Bütün xəbərlər
25 iyun, 11:40

29 iyun 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, ikinci cəhd) keçiriləcək. 

DİM-dən “Azərbaycan müəllimi”nə bildirilib ki, imtahanda iştirak etmək üçün 1286 namizəd qeydiyyatdan keçib. Onlardan 990 nəfər Azərbaycan, 296 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 533 nəfəri oğlan, 753 nəfər qızdır. 185 nəfər cari ilin, 535 nəfər əvvəlki illərin məzunudur. 566 nəfər isə növbəti illərdə məzun olacaq. 11 nəfər xarici ölkə vətəndaşıdır.

İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edir. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.   

İmtahanda iştirak edən namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- “İmtahana buraxılış vərəqəsi".

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. Binaya mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

İmtahanın keçirilməsi üçün 6 bina, 14 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 113 nəzarətçi, 17 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.

Şərhlər

Xəbər lenti

25 iyun, 20:54

Gözünü arı sancan kimya müəllimi: “Tək gözlə 55 bal topladım”

25 iyun, 19:00

İmtahana könüllü qatıldı – 56 bal topladı

25 iyun, 18:50

Nazir müavini: BDU 100 ildən artıqdır ki, insan kapitalının formalaşdırılması missiyasının öhdəsindən gəlir

25 iyun, 18:41

"Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat uzadılır

25 iyun, 18:20

Zəhmətin zirvəsi Müəllimlərin sertifikasiya sevinci

25 iyun, 18:04

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri mükafatlandırılıblar

25 iyun, 18:00

50 dəqiqəyə maksimal bal topladı – İmtahandan uğurla keçənlər danışdı

25 iyun, 17:00

“Müəllim nə qədər savadlı olsa da, öz üzərində daim  işləməlidir” – Müəllimlərin fikirləri 

25 iyun, 16:30

Sertifikasiyadan keçən kimya müəllimləri: “Sualların 25-30-u çox sadə idi…”

25 iyun, 16:15

Çiçəkli qarşılama, ailə dəstəyi – İmtahanın sonuncu günü 

25 iyun, 16:12

“Qərbi Azərbaycana qayıdış” mövzusuna həsr olunmuş forum keçirilib

25 iyun, 16:01

Proses kifayət qədər şəffaf keçir – Orxan Məmmədli

25 iyun, 15:59

Media qurumlarının rəhbərləri və influenserlər sertifikatlaşdırma imtahanını izləyiblər

25 iyun, 15:49

“Sertifikatlaşdırma müəllimlərin məsuliyyətini daha da artırır”  

25 iyun, 15:31

Ən yüksək nəticə göstərən müəllim: Sertifikatlaşdırma özünü təkmilləşdirmə üçün faydalıdır

25 iyun, 15:30

Basketbol üzrə respublika birinciliyi keçirilib

25 iyun, 15:25

Naxçıvanın ən yüksək nəticə göstərən abituriyenti: “Ölkənin elmi inkişafında iştirak edəcəyəm"

25 iyun, 14:50

Media nümayəndələri sertifikasiya prosesini necə qiymətləndirirlər? – AÇIQLAMA

25 iyun, 14:45

Bir məktəb, min arzu: Həkim, müəllim, idmançı  - REPORTAJ

25 iyun, 13:16

Beyləqan məktəbinin daha bir müəllimi sertifikatlaşdırma imtahanında maksimal bal topladı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.