Bütün xəbərlər
18 may, 14:13

Kəlbəcərdən olan keçmiş məcburi köçkün Ayan Hüseynli ABŞ-ın nüfuzlu “The New School” Universitetində Beynəlxalq əlaqələr üzrə magistr təhsilini uğurla başa vuraraq, universitetin 2025-ci il üzrə rəsmi siması seçilib. Bu nailiyyət onu yalnız təhsil uğurlarına görə deyil, həm də güclü həyat hekayəsinə görə fərqləndirib.

“Azərbaycan müəllimi” AZƏRTAC-a istinadən xəbər verir ki, Ayan Hüseynli Kəlbəcər rayonundan məcburi köçkün düşmüş ailənin övladıdır. O, gənc yaşlarından beynəlxalq əlaqələr və humanitar dəyərlərə maraq göstərib. Orta təhsilini Heydər Əliyev adına liseydə başa vuran Ayan, 2019-cu ildə ADA Universitetinə qəbul olunaraq Beynəlxalq münasibətlər üzrə bakalavr təhsilinə başlayıb və 2023-cü ildə məzun olub.

2024-cü ildə ABŞ-nin Nyu York şəhərində yerləşən “The New School” Universitetində magistr təhsilinə başlayan Ayan Hüseynli, burada da akademik uğurlarını davam etdirib və proqramı cəmi bir il ərzində yüksək göstəricilərlə başa vurub. Universitet rəhbərliyi həm təhsil göstəricilərini, həm də ictimai fəallığını nəzərə alaraq onu 2025-ci ilin siması elan edib.

Ayanın Qarabağ bölgəsindən olması və bu mötəbər statusa layiq görülməsi ermənilərin etirazına səbəb olsa da, onlar istəklərinə nail ola bilməyiblər. O bildirib ki, köçkünlük onun üçün yalnız bir ailə tarixçəsi deyil, eyni zamanda bir missiyadır – susdurulmuş səslərin dünyaya çatdırılması missiyası: “Biz köçkünlüyün qeyri-müəyyənliyini, yurd həsrətini yaşamışıq. Amma öyrəndiyim ən böyük həqiqət budur ki, ev sadəcə bir məkan deyil. Ev səninlə birgə dayanan insanlar, əlindən buraxmaq istəmədiyin xəyallar və səni irəli səsləyən məqsəddir”, – deyə Ayan Hüseynli qeyd edib.

Beynəlxalq münasibətlər sahəsini seçməsinin səbəblərindən danışan Ayan bildirib: “Məqsədim münaqişə, ədalətsizlik və köçkünlük səbəbilə susdurulmuş insanların səsi olmaq idi. Bu yol məni BMT ilə əməkdaşlığa və beynəlxalq platformalarda fəaliyyətə gətirib çıxardı.”

Ayan Hüseynli əldə etdiyi bilik və təcrübəni Azərbaycanın inkişafı naminə istifadə etməyi planlaşdırır.

1 /1

Şərhlər

Xəbər lenti

21 iyun, 22:00

Azərbaycanda ən çox hansı ölkələrin tələbələri oxuyur? 

21 iyun, 21:41

Azərbaycanın orta məktəblərində 146 mindən çox müəllim çalışıb

21 iyun, 18:09

Şuşada çalışmaq şansımı itirsəydim, bunu özümə bağışlamayacaqdım – Azad edilmiş ərazilərdə dərs keçən müəllimlər

21 iyun, 18:00

“Qərbi Azərbaycan: tarixi, mədəniyyəti və böyük qayıdış” – Naxçıvanda respublika elmi konfransı

21 iyun, 17:40

Toylarından 5 gün sonra imtahan verib uğur qazandılar

21 iyun, 17:30

ADNSU-nun rektoru Yay məktəbinin tələbələri ilə görüşüb

21 iyun, 16:37

Nazir müavini 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammiti çərçivəsində görüşlər keçirib

21 iyun, 16:26

Sertifikatlaşdırma müəllimlərə maddi dəstəkdir – İmtahandan uğurla keçənlər danışırlar

21 iyun, 16:18

DMA və MÜTDA nümayəndələri arasında görüş keçirilib

21 iyun, 16:01

Kənan Kərimzadə 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammitində çıxış edib

21 iyun, 15:56

Dövlət Agentliyi valideynlərə və məktəblərə təşəkkür etdi

21 iyun, 15:16

Məktəbəhazırlıq qruplarına qəbul zamanı prioritet tətbiq olunan məktəblər - SİYAHI

21 iyun, 14:56

Qabiliyyət imtahanlarına start verilib

21 iyun, 14:24

Gənc ailənin sertifikasiya uğuru

21 iyun, 14:09

NDU Macarıstan universiteti ilə ikili diplom proqramına başlayıb

21 iyun, 14:05

Stereotipləri aşan futbolçu qız: Mövsümün ən çox qol vuran oyunçusu

21 iyun, 12:38

Cəlilabadın güləşçi məktəblisi gümüş medal qazandı

21 iyun, 12:30

Sabahın hava proqnozu açıqlanıb

21 iyun, 12:26

Nazir müavini İstanbulda 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammitində iştirak edir

21 iyun, 12:19

ARTİ rəsmisi: Sertifikatlaşdırmada yüksək nəticə göstərənlər vaxtında düzgün seçildiklərini sübut edirlər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.