
Xaricdə natamam ali təhsil alan şəxslərə Azərbaycanın ali təhsil müəssisələrinə köçürülmək üçün müraciət etmək hüququ verən qismən akademik şəhadətnamə əldə etmək üçün 5 iyun – 9 iyul tarixlərində 192 nəfər şəxsin müraciəti qeydə alınıb.
Bu barədən “Azərbaycan müəllimi”nə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.
Bildirilib ki, müraciətlərin 171-i barədə müsbət qərar verilib, onlara AKTTS sayının qeyd olunduğu müvafiq şəhadətnamələr təqdim edilib. 6 nəfərin müraciəti ilə bağlı mənfi qərar verilib, 15 nəfərin sənədləri isə sənəd çatışmazlığına görə geri qaytarılıb.
Mənfi qərar verilən müraciətlərə nümunə olaraq 2 fakt üzrə dövlət nümunəli olmayan transkript (saxta transkript), 2 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olması, 1 fakt üzrə dövlət nümunəli olmayan transkript (saxta transkript) və saxta apostil, 1 fakt üzrə isə dövlət nümunəli olmayan transkript (saxta transkript) və tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olması təsbit edilib.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər