Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

27 Avqust 2010 - 33

 

Azərbaycanın Milli Qəhrəmanları

Bookmark and Share

Güləliyev Oqtay Güləli oğlu              

1962-ci il noyabrın 10-da Laçın rayonunun Xaçınyalı kəndində anadan olmuşdu. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılmışdı. O, 1989-cu ildə Poltava Kooperativ İnstitutunun Bakı filialının iqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirərək, Laçın Rayon Daxili İşlər Şöbəsində pasport bölməsində baş inspektor, sonra isə polis rotasının komandiri təyin olunmuşdu. Məlum "Daşaltı əməliyyatı" zamanı rotası erməni işğalçılarının mühasirəsinə düşmüşdü. Oqtay 80 nəfər əsgərimizi təhlükəsiz zonaya çıxarmağa müvəffəq olmuşdu. 1992-ci il sentyabrın 19-da o, Laçın dəhlizində - əvvəlcə Hocaz kəndini, sonra isə "Nərgiz" yüksəkliyini ələ keçirmək planı hazırlayaraq, rotası ilə birlikdə düşmənin canlı və hərbi texniki qüvvəsini məhv etmişdi.

O. Güləliyev rotası ilə Sus və Qızılca kəndlərındən keçib Hocaz kəndinə dönərkən yenidən mühasirəyə düşmüşdü. O, yoldaşlarını bu çətin vəziyyətdən xilas edərək, təhlükəsiz yerə keçirsə də, özü qəhrəmancasına həlak olub.

Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-cü il tarixli 599 nömrəli Fərmanı ilə Güləliyev Oqtay Güləli oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub.  

Hacıyev Etibar Firudin oğlu 

1971-ci il fevralın 5-də Qərbi Azərbaycanın Vardenis rayonunun Zod kəndində anadan olmuşdu. Orta məktəbi bitirdikdən sonra bir müddət sovxozda işləmişdi. Etibar 1988-ci ildə ailə üzvləri ilə  birlikdə Kəlbəcər rayonuna pənah gətirmişdi. 1989-cu il iyunun 13-də əsgəri xidmətə çağırılmış və Perm şəhərində hərbi xidmətini başa çatdıraraq ailə üzvlərinin sonradan məskunlaşdığı Xanlar (Göygöl) rayonuna gəlmişdi. 1992-ci ildə E.Hacıyev könüllü olaraq Milli Ordu sıralarına yazılaraq, torpaqlarımızı erməni işğalçılarından müdafiəyə qalxmışdı. Böyük Canbar, Kiçik Canbar, Buzlaq, Erkəc kəndlərinin düşmən tapdağından azad edilməsində xüsusi fəallıq göstərmişdi.

E.Hacıyev 1992-ci il iyunun 15-də Goranboy rayonunda Ağcakənd kəndinin azad edilməsi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 nömrəli Fərmanı ilə Hacıyev Etibar Firudin oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Xanlar (Göygöl) rayonundakı Şəhidlər xiyabanında dəfn olunub. Həmin rayonun Yeni Zod kəndindəki küçələrdən biri onun adını daşıyır. 

Hacıyev Əlif Lətif oğlu 

1953-cü il iyunun 24-də Xocalı şəhərində anadan olmuşdu. 1970-ci ildə orta məktəbi bitirdikdən sonra sürücülük peşəsinə yiyələnmişdi. O, 1971-ci ildə ordu sıralarına çağırılmış və hərbi xidmətini Minsk şəhərində keçmişdi. 1974-1984-cü illərdə Belorusiya DİN-in və Azərbaycan SSR  DQMV-nin daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışmışdı. Əlif 1976-cı ildə SSRİ  DİN-in Frunze adına Xüsusi Orta Milis Məktəbinə daxil olmuş, 1979-cu ildə həmin məktəbi bitirmiş və 1981-ci ildə təhsilini SSRİ  DİN-in Akademiyasında davam etdirmişdi. 1990-cı ildə o, Xocalı şəhər təyyarə limanı xətt daxili işlər bölməsinə rəis təyin olunmuşdu. 1991-ci ildə ona mayor rütbəsi verilmişdi.

Ə.Hacıyev 1992-ci il fevralın 26-da işğalçı erməni silahlı qüvvələrinin Xocalı şəhərinə hücumu zamanı qəhrəmancasına həlak olub.

Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 nömrəli Fərmanı ilə mayor Hacıyev Əlif Lətif oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Paytaxtın Nizami rayonundakı küçələrdən biri onun adını daşıyır. 

Hacıyev Fikrət Əli oğlu 

1964-cü il mayın 19-da Goranboy rayon

unun Qızılhacılı kəndində anadan olmuşdu. 1978-ci ildə kəndlərindəki məktəbin səkkizinci sinfini bitirərək, Gəncə şəhərindəki texniki peşə məktəbində elektrik çilingəri sənətinə yiyələnib. Fikrət 1982-ci ildə Goranboy Rayon Hərbi Komissarlığı tərəfindən əsgəri xidmətə çağırılıb. Hərbi xidmətini Ufa şəhərində başa çatdıraraq Vətənə dönmüşdü. O, Bakı Kooperativ Texnikumuna daxil olaraq, təhsilini uğurla başa çatdırmışdı.

1991-ci ilin sonlarında könüllü olaraq Qarabağa - cəbhəyə yollanmışdı. Goranboy özünümüdafiə batalyonunun tərkibində Şəfəq, Zeyvə, Qaraçinar və digər məntəqələrin erməni işğalçılarından müdafiəsində fəal iştirak etmişdi.

F.Hacıyev Goranboy döyüşlərində igidliklə vuruşub və 1992-ci il mayın 5-də qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə Hacıyev Fikrət Əli oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Goranboy rayonunun Qızılhacılı kənd qəbiristanlığında dəfn olunub. Ballıqaya kənd orta məktəbi onun adını daşıyır. Büstü qoyulub. 

Həbibov Rəfael Hacı Şərafət oğlu 

1964-cü il aprelin 20-də Əli Bayramlı (indiki Şirvan) şəhərındə anadan olmuşdu. 1981-ci ildə şəhər 14 nömrəli orta məktəbi bitirdikdən bir il sonra hərbi xidmətə çağırılmışdı. 1984-cü ildə Baltik qoşunlarında hərbi xidmətini başa  çatdıraraq, Kaunas Gizirlər Məktəbinə daxil olmuşdu. Məktəbi bitirdikdən sonra Kutaisi ətrafındakı hərbi hissələrdən birinə göndərilmişdi. O, 1988-ci ildə Bakıya dönmüşdü. 1992-ci ildə Milli Ordunun ilk zabitlərindən olmuşdu. Rəfael 1992-ci il mayın 23-də bir leytenant kimi Qarabağa - döyüş bölgəsinə göndərilmişdi. Təzəkənd, Narıştar, Zod, Ala Qaya, Çərəktar, Ağdaban, Çapar kəndləri ugrunda gedən döyüşlərdə fəal iştirak etmişdi.

R.Həbibov Kəlbəcər uğrunda gedən döyüşlərdə böyük igidlik göstərərək, 1992-ci il iyulun 7-də qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 nömrəli Fərmanı ilə leytenant Həbibov Rəfael Hacı Şərafət oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Əli Bayramlı şəhər qəbiristanlığında dəfn olunub. Təhsil aldığı 14 nömrəli orta məktəb onun adını daşıyır. Büstü qoyulub. 

Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya
Mərkəzinin materialları əsasında
hazırladı: Ədalət DAŞDƏMİRLİ

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

27 Avqust 2010 - 33

B.Ə.Nəbiyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
B.Ə.Nəbiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
"Sosial iş" ixtisası üzrə yenidənhazırlanma təhsilinin təşkili barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Çoxşaxəli fəaliyyətin istiqamətləri
 
Daha 500 məktəbin vahid təhsil şəbəkəsi vasitəsilə İnternetə çıxışı təmin ediləcəkdir
 
Xarici ölkələrin nüfuzlu  ali məktəblərinə qəbul olunan tələbələrlə görüş keçirildi
 
Türk dünyası Riyaziyyat Cəmiyyətinin IV konqresi Bakıda keçiriləcək
 
Təhsil naziri Almaniya-Azərbaycan Forumunun sədrini və Bundestaqın deputatını qəbul edib
 
Təhsil naziri İraqın Azərbaycandakı səfiri ilə görüşüb
 
Azərbaycan Dillər Universitetinin layihəsi Avropa İttifaqının TEMPUS üzrə müsabiqəsində qalib gəlib
 
Sabah bu gündən başlanır
 
Xalqın sevgisini qazanmış sənətkar
 
2010-2011-ci dərs ili qarşısında
 
İlk peşə-ixtisas təhsilinin statusunun yüksəldilməsinə hər bir peşə təhsili müəssisəsi öz töhfəsini verməlidir
 
Yeni dərs ilinə hazırlıq işləri görülür
 
Pedaqoji şura: idarəetmə və əlaqələndirmə forması
 
Ali məktəbə qəbul olmuş tələbələrlə görüş
 
Şagirdlərdə idarəetmə vərdişlərinin formalaşdırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin əhəmiyyəti
 
Fəal təlim yaradıcı axtarışlar tələb edir
 
60 il əvvəl I sinfə gedən yol
 
Təbiəti qoruyaq
 
Uşaqların gigiyenası: sağlamlığın vacib şərti
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Yeni planetar sistem kəsf olunub
 
"Orta ümumtəhsil məktəbin idarə edilməsinin əsas istiqamətləri"
 
"Qoruq və yasaqlıqlarımız"
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov