Redaktorun seçimi
.jpg)
Qəbul imtahanında maksimum nəticə göstərən Çiçək: Hədəfim hüquqşünas olmaqdır

MDU-da ilk: Sənaye nümayəndələri dissertasiya müdafiəsində

II və III qruplar üzrə ilk cəhddə ən yüksək nəticəni onlar topladı

ABŞ ildə 1 milyondan çox tələbə qəbul edir – azərbaycanlılar nə qədərdir?

Agentlik: 108 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb

Tam təqaüdlə doktoranturaya qəbul oldu

Fariz İsmayılzadə: "Bağçaların sayını artırmaq üçün tikinti standartlarına yenidən baxmalıyıq"

Deputat: Mətbu orqanlar müəllimin nüfuzunu qorumalıdır

Məktəbəqədər təhsil məktəbdənkənar təhsil müəssisələrində də həyata keçiriləcək

Emin Əmrullayev 2-ci “Bir kəmər, Bir yol” Nazirlər iclasında çıxış edib

MDU-da ilk: Sənaye nümayəndələri dissertasiya müdafiəsində
Pedaqoji yazılar

Təhsil təbiətin tərəfindədir

Qadınlar üçün təhsildə liderliyə gedən yol: Gender bərabərsizliyi üzrə statistik nəticələr

Elektron olan hər vasitə faydalı deyil

Qlobal təhsil tərəfdaşlığının 2024-cü il üzrə illik hesabatı

Ötən əsrin üç jurnalı transliterasiya olundu
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ADA Universiteti və “Ədibin evi” ilə birgə Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinə həsr edilmiş “Millət “Əkinçi”liyinin davam edən ənənələri” mövzusunda elmi sessiya keçirib.“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə elm və mədəniyyət xadimləri, media nümayəndələri və tədqiqatçılar iştirak ediblər.Mətbuat və təhsil tariximizin bir parçasının işıqlandırılmasına xidmət edən jurnallar ictimaiyyətə təqdim edilibƏdəbiyyat muzeyinin direktoru akademik Rafael Hüseynov çıxış edərək, “Bu günümüzə qayıdan söz abidələri”ndən danışıb. ADA Universitetinin təşəbbüsü ilə Azərbaycan xalqının tarixi mirasını qorumaq və gələcək nəsillərə ötürmək üçün başlatdığı transliterasiya layihələri barədə məlumat verib. Elmi sessiya çərçivəsində ADA Universitetinin dəstəyi ilə nəşr olunan “Əfkari-mütəəllimin” məktəbli (1919), “Babayi-Əmir” satirik (1915-1916) və “Məktəb” elmi-pedaqoji (1911-1920) jurnalların ərsəyə gəlməsi prosesindən danışaraq, bildirib ki, ictimaiyyətə təqdim edilən bu nəşrlərin yalnız Azərbaycan düşüncəsinin, Azərbaycan maarifinin keçmişini göstərmir, həm də Azərbaycan xalqının var olduğu müddətdə ən ali dəyər olan istiqlal uğrunda mübarizəsinin tarixini nümayiş etdirir. ADA Universitetinin müasir əlifbamızda, izahlar, qeydlər və indeks əlavəsi ilə orijinal ölçü və səhifə tərtibatına uyğun olaraq çap etdiyi jurnallar, həm mətbuat və təhsil tariximizin bir parçasının işıqlandırılmasına, həm də dövrün mənzərəsinin daha yaxşı anlaşılmasına xidmət edib.“Gənc nəslimizi XX əsrin əvvəlindəki irsimizlə birləşdirmək üçün əski Azərbaycan əlifbası kurslarına başladı”“Ədibin evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva gördükləri işlərdən danışıb: “Bir insan hansı genetik kodun daşıyıcısı olduğunu bilmədən özünü xoşbəxt hiss edə bilməz. Xoşbəxtlik hissini Azərbaycan cəmiyyətinə daşımaq üçün “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu gənc nəslimizi XX əsrin əvvəlindəki irsimizlə birləşdirmək üçün əski Azərbaycan əlifbası kurslarına başladı. Birinci semestri bitirəndə həmin tələbələrə sertifikatlar təqdim etdik. Növbəti semestrin sonunda, yəni bu gün bitirdikləri nəşri götürüb aparırlar və bu, daha böyük mükafatdır”.Məktəblilərin hazırladığı jurnal müəllimlərinin sərt tənqidi ilə üzləşdiFilologiya üzrə fəlsəfə doktoru Şəhla Abdullayeva müasir oxucu üçün əlçatmaz qalan zəngin irs ərəb qrafikalı əlifbadan latın qrafikalı əlifbaya çevirərək müasir oxucu üçün əlçatan edən ADA Universitetinə “Babayi-Əmir” satirik jurnalının transliterasiyasına görə təşəkkür edib.Tərcüməçi, filoloq, transliterasiya edib nəşrə hazırlayan Azad Ağaoğlu cəmi 4 sayı işıq üzü görən “Əfkari-mütəəllimin” məktəbli jurnalının həzin hekayəsi olduğunu bildirib: “Jurnaldakı yazılardan oxuyuruq ki, yazarlar bu jurnalın ömrünün uzun olmayacağını bilir. "Azərbaycanda hansı qəzet və ya jurnalın ömrü uzun olub ki?!” – deyə vurğulanırdı".Jurnal nəşr olunduğu vaxt ciddi tənqidlərə məruz qalıb. Doğrudan da jurnalda məktəblilərin gülməli yazıları var ki, bu günün ədəbi kriteriyaları ilə uyğun deyil. Qəzetin yazarları bu tənqidlərə cavab olaraq yazıblar: “Biz bu jurnalı nəşr etməyə başlayanda böyüklərimizin, müəllimlərimizin köməyinə arxayın idik. Amma onlar da kömək etmək əvəzinə bizi tənqid edirlər”. Buna baxmayaraq, jurnalda Mikayıl Rəfizadə, özbəkistanlı türkoloq Xalid Səid Qocayev, Mirzə Abbas Abbaszadə, Mirismayıl Seyidzadə kimi ciddi imzalar var”.Hafiz Paşayev: “Hər əlyazmanın müasir nəsil üçün əlçatan olmasına, gələcəyə çatdırılmasına dəstək verəcəyik”ADA Universitetinin rektoru Hafiz Paşayev tədbiri böyük bir hadisə kimi qiymətləndirib və bu işlərin rəhbəri olduğu universitetin dəstəyi ilə ərsəyə gəlməsindən məmnunluğunu ifadə edib. Bu işdə daha böyük rolu olanlara, xüsusən, tarixin arxivində gizlənmiş əlyazmaları, sənədləri, nəşrləri üzə çıxarmaqda daha böyük töhfəsi olduğunu vurğulayaraq Rafael Hüseynovun fəaliyyətini yüksək qiymətləndirib. Tarixin müasir nəslə çatdırılması prosesinə bundan sonra da dəstək verəcəyini bildirib.
Təhsil TV

Yüklənir
Təhsil TV - Canlı yayım
11 iyun, 06:23
Yüklənir
Təhsil TV - Canlı yayım
11 iyun, 05:49
Yüklənir
Təhsil TV - Canlı yayım
11 iyun, 01:04
Yüklənir
Təhsil TV - Canlı yayım
10 iyun, 21:12
IV sinif şagirdlərinin monitorinqi bu mövzular üzrə olacaq
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) 2025-ci ilin 17 may tarixində keçiriləcək IV sinifdə təhsil alan şagirdlərin tədris dili və riyaziyyat fənləri üzrə monitorinqinin çərçivə sənədini təqdim edib.Bu barədə ARTİ-dən “Azərbaycan müəllimi”nə məlumat verilib. Müvafiq keçidə daxil olmaqla çərçivə sənədi ilə tanış ola bilərsiniz:IV sinif üzrə monitorinq çərçivə sənədi 2025
.png)
7 il öncə RFO qalibi kimi nazirlə foto çəkdirmişdi, indi isə…

Monitorinqdən aşağı qiymət alan şagird sinifdə saxlanılacaq?

Bu universitet 345 vakansiya elan etdi

Sertifikatlaşdırma imtahanının vaxtı açıqlandı

Monitorinqlə bağlı valideynlərə ÇAĞIRIŞ

Monitorinqdə VI sinif şagirdlərinin bilikləri bu mövzular üzrə qiymətləndiriləcək
Qəzetin PDF arxivi



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.