəbul üçün məktəb və müəllim seçimi başlayır

17 iyul, 11:10

Problemləri kodlaşdırma ilə həll edir – Tələbənin uğur hekayəsi

17 iyul, 10:32

İdmançılarımız beynəlxalq yarışda 8 medal qazanıblar

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.