Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabe 2014 - №42

 

"Kamançanı dünyaya  tanıdacağam"

 

Şükür Ömərli  2000-ci ildə Ağsu rayonunda anadan olub.  Bakıdakı Rauf Hacıyev adına 15  nömrəli  Onbirillik Musiqi Məktəbində Svetlana Əliyevanın   sinfində kamança dərsləri alır. Sənət yolunda  ilk addımlarını atan  yeniyetmənin qazandığı nailiyyətlər onu sevdiyi sənətə bir daha  bağlayıb. 2011-ci ildə  Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin keçirdiyi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan milli musiqi alətləri ifaçılarının respublika festivalında  uğurlu  çıxışına görə  III dərəcəli diploma layiq görülüb. 2012-ci ildə  Mədəniyyət və Turizm Nazirliyinin  Bülbül fondu, Təhsil Nazirliyi və  Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin keçirdiyi Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti Bülbülün anadan olmasının 115 illik yubileyinə həsr olunan milli musiqi alətləri ifaçıları və xanəndələrin I müsabiqəsində I dərəcəli, 2013-cü ildə  ümummilli lider Heydər Əliyevin  90 illik yubileyinə həsr olunan  gənc ifaçıların II Respublika müsabiqəsində II dərəcəli  diplom qazanıb. Həmin ildə Üzeyir Hacıbəyli adına V Beynəlxalq musiqi festivalında  iştirak edib. Gənc istedad  xalq artisti Zəhra Quliyevanın rəhbərlik etdiyi  "İstedad" mərkəzinin üzvüdür.  Ş.Ömərli  2014-cü ildə Moskvada keçirilən ''Zimnaya Karusel'' adlı Beynəlxalq internet müsabiqəsində Qran-priyə layiq gorülüb. O, Mədəniyyət və  Turizm Nazirliyinin təşkil etdiyi usaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının III Respublika müsabiqəsində də I dərəcəli diploma, Azərbaycan Respublikasının Ailə, Qadın və Usaq Problemləri üzrə Dövlət Komitəsinin təskil etdiyi "İstedadlı Usaqlar Festivalı-2014"-də qazandığı ugurlarına görə diploma, Moskvada keçirilən V.Spivakov  adına XI Beynəlxalq festivalda və Çelyabinsk şəhərində  "Dostluğun ipək yolu: mədəniyyətlərarası dialoq" adlı layihə çərçivəsində keçirilən festivallarda uğurlu çıxışlarına görə diplom və fəxri fərmana  layiq gorülüb.  

O, kamançanın incəliklərini ona öyrədən  Svetlana Əliyevaya və təhsil aldığı 67 nömrəli  tam orta məktəbin direktoru  İradə Bayramovaya, məktəbin  pedaqoji kollektivinə təşəkkür edir, istedad və bacarığının  üzə çıxarılmasında əməyi olan hər bir kəsə borclu olduğunu söyləyir. Qeyd edək ki, Daşkənd şəhərində ilk dəfə olaraq gənclər arasında "Ana yurdun ahəngləri" adlı beynəlxalq xalq çalğı alətləri müsabiqəsi keçirilib. Ölkəmizi təmsil edən Ş.Ömərli kiçik yaş qrupunda 1-ci yeri qazanaraq diplomla mükafatlandırılıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov