Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

27 Avqust 2010 - 33

 

Uşaqların gigiyenası: sağlamlığın vacib şərti

Bookmark and Share

Çox vaxt mənə analar deyirlər ki, siz həmişə uşaq və yeniyetmələrin təlim-tərbiyə müəssisələrində olmağını məsləhət bilirsiniz, amma uşaq evdə sağlam olur, bağçaya, məktəbə gedəndə çox vaxt xəstələnir.  İnsanın sağlam olması üçün o, uşaqlıdan sağlam həyat tərzində böyüməlidir. Uşağın orqanizminin müqaviməti yüksək olmalıdır. Payız-qış fəsillərində iqlimin soyuqlaşması təlim-tərbiyə ocaqlarında uşaq və yeniyetmələrin bir-biri ilə yaxın təmasda olması, bəzən immunitetinin zəifliyi, otaqların sıxlığı, əks epidemik rejimin tam gözlənilməməsi ilə əlaqədar tənəffüs yollarının kəskin infeksion xəstəliklərinə səbəb olur.

 İnfeksion xəstəliyə tutulmuş inkubasiya vaxtında, ya da xəstəliyi yüngül keçirən uşaq özündəki bakteriyaları otağın havasına ötürür, bu halda sağlam uşaq da xəstəliyə yoluxur. İnfeksion xəstəliyin 3 mənbəyi var: infeksiya mənbəyi (xəstə, ya da mikrob daşıyıcısı); mikrobları ötürən yollar; immuniteti zəif olan insan.

Bu halları nəzərə alaraq uşaq və yeniyetmələrin infeksiyalara qarşı müqavimətini artırmaq üçün onların rasional qidalanması, gigiyenik gün və dərs rejimi, təlim-tərbiyə ocaqlarında və evdə daim optimal şərait rejimi, təlim-tərbiyə ocaqlarında və evdə daim optimal şərait təmin olunması vacibdir.

Xəstəliyi keçirən uşaqlar həkim nəzarətində olmalıdırlar. Hər gün uşaqlar profilaktik baxışdan keçirilməli və xəstəliyə şübhəli olanlar dərhal təcrid edilməlidirlər. Çox vacibdir ki, əhalinin sanitariya-gigiyenik bilikləri daha da artırılsın, çünki mədəni, sağlam həyat tərzində yaşamaq insanın sağlamlığında əsasdır.

Uşaqlar üçün yeni dərs ili fərəhləndirici, həyəcanlı, sevincli bir gündür. Birinci tədris ili hər bir uşaq üçün həm psixi, həm də fiziki cəhətdən gərgin keçir. Uşaq böyük və yeni kollektivin üzvünə çevrilir. Əgər uşaq məktəbə bağçadan sağlam gəlirsə, o, tədris illərində olan çətinlikləri asanlıqla dəf edə bilir.

Uşaq orqanizminin möhkəmliyi nisbidir, belə ki, tədris illəri dövründə onlardakı inkişaf prosesləri hələ də davam edir. Yeni, gələcək nəslin fiziki cəhətdən möhkəm, sağlam olması üçün ölkəmizdə hər yeni dərs ilinə təlim-tərbiyə müəssisələrində lazımi optimal şərait, yeni sağlamlaşdırıcı gigiyenik tədbirlər təmin olunur. Tibb və təhsil orqanlarının işçiləri uşaqların sağlamlığı və yaxşı oxumaları üçün əllərindən gələnləri əsirgəmirlər.

Mütəşəkkil kollektivlərdə olan uşaq və yeniyetmələrin sağlamlığını qorumaq və yaxşılaşdırmaq üçün hər yeni dərs ilinin ilk aylarında onlar dar ixtisas həkimlərinin iştirakı ilə tam dərin tibbi müayinələrdən keçirilir. Bu hərtərəfli müayinələrə, birinci növbədə, dispanser qeydiyyatında olanlar, xüsusi idman qrupuna aid olanlar, idman seksiyalarında iştirak edənlər, fiziki inkişafı aşağı səviyyədə olanlar və il ərzində tez-tez xəstələnənlər cəlb olunurlar.

Hər il dərin tibbi baxışlarda mütləq bütün uşaq və yeniyetmələr diş, göz, cərrah və b. həkimlər tərəfindən müayinə olunmalı, vərəm və qurd xəstəliklərinin olub-olmaması yoxlanılmalı, idman və sağlamlıq qruplarına bölünməlidirlər. Əgər həkimlər tərəfindən patologiyalar aşkar olunarsa, onların aradan götürülməsi vaxtında mümkün ola bilər.

Keçirilmiş tibbi müayinələrin göstəriciləri ötən illərlə düzgün müqayisə edilərkən, uşaqların sağlamlığı qiymətləndirilməlidir. Ehtiyacı olanlara müvafiq müalicə-profilaktik tədbirlər aparılması üçün pediatr tərəfindən zəruri, konkret aylıq planlar tərtib edilməli, onlar vaxtlı-vaxtında tam yerinə yetirilməlidir.

Ümumi və yoluxucu xəstəliklərin strukturu, qeydiyyatı, səbəbləri, əks epidemik rejimin gözlənilməsinin səviyyəsi daim diqqət mərkəzində olmalıdır.

Yeni dərs ilinin əvvəlində və hər tətildən sonra tibb bacısı müəllim və ya tərbiyəçilərlə birlikdə 2-3 gün ərzində bütün uşaq və yeniyetmələri profilaktik baxışdan keçirməlidirlər (ümumi vəziyyət, dəri, saç və s.). Xəstə olanlar təcili həkimə göstərilməli, direktorluq və sinif (qrup) rəhbərinə xəbər verilməlidir. Yeni qəbul olunanlar və uzun müddət kollektivə gəlməyənlər də tezliklə həkim qəbuluna getməlidirlər.

Həkim uşaq və yeniyetmələrin səhhəti və görülən işlər barədə pedaqoji şuraya və poliklinikaya da məlumat verməlidir.

Uşaq və yeniyetmələrin səhhətini və kliniki göstəricilərini nəzərə alaraq həkim lazım bilirsə, onlar üçün rəhbərlikdən əlavə istirahət günü tələb etməlidir. Bütün uşaq və yeniyetmələrin sağlamlığına aid olan tədbirlərə tibb işçiləri, pedaqoq və tərbiyəçilər daim nəzarət edib, yüksək məsuliyyətlə yerinə yetirməlidirlər. Gələcək nəslin sağlamlığını qorumaq və yaxşılaşdırmaq üçün öz vəzifə borcları tam yerinə yetirilməli və bütün imkanlardan istifadə edilməlidir.

Uşaq və yeniyetmələrin müqaviməti yüksəldilməlidir, çünki II sağlamlıq qrupuna aid olanlar da "risk" qrupuna aiddir, onlar tez-tez xəstələnir və immuniteti zəif olan uşaqlardır. Bu uşaqların xroniki xəstəliklərə düçar olmamaları üçün onlar daim diqqətdə saxlanılmalıdırlar. III, IV, V sağlamlıq qruplara aid olanlar müxtəlif dar ixtisaslı həkimlərin nəzarətində müalicə olunmalı və qoruyucu rejimdə yaşamalıdırlar. Təlim-tərbiyə müəssisələrində tərbiyə alan uşaqların, dişlərində kariyes xəstəliyi, dayaq-hərəkət sisteminin patologiyası, yastı pəncəlilik, qurd xəstəliyi aşkar olan uşaqlar, xüsusi idman qruplarına aid olanlar vaxtlı-vaxtında lazımi müalicə-profilaktik tədbirləri ilə daim təmin olunmalıdırlar.

Müasir zamanda əhalinin sanitariya mədəniyyəti daha da yüksəldilməlidir. Sanitariya-gigiyenik tələblər radio, mətbuat, televiziya vasitəsi ilə gündəlik olaraq əhaliyə çatdırılmalıdır. Tədris ocaqlarında informatika və elektron hesablama texnikasından istifadə olunur. Buna görə də əmək, tədris və istirahət rejiminin düzgün təmin olunmasına daha da diqqət artırılmalıdır. Kompüter zalında, otaqlarda, evdə kompüterdən istifadə olunur. Ona görə də bir daha gigiyena normalarını, tələblərini yada salmaq və onları gözləmək vacibdir.

Kompüterlə məşğulluq uşaqların həvəsini, biliyini artırır. Lakin uzun müddət hər dəfə kompüterlə  məşğul olanda otağın mikroiqlimi: temperatur, rütubət, səs-küy, elektrik və radiasiya sahəsi dəyişir, hava bakteriyalarla zənginləşir. Belə mikroiqlimdə qalmaq uşaq və yeniyetmələrdə müəyyən dərəcədə əqli, emosional, görmə funksiyalarını dəyişir. Statik vəziyyət, tez yorulma uşaqda inkişaf edir. Uzun müddət belə mikroiqlimdə qalmaq uşaq və yeniyetmələrin vacib funksiyalarından biri olan maddələr mübadiləsinə də mənfi təsir edir. Onların müdafiə sistemi zəifləyir, patologiya və yoluxucu xəstəliklərə qarşı müqaviməti azalır. Uşaq və yeniyetmələrin sağlamlığına, onların zehnini yormayan yüksək qavrayışa və aktiv olmağa yalnız gigiyena tələblərinə əməl edilməsi ilə nail olmaq mümkündür.

Bir displeydə 2 və çox uşağın işləməsi qadağandır, çünki bu halda uşaq və yeniyetmələrin görmə qabiliyyəti pozulur və gözləri yorulur.

Əgər uşaq və yeniyetmə gözlərinə eynək taxırsa, o, displeylə məşğul olanda da eynəkdən istifadə etməlidir. İş vaxtı onların nə qədər və hansı yaxınlıqda əyləşməsi də həkimin göstərişi ilə olmalıdır.

Ekranda təsvirlər stabil, aydın olmalıdır. Gözləri zəif olanların gün ərzində neçə saat və hansı rejimdə elektron hesablama texnikasından istifadə etmələri həkimin məsləhətinə uyğun qurulmalıdır.

Ekran uşaqların gözlərindən 55-65 sm aralı və göz həddindən 5-10 dərəcədən aşağı olmalıdır. Otaqlarda, ya da kompüter zallarında işləyən zaman orada hava tez-tez və lazımi qədər dəyişdirilməlidir. Səs-küyün səviyyəsi 50 desibaldan yüksək olmamalıdır. Nisbi rütubət 40-60% və havanın hərəkət sürəti isə saniyədə 0,25 m2-dək olmalıdır.

Otaqlarda mexaniki ventilyasiya və kondisionerlər səsudan qurğularla təmin edilməlidir.

Kompüter olan otaqlar, zallar kifayət qədər təbii işıqlandırılmalıdır. Təbii işıq pəncərədən səviyyəsi 1-ci cərgədəki olan stolun səthinə qədər 600 lk, süni işıqlanmanın səviyyəsi isə iş yerində 500 lk olmalıdır.

Kompüter olan otaqda, ya zalda hər bir uşaq və ya yeniyetmə üçün fərdi 5 m2 hesablanaraq, rahat iş yerləri olmalıdır. Burada displey ekranının işıqlanması isə 200-250 lk-dan artıq olmamalıdır.

Displey ekranından istifadə edərkən 15-25 dəqiqədən bir, 8-10 dəqiqə istirahət etmək üçün uşaqlar, yeniyetmələr fasilə edərək idmanla məşğul olmalıdırlar. İdman kompleksi hər ayda bir dəfə dəyişdirilməlidir.

Displeyin bütün bərpa və təmir işləri uşaqlar olmayan vaxt aparılmalıdır, arxa qapağı çıxarılmış displeyin istifadəsi qəti qadağandır.

Uşaq və yeniyetmələrin sağlamlığı və iş davamiyyətinə mənfi təsir edən mühüm amillərdən biri də onların həddən çox yüklənməsidir. Ona görə dərs və istehsalat təcrübəsi rejimi, dərs prosesindən əlavə evdə, digər zallarda informatika və elektron hesablama texnikasından istifadə zamanı gigiyena tələblərinə, optimal mikroiqlimin təmininə, uşaqların səmərəli və təhlükəsiz qidalanmasına nəzarət daha da gücləndirilməli, uşaqlar sağlam həyat tərzinə daim cəlb olunmalıdırlar.

Rasional və vaxtlı-vaxtında qidalanma uşaqların səhhətini və həmahəng inkişafını təmin edən ən vacib və təsirli, ilkin şərtlərdən biridir. Qidalanma beyinin, uşaq idrakının, mərkəzi sinir sisteminin funksional vəziyyətinə xeyli təsir göstərir. Düzgün qidalanma müxtəlif xəstəliklərə qarşı orqanizmin davamlılığını artırır.

Uşaq və yeniyetmələr hər gün meyvə, tərəvəz, vitaminlərin daşıyıcıları olan göy soğan, müxtəlif göyərtilər, ağ turp, kələm, əti əvəz edən və yerini verən pendir, kəsmik yeməlidirlər.

Fiziki tərbiyə hormonik fiziki inkişafa təkan verir, dözümlülüyü tənzimləyir, baş-beyin tonusunu yüksəldir, insanda yaxşı emosiyalar yaradır.

Uşaqlar və yeniyetmələrin hər bir günü səhər 15-20 dəqiqəlik gimnastika ilə başlanmalıdır. Dərs və dərnəklərdə məşğul olanda pəncərələr açıq olmaq şərti ilə, uşaqlar 1-2 dəqiqə idman hərəkətlərini etməlidirlər. Tənəffüs vaxtlarında bunların davamı olaraq, uşaqların təmiz havada aktiv hərəkətlərinin təmini çox vacibdir. Sağlamlığın fizioloji təsirinin effektliliyi hərəkətlərin mütəmadi və güclü olmasından asılıdır. Fiziki tədbirlər uşağın yaşına, sağlamlıq xüsusiyyətlərinə uyğun olmalıdır, əks halda onun səhhətinə zərər olur.

Möhtərəm Prezidentimiz İlham Əliyev insanlar üçün daha da yaxşı şərait olması üçün daim çalışır, bir sıra dövlət proqramları yerinə yetirilir. Uşaqların sağlamlığını qorumaq üçün ən vacib olan, ən əsas olan aşağıdakı gigiyenik tədbirlərin təmin olunmasıdır: uşaq və yeniyetmələrin gözlərinin mühafizəsi üçün bütün otaqlarda, laboratoriyalarda, kabinetlərdə gigiyena normalarına uyğun təbii və süni işıqlanma; otaqların, kabinetlərin havasını kifayət qədər dəyişmək üçün lazımi həcmdə nəfəsliklər və otaqlarda çox vacib olan mexaniki ventilyasiya və kondisionerlərin sazlığı; kifayət qədər soyuq və isti gigiyena tələblərinə uyğun suların təminatı və ehtiyat su çənlərinin istifadəyə hazırlığı; ayaq yollarının mexaniki yuyulması üçün qurğuların, orada olan əlüzyuyanların kifayət qədər olması və sazlığı; qızdırıcı sistemin sazlığı və s.

Ətraf mühitin idarə olunması uşaq və yeniyetmələrin sağlamlığının qorunması və yaxşılaşdırılmasında gigiyenik təhsil böyük rol oynayır və çox vacib amillərdən biridir. Hər bir insanın xarici mühiti qoruması onun vətəndaşlıq borcudur. 

F.YAQUBZADƏ,
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Uşaq və yeniyetmələr gigiyenası
bölməsinin ali dərəcəli mütəxəssisi, respublikanın əməkdar həkimi

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

27 Avqust 2010 - 33

B.Ə.Nəbiyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
B.Ə.Nəbiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
"Sosial iş" ixtisası üzrə yenidənhazırlanma təhsilinin təşkili barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Çoxşaxəli fəaliyyətin istiqamətləri
 
Daha 500 məktəbin vahid təhsil şəbəkəsi vasitəsilə İnternetə çıxışı təmin ediləcəkdir
 
Xarici ölkələrin nüfuzlu  ali məktəblərinə qəbul olunan tələbələrlə görüş keçirildi
 
Türk dünyası Riyaziyyat Cəmiyyətinin IV konqresi Bakıda keçiriləcək
 
Təhsil naziri Almaniya-Azərbaycan Forumunun sədrini və Bundestaqın deputatını qəbul edib
 
Təhsil naziri İraqın Azərbaycandakı səfiri ilə görüşüb
 
Azərbaycan Dillər Universitetinin layihəsi Avropa İttifaqının TEMPUS üzrə müsabiqəsində qalib gəlib
 
Sabah bu gündən başlanır
 
Xalqın sevgisini qazanmış sənətkar
 
2010-2011-ci dərs ili qarşısında
 
İlk peşə-ixtisas təhsilinin statusunun yüksəldilməsinə hər bir peşə təhsili müəssisəsi öz töhfəsini verməlidir
 
Yeni dərs ilinə hazırlıq işləri görülür
 
Pedaqoji şura: idarəetmə və əlaqələndirmə forması
 
Ali məktəbə qəbul olmuş tələbələrlə görüş
 
Şagirdlərdə idarəetmə vərdişlərinin formalaşdırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin əhəmiyyəti
 
Fəal təlim yaradıcı axtarışlar tələb edir
 
60 il əvvəl I sinfə gedən yol
 
Təbiəti qoruyaq
 
Uşaqların gigiyenası: sağlamlığın vacib şərti
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Yeni planetar sistem kəsf olunub
 
"Orta ümumtəhsil məktəbin idarə edilməsinin əsas istiqamətləri"
 
"Qoruq və yasaqlıqlarımız"
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov