Bütün xəbərlər
23 iyun, 09:09

Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) Agentliyi tərəfindən “THE Impact 2025” reytinqinin nəticələri (https://www.timeshighereducation.com/impactrankings) açıqlanıb. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu reytinq universitetlərin fəaliyyətini Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) əsasən 17 istiqamət və ümumi reytinq olmaqla 18 reytinq cədvəli üzrə qiymətləndirir.

Bu il sözügedən reytinqdə təmsil olunan Azərbaycan universitetlərinin sayı 18-dən 28-ə yüksəlib. Bu, ötən illə müqayisədə 1.5 dəfə artım deməkdir. Sözügedən 28 universitetdən 25-i ümumi reytinq cədvəlində yer alır.

Reytinqə daxil olan universitetlərin sayı ölkə üzrə fəaliyyət göstərən ali təhsil müəssisələrinin təxminən 60 %-ni təşkil edir. Müqayisə üçün qeyd edək ki, bu göstərici Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə orta hesabla 5–35 % arasında dəyişir. Bu baxımdan Azərbaycanın nəticəsi həm regional, həm də beynəlxalq kontekstdə diqqətəlayiqdir.

Bakı Dövlət Universiteti və Xəzər Universiteti ümumi reytinqdə ölkə üzrə ən yüksək nəticə göstərərək 401–600 aralığında qərarlaşıb. Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Ali Neft Məktəbi isə ümumi reytinqdə ölkə üzrə 2-ci sırada (801-1000 diapazonu) yer alır.  

Ümumilikdə isə Azərbaycan bu reytinqdə 5 DİM üzrə regional lider mövqeyini qoruyur. Xüsusilə DİM 1 – Yoxsulluğa son və DİM 10 – Bərabərsizliyin azaldılması istiqamətləri üzrə Azərbaycan universitetləri dünya üzrə TOP 60-lıqda yer alıb.

1 /1

Şərhlər

Xəbər lenti

23 iyun, 12:42

Sabaha olan hava proqnozu açıqlanıb

23 iyun, 12:35

Azərbaycanda elmi kadr hazırlığı artır – Qadınların payı 50%-i keçib

23 iyun, 11:42

Bakıda məktəbi fərqlənmə attestatı ilə bitirənlərin sayı açıqlanıb

23 iyun, 11:15

Rayon birinciləri, respublika uğurları: Göyçay məktəbinin uğur modeli

23 iyun, 10:50

Türkiyənin peşə ixtisası üzrə 47 dərsliyi Azərbaycan dilinə uyğunlaşdırılır

23 iyun, 10:29

Elm və təhsil nazirinin Daşkəsəndəki vətəndaş qəbulunun vaxtı dəyişdirilib

23 iyun, 10:15

QS reytinqi: Universitetlərimizin uğur formulu

23 iyun, 09:50

QS reytinqi necə yarandı?

22 iyun, 08:30

Bu gün doktorantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçirilir

21 iyun, 22:25

Azərbaycanda ali məktəb məzunlarının sayı artıb

21 iyun, 22:00

Azərbaycanda ən çox hansı ölkələrin tələbələri oxuyur? 

21 iyun, 21:41

Azərbaycanın orta məktəblərində 146 mindən çox müəllim çalışıb

21 iyun, 20:40

Kollec təhsili alanların sayı artıb 

21 iyun, 18:09

Şuşada çalışmaq şansımı itirsəydim, bunu özümə bağışlamayacaqdım – Qarabağ müəllimləri

21 iyun, 18:00

“Qərbi Azərbaycan: tarixi, mədəniyyəti və böyük qayıdış” – Naxçıvanda respublika elmi konfransı

21 iyun, 17:40

Toylarından 5 gün sonra imtahan verib uğur qazandılar

21 iyun, 17:30

ADNSU-nun rektoru Yay məktəbinin tələbələri ilə görüşüb

21 iyun, 16:37

Nazir müavini 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammiti çərçivəsində görüşlər keçirib

21 iyun, 16:26

Sertifikatlaşdırma müəllimlərə maddi dəstəkdir – İmtahandan uğurla keçənlər danışırlar

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.