
Lənkəran Dövlət Universitetinin (LDU) 1-ci korpusunda baytarlıq-cərrahiyyə klinikasının tikinti işləri davam edir.
"Azərbaycan müəllimi"nə LDU-nun mətbuat xidmətindən verilən məlumata görə, tikintinin 15-20 gün ərzində yekunlaşacağı gözlənilir.
"Tikinti yekunlaşandan sonra avadanlıqlar quraşdırılacaq və klinika tədrisə hazır vəziyyətə gətiriləcək. Eyni zamanda, LDU-nun Füzuli küçəsi, 170 A ünvanında yerləşən tədris binasının həyətində yeni dörd mərtəbəli tədris binasının tikintisi də planlaşdırılır. Universitet bununla bağlı layihə-smeta sənədlərini hazırlayıb Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərib. Onlar razılıq sənədi verən kimi tikintiyə başlanılacaq".
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər