Bütün xəbərlər
9 iyul, 16:14

İyulun 9-da müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı prosesi ilə yaxından tanış olmaq məqsədilə ictimaiyyət nümayəndələri üçün infotur təşkil olunub.

İnfoturda iştirak edən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, ictimaiyyət nümayəndələri imtahan prosesi haqqında fikirlərini “Azərbaycan müəllimi” ilə bölüşüblər.

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Fədai açıqlamasında bildirib ki, MİQ imtahanlarının təşkili prosesi getdikcə təkmilləşdirilir: “Müəllimlərin işə qəbulu üzrə test imtahanının təşkili təhsildə keyfiyyətin artırılması və peşəkar müəllim kontingentinin formalaşdırılması baxımından vacib mərhələdir. Müşahidələrimizə əsasən, imtahan mərkəzlərində namizədlərin qeydiyyatı operativ şəkildə həyata keçirilir, inzibati və texniki heyət qaydalara ciddi şəkildə riayət edir. İştirakçıların əksəriyyətinin vaxtında məlumatlandırılması və imtahana hazırlıqlı gəlməsi təqdirəlayiqdir”.

Sevinc Fədai proseslə bağlı təkliflərini də verməyi unutmayıb. O qeyd edib ki, bəzi mərkəzlərdə imtahanın başlanmasına qədər olan gözləmə müddətində iştirakçıların psixoloji rahatlığını təmin edəcək könüllü qrupların fəaliyyət göstərməsi faydalı olar. Çünki ilk dəfə imtahan verən və ya gərginlik yaşayan gənc müəllimlər üçün bu cür dəstək onların real biliklərini daha yaxşı göstərməsinə imkan yaradar: “Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi olaraq, prosesin şəffaf şəkildə təşkili və iştirakçıların rahat, stressiz mühitdə imtahan verməsi üçün müxtəlif mərkəzlərə keçirilən infoturlarda iştirak etdik. İmtahanı başa vurmuş bir neçə müəllimlə qısa söhbətimiz zamanı iştirakçılar sualların səviyyəsindən razı qaldıqlarını bildirdilər. Onların ifadələrindən məlum oldu ki, testlər fənn üzrə bilikləri və pedaqoji hazırlığı obyektiv qiymətləndirməyə imkan verirdi. Ümumi əhvali-ruhiyyə yaxşı idi, iştirakçılar prosesin şəffaf və ədalətli keçməsini təqdir etdiklərini vurğuladılar.

İnanırıq ki, belə müsabiqələr vasitəsilə məktəblərimizə daha motivasiyalı, savadlı və vətənpərvər müəllimlərin cəlbi mümkün olacaq. Gələcəyimizin təminatı olan uşaqların təhsili onların müəllimlərinin bilik və bacarıqlarından birbaşa asılıdır.

İmtahanda iştirak edən bütün namizədlərə uğurlar arzulayır, təhsil sistemimizin daha da güclənməsi üçün bu kimi proseslərin daim təkmilləşdirilməsini vacib hesab edirik”.

Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev isə “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, müəllimlərin işə qəbulu imtahanı şəffaf və bütün zəruri qaydalara uyğun təşkil edilib: “İlkin müşahidəmiz belədir ki, müəllimlərin bu proseslə bağlı böyük ümid və inamları var. Hər bir namizədin özünəməxsus bacarıq və qabiliyyəti var. Bu imtahanla daha bacarıqlı və bilikli, texnologiyalara açıq, daim öyrənən, yaradıcı yanaşma nümayiş etdirən namizədlər qiymətləndiriləcəklər. Yeni məzun olan namizədlər iş axtarışındadırlar və MİQ onlara bu imkanı yaradır. Ümumiyyətlə, MİQ müsabiqəsinin təşkili müəllimlərin şəffaf və obyektiv şəkildə işlə təmin olunması üçün Elm və Təhsil Nazirliyi tərəfindən atılmış təqdirəlayiq addımdır”.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova açıqlamasında vurğulayıb ki, son illərdə müəllimlik peşəsinə maraq artıb və bunu elm və təhsil sahəsində aparılan islahatların uğurlu nəticəsi kimi qəbul etmək olar: “İxtisasca müəlliməm, bu gün müəllimlərin işə qəbulu prosesini bir daha yaxından izləmək fürsəti əldə etdim. İlkin müşahidələrimiz odur ki, imtahan prosesi şəffaf keçirilir. Namizədlər müstəqil olaraq bilik və səriştələrini ortaya qoya bilirlər. 

Bütün bu proseslərin bir məqsədi var: gələcək nəsillərin daha uğurla yetişdirilməsi. Çünki əgər biz müəllimləri imtahan olmadan, müəllimlik ixtisasına yiyələndiyi üçün birbaşa işə qəbul etsək, gələcək nəsillərin təhsil alma prosesində çətinliklərlə qarşılaşa bilərik. Bu gün imtahanla seçilən müəllimlər gələcəkdə də şagirdlərə nümunə olacaqlar. Şagirdlər onların uğur yolunu izləyib özləri də bu yolun uğurlu davamçıları olacaqlar”.

Şərhlər

Xəbər lenti

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

30 iyul, 12:23

Sabahın hava proqnozu açıqlanıb

30 iyul, 12:09

BANM-də Karyera və Məzunlar Mərkəzinin açılışı olub

30 iyul, 11:53

İdman üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ!

30 iyul, 11:46

BMU-İNHA ikili diplom proqramına sənəd qəbulunun vaxtı açıqlanıb

30 iyul, 11:36

Ötən ay xaricdə təhsil alan 567 nəfərin diplomu tanınıb

30 iyul, 11:24

Cavid Abdullayev: Bərpa olunan enerji üzrə kadrlara ciddi ehtiyac yaranacaq

30 iyul, 11:17

Bu il UFAZ-a rekord sayda abituriyent müraciət edib

30 iyul, 11:10

Sabahdan kolleclərə ixtisas seçimi başlayır

30 iyul, 11:04

Bəxtiyar Aslanbəyli: Sosial layihələrimizin əhəmiyyətli hissəsi təhsillə bağlıdır

30 iyul, 11:00

Bakıda ali məktəblərin sərgisi keçirilir

30 iyul, 10:48

Emin Əmrullayev: Peşə təhsilindəki gözləntilərlə mövcud reallıq arasında fərq var

30 iyul, 10:38

Nazir: Şuşadakı Peşə Mərkəzinin Qarabağ Universiteti nəzdində istifadəyə verilməsi planlaşdırılır

30 iyul, 10:33

Vəfadar Misirov: İmtahanlardakı qayda pozuntuları ilə bağlı bəzi şəxslər istintaqa cəlb olunub

30 iyul, 10:29

DİM builki keçid balları ilə bağlı açıqlama verdi

30 iyul, 10:20

Magistraturanın boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlandı

30 iyul, 10:16

Ali məktəblərə ixtisas seçimi avqustun ortalarında aparılacaq – DİM 

30 iyul, 09:54

Universitetə qəbul olmaq istəyən abituriyentlərin sayı plan yerlərindən iki dəfə çoxdur

30 iyul, 09:31

“Müasir metodist” layihəsinin növbəti müsahibə mərhələsi yekunlaşıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.