
Ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə uşaqların məktəbəhazırlıq qruplarına qəbulu üçün sərbəst qaydada məktəb və müəllim seçiminə start verilib.
Bu barədə “Azərbaycan müəllimi”nə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, 24 iyul 2025-ci il saat 11:00-dan etibarən Bakı və Gəncə şəhərlərindəki ümumi təhsil müəssisələrində rus bölməsi məktəbəhazırlıq qrupları üzrə prioritetlə seçim sərbəst qaydada seçimlə əvəz olunub.
İnternetə çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti üzrə alternativ qeydiyyat mərkəzlərinə, agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə və “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər