Bütün xəbərlər
26 avqust, 10:54

Gəncə–Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin iki 11-ci sinfinin məzunları yüksək nəticə göstərərək bütünlüklə ali məktəblərə qəbul olublar.

11 “a” sinfinin rəhbəri, Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Məmmədova “Azərbaycan müəllimi”nə açıqlamasında bu nailiyyəti məktəbin tarixində xüsusi hadisə adlandırıb: “Müəllim işləmək çətin, amma çox şərəflidir. Belə şagirdlərlə çalışmaq isə ikiqat qürurvericidir. Bilirəm ki, onların yerini heç bir sinif verə bilməyəcək. Həm valideynləri məsuliyyətli, həm də özləri ağıllı və çalışqan gənclərdir”, – deyə müəllim vurğulayıb.

11 “b” sinfinin rəhbəri, riyaziyyat müəllimi Aygün Abbasova isə bu uğuru müəllim-şagird-valideyn əməkdaşlığının nəticəsi kimi dəyərləndirib: “Bütün sinfin məzunlarının universitetə qəbul olması təsadüfi deyil, məqsədyönlüdür. Bu, müəllimlərin gərgin əməyi, valideynlərin dəstəyi və şagirdlərin intizamlı hazırlığı sayəsində mümkün olub. Sinifdə zəif şagird yox idi, hamı yüksək nəticə üçün çalışırdı”.

Qeyd edək ki, Aygün müəllimin nəvəsi Mədinə Babayeva da 11 “a” sinfinin məzunudur. O, 676 bal toplayaraq ADA Universitetinə qəbul olub.

Şərhlər

Xəbər lenti

15 sentyabr, 11:11

“İnsan kapitalı və təhsil” İşçi qrupunun növbəti iclası keçirilib

15 sentyabr, 10:57

Gülən, ağlayan, əsnəyən balacalar – "Bilik günü" fotolarda

15 sentyabr, 10:56

Şirvan məktəbinin müəllimləri vahid geyim formasına keçiblər

15 sentyabr, 10:50

“Bilik günü” müxtəlif ölkələrdə necə başlayır?

15 sentyabr, 10:25

Kəlbəcərdə 33 il sonra ilk zəng çalınıb

15 sentyabr, 10:25

Sağlam qidalanma mədəniyyəti

15 sentyabr, 10:22

Yeni salınacaq Qaraxanbəyli kəndində 2 məktəb və 3 uşaq bağçasının inşası planlaşdırılır

15 sentyabr, 10:10

Nazir müavini: Təhsilin inkişafı sahəsində görülən işlər gələcəyimiz üçün etibarlı əsaslar yaradır

15 sentyabr, 09:55

Azərbaycanın 10 milyonuncu sakini məktəbə başladı – FOTOLAR

15 sentyabr, 09:51

MDU-da müəllimlərin beynəlxalq sertifikasiyaya hazırlığına start verilib

15 sentyabr, 09:47

AzMİU ilə İzmir Bakırçay Universiteti arasında əməkdaşlıq müzakirə olunub

15 sentyabr, 09:37

Həsən Həsənli: İldən-ilə məktəblərimizin uğurlarının artdığını görürük

15 sentyabr, 09:37

Gəncədə tam orta ümumtəhsil müəssisəsi təmirdən sonra istifadəyə verilib

15 sentyabr, 07:30

15 Sentyabr "Bilik günü"dür

14 sentyabr, 17:18

Prezident Qarabağ Universiteti Klinikasının və yeni tədris korpusunun açılışında iştirak edib

13 sentyabr, 15:22

Yeni tədris ilinin ilk dərsi bu mövzuya həsr olunacaq

13 sentyabr, 13:30

Uşaq evi sosial xidmət müəssisələrində 33 uşaq birinci sinfə başlayır

12 sentyabr, 21:12

Siniflər hansı meyarlara əsasən komplektləşdirilir? – AÇIQLAMA

12 sentyabr, 18:33

BDU-da bəzi ixtisaslarda dərslər 4 gün olacaq - Rəsmi

12 sentyabr, 18:00

"2025-2026-cı tədris ili: yeniliklər və hədəflər" mövzusunda tədbir keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.