Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

20 Avqust 2010 - 32

 

NDU-nun tələbələri Türkiyənin Erciyez Universitetində elmi istehsalat təcrübəsində olublar

Bookmark and Share

Naxçıvan Dövlət Universiteti dünya elminə uğurla inteqrasiya etmək məqsədilə ABŞ-ın, İngiltərənin, Fransanın, Türkiyənin, İranın məşhur ali təhsil ocaqları ilə  çoxşaxəli beynəlxalq əlaqələr qurmaqdadır. 1999-cu ildə universitetin təbiətşünaslıq fakültəsinin nəzdində pediatriya ixtisası kimi yaradılan, 2003-cü ildən müstəqil fakültə kimi fəaliyyət göstərən tibb fakültəsi isə bu əlaqələrin önündə gedir.

Naxçıvan Muxtar Respublikasında səhiyyənin inkişafına, yerli tibbi kadrların yetişdirilməsinə göstərilən yüksək diqqət və qayğının təzahürüdür ki, fakültənin müəllim və tələbələri Türkiyə Respublikasının Elazığdakı Fırat, İzmitdəki Kocaeli, Kayseridəki Erciyez, Erzurumdakı Atatürk, Van 100-cü il, Qars, Ankara universitetlərində elmi istehsalat təcrübələri, ixtisasartırma kursları keçirlər.

NDU ilə Türkiyənin Kayseri şəhərindəki Erciyez Universiteti arasında bağlanan müqaviləyə görə, bu yaxınlarda tibb fakültəsinin 26 nəfər III, IV və V kurs tələbəsi adıçəkilən universitetdə elmi istehsalat təcrübəsində olmuşdur. Fakültənin dekanı, dosent Bəhruz Məmmədov, Ümumi təbabət kafedrasının müdiri, dosent Malikəjdər İbrahimov, Naxçıvan MR əməkdar həkimi, fakültənin baş müəllimi, tibb elmləri namizədi İsa Abdullayev, Azərbaycan Respublikasının əməkdar müəllimi Kubra Cəfərova və tibb elmləri üzrə fəlsəfə doktoru Elmar Rzayev də heyətə qatılmışdı. Erciyez Universitetinin rektoru, professor-doktor Fəxrəddin Kələktaş və pedaqoji kollektiv Naxçıvandan gələn heyəti yüksək qonaqpərvərliklə, hərarətlə qarşılamışdır.

Böyük mədəniyyət, sənaye və ticarət mərkəzi, 4 minillik tarixə malik olan Kayseri şəhərində yerləşən Erciyez Universiteti 1978-ci ildə Kayseri Universiteti adı ilə fəaliyyətə başlamış, sonralar Erciyez dağının adı ilə adlandırılmışdır. Universitetin 18 fakültəsi, 8 yüksəkokulu, 8 məslək yüksəkokulu, 5 institutu, 13 araştırma mərkəzi var. Türkiyənin 10 ən tanınmış universitetindən  biri olan bu ali məktəbin təməlini təşkil edən fakültələrdən biri də hələ 1969-cu ildə Hacəttəpə Universitetinə bağlı olaraq açılan, 1982-ci ildən Erciyəz Universitetinə birləşdirilən Gövhər Nəsibə Tibb fakültəsidir.

Fakültədə 104 professor, 40 dosent, 63 yardımçı dosent çalışır. Fakültə dekanı, professor-doktor  Ruhan Düşünselin rəhbərliyi və qayğısı ilə tələbələr "Biokimya", "Anatomiya", "Mikrobiologiya", "Normal fiziologiya" kafedralarında olmuş, dünyadakı müasir tibb təhsili, yeni dərslik və dərs vəsaitləri ilə maraqlanmış, fikir mübadiləsi aparmışlar.

Təcrübəçi tələbələr fakültənin 1500 çarpayılıq 5 xəstəxanasında - Hematologiya-onkologiya, Orqan köçürülməsi və dializ, ürək və damar xəstəlikləri, uşaq xəstəxanalarında, Sümük iliyi köçürülməsi Mərkəzində olmuşlar.  Bu səhiyyə ocaqları fakültə üçün fundamental təcrübə və elmi-tədqiqat mərkəzi rolu oynayırlar.

"Cərrahiyyə", "Daxili xəstəliklər", "Endokrinologiya", "Ağciyər xəstəlikləri", "Hemotologiya", "Onkologiya", "Təcili tibbi yardım", "Uşaq reanimasiyası", "Doğum" şöbələrində müxtəlif xəstəliklərin müayinəsində fəal iştirak edən gələcək həkimlərimiz müasir müalicə üsullarını, ən yeni tibbi texnologiyadan istifadəni mənimsəmişlər. Cərrahiyyə şöbəsində tələbələr yerli həkimlərin və cərrah İsa Abdullayevin nəzarəti ilə assistent kimi müxtəlif əməliyyatlara girmiş, daxili orqanların cərrahi yolla müalicəsində, böyrək və sümük iliyi köçürülməsi, qaraciyər rezeksiyası, hemodializ, göz, beyin, açıq ürək əməliyyatlarında, koronar angioqrafiyada, endoskopiya vasitəsilə qida borusunun, onikibarmaq bağırsağın, ERSP vasitəsilə öd yollarının görüntülənməsində iştirak etmişlər.  Tələbələr dünya təbabətinin ən yeni nailiyyətləri haqqında təcrübi bilik əldə etmişlər.

Tələbələrimiz xəstəxananın mərkəzi laboratoriyasındakı müasir laborator müayinə üsullarını, poliklinikada isə ambulator xəstələrin qəbulu, müayinəsi və müalicə üçün istiqamətləndirilməsi proseslərini öyrənmişlər.

Təcrübə müddətində müvafiq kafedraların professorları təcili tibbi yardıma, infeksion xəstəliklərə, uşaqların qidalandırılmasına, anemiyalara, qalxanabənzər vəzin şişlərinə, müasir təbabətin aktual problemlərinə dair mühazirələr oxumuş, tələbələri maraqlandıran suallara cavab vermişlər. Diskussiya zamanı tələbələr yetkin nəzəri bilik nümayiş etdirmişlər.

Səfər zamanı naxçıvanlı qonaqlar üçün tarixi yerlərə ekskursiyalar təşkil olunmuşdur.

 Tələbələrimiz asudə vaxtlarında Erciyez Universitetinin 70.000-dən artıq kitab fonduna malik zəngin kitabxanalarında türk və ingilis dillərində çıxan müasir elmi tibbi nəşrlərlə, son elektron dərgilərlə tanış olmuşlar. Erciyez Universitetinin rəhbərliyi tərəfindən NDU-nun Tibb fakültəsinin kitabxanasına 50-dən çox tibb dərslikləri hədiyyə olunmuşdur. Elmi istehsalat təcrübəsinin sonunda tələbələrə universitetin sertifikatları təqdim olunmuşdur.

Mehriban SULTAN

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

20 Avqust 2010 - 32

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qusar rayonu Yuxarı Zeyxur kəndində inşa edilmiş məktəbdə olub
 
"Həyati bacarıqlara əsaslanan təhsil" fakültativ kursunun tədrisi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ümumi orta təhsil səviyyəsi üzrə payız buraxılış imtahanlarının aparılması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə
 
Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyadan
 
Culfa şəhərində yeni məktəb binası inşa edilir
 
Gəncədə ibtidai sinif müəllimləri üçün seminar-treninqlər keçirilir
 
Yaponiyanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə Marneuli rayonunda məktəb binası bərpa edilib
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəblilər arasında keçirilmiş inşa müsabiqəsi qaliblərinin Avropa ölkələrinə səfərləri təşkil olunub
 
Almaniya Prezidenti 100 yaşı tamam olmuş Murvik Hərbi Dəniz Akademiyasında təhsil alan azərbaycanlı kursanta uğurlar arzulayıb
 
Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə
 
Yaşlıların təhsili mərkəzləri: yoxsulluğun azaldılması, təhsil və sosial həmrəylik imkanı
 
Bölgələrdə yeni tədris ilinə hazırlıq işləri görülür
 
Onlar ali məktəblərə builki qəbul imtahanlarında 700 bal toplayıblar
 
Gənc istedadlar "Elm Çində də olsa, onun dalınca gedin"
 
NDU-nun tələbələri Türkiyənin Erciyez Universitetində elmi istehsalat təcrübəsində olublar
 
Həyat enerjisini tükənməyə qoymayan məhəbbət
 
Müasir təhsilin konseptual problemlərinə dair dəyərli vəsait
 
Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir
 
2010-2011-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərində olan vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı reqlament
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Azərbaycan tarixi fənni kurikulumu (V-XI siniflər)
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Rəssamlıq həyatımın əsas hissəsi, ömrümün mənasıdır"
 
Azərbaycan idmançıları xaricdə yaşayan yeniyetmə həmvətənlilərin III idman festivalında iştirak edəcəklər
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov