Bütün xəbərlər
26 fevral, 16:35

“National Geographic”in dünyaşöhrətli fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub. Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunan “Xocalı keçmişdən gələcəyə” adlı tədbirdə iştirak edən məşhur fotoqraf tələbələrlə görüşüb.

Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, tədbir universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə Xocalı faciəsi zamanı həlak olan soydaşlarımızın xatirəsi birdəqiqəlik sükutla yad edilib, ardınca Dövlət Himni səsləndirilib.

THİK-in sədri Şahmar Rəfili tədbiri açıq elan edərək Azərbaycan tarixinin deyil, bəşər tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı haqqında qısa məlumat verib. Faciənin beynəlxalq aləmdə tanıdılması və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında tarixi foto və videomaterialların əhəmiyyətini vurğulayıb. Şahmar Rəfili fotoqraf Reza Deqatinin fəaliyyətinə diqqət çəkərək onun Xocalı hadisələrinin canlı şahidi olduğunu qeyd edib və onun çəkdiyi fotoların faciənin dünyaya tanıdılmasında mühüm rol oynadığını bildirib.

Daha sonra tədris işləri üzrə prorektor professor Akif Qasımov Xocalı hadisələrini xatırlayıb. Qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı həyata keçirilən soyqırımı nəticəsində bir gecədə 106 qadın, 63 uşaq, 70 ahıl insan olmaqla 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib. Prorektor üzünü gənclərə tutaraq belə faciələrdən dərs çıxarmağa, Xocalı faciəsini unutmamağa səsləyib. Tarixi faktların gələcək nəsillərə ötürülməsində hər birimizin üzərinə böyük məsuliyyət düşdüyünü deyib.

Mexanika və informasiya texnologiyaları fakültəsinin dekanı Sabir Məmmədov AzMİU-da hər il Xocalı faciəsinin ildönümü ilə bağlı tədbirlərin keçirildiyini söyləyərək bu faciənin unudulmaması üçün universitetdə  aparılan işləri xatırladıb. 

Sonra söz Xocalı faciəsini obyektivin yaddaşına köçürərək tarix yaddaşı yaradan tanınmış fotojurnalist Reza Deqatiyə verilib. Reza Deqati Xocalı faciəsi ilə bağlı çəkdiyi məşhur fotoşəkilləri təqdim edərək həmin dövrün dəhşətli mənzərələrini xatırladıb. O, Xocalı soyqırımının təsirini hələ də hiss etdiyini, həmin dövrü unuda bilmədiyini söyləyib.

Reza Deqati 1981-ci ildən Fransada yaşayır və “National Geographic” televiziya kanalında yayımlanan bir çox sənədli filmlərə imza atıb. Onun “Cəbhə gündəliyi” adlı sənədli filmi 2002-ci ildə “Emmy” mükafatına layiq görülüb. Fotojurnalistlik fəaliyyəti boyunca müharibə, yoxsulluq və insan hüquqları mövzularında çəkdiyi fotolar dünya miqyasında yüksək qiymətləndirilib, məşhur jurnal və qəzetlərdə nəşr olunub.

1 /9

Şərhlər

Xəbər lenti

12 may, 21:08

Səsyazısı yayılan məktəb direktoru işdən çıxarıldı

12 may, 19:53

NASA Ayın səthində oksigen əldə edib

12 may, 19:00

Marsın dərinliyində su hövzəsi tapılıb

12 may, 17:18

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri açıqlandı

12 may, 17:08

Niyə illərlə ingilis dili dərsi keçir, amma danışa bilmirik? – Əcnəbi müəllimlə MÜSAHİBƏ

12 may, 17:01

Rektor: Uzun illər gizli saxlanılan, təhrif edilmiş hadisələr əsl qiymətini alır

12 may, 17:00

80 illik müəllim və alim ömrünün salnaməsi

12 may, 16:44

Vətənimə hüquq üzrə layiqli xidmət göstərmək istəyirəm – Naxçıvan məktəblilərinin uğuru

12 may, 16:40

Sumqayıt məktəblisi beynəlxalq olimpiadadan 4 medalla qayıtdı

12 may, 15:37

Bu instituta rektor təyin edildi

12 may, 15:25

Məktəblərdə ilkin tibbi yardım: Onlar kimə və necə öyrədilməlidir?

12 may, 15:07

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrə velosipedlər hədiyyə olunub

12 may, 14:46

Sabaha olan hava proqnozu açıqlanıb 

12 may, 14:19

I sinfə qəbulda prioritet tətbiq olunan məktəblər üzrə 2335 sorğu emal edilib

12 may, 14:00

Məqsədinə 8 il sonra çatdı – Lerik şagirdi uğurundan danışır

12 may, 12:32

Buraxılış imtahanlarının doğru cavab etalonları açıqlanıb

12 may, 12:22

BDU-da astronomik müşahidə günü keçirilib

12 may, 12:11

Koreyada təhsil alan BMU-INHA IDP tələbələri üçün magistraturaya qəbul imtahanı keçirilib

12 may, 11:49

“Tibb sahəsində yeniliklər etmək istəyirəm” – Olimpiada qalibləri ilə söhbət

12 may, 11:02

“Heydər Əliyev Azərbaycan xalqının tarixini yazdı” MƏKTƏBDƏ

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.