Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Noyabr 2014 - №44

 

Breyn-rinqin noyabr ayının ikinci seçim oyunu

 

Noyabrın 9-da təsisçisi Təhsil Nazirliyi olan "Bilik kuboku" uğrunda breyn-rinq  intellektual yarışının növbəti oyunu keçirilib. Oyun  noyabrın sonunda ayın çempionu adını qazanmaq üçün baş tutacaq görüşün ikinci finalçısını müəyyənləşdirib. Digər görüşlər kimi bu oyun da "Baku Crystal Hall"da keçirilib və AzTV kanalı ilə yayımlanıb.

Görüşdən əvvəl  aparıcı DJ Fateh intellektual yarışmanıın təşkilatçılarına və sponsorlarına minnətdarlığını bildirib və qaydalarını xatırladıb. Oyun iki seçim və iki final görüşündən ibarət olub. İlk seçim görüşündə "Sumqayıt" və "Qəbələ" komandaları qarşılaşıblar. Sumqayıtlılar tam qələbə qazanıblar: 5:0. İkinci görüş  "Parabellum" ilə "Mingəçevir" arasında olub. "Parabellum" da rəqibini eyni hesabla (5:0) məğlubiyyətə uğradıb. Seçim oyunlarından sonra baş tutan final görüşləri isə həm "Sumqayıt"ın, həm də "Parabellum"un  güclü  komandalar olduğunu göstərib: ilk final görüşündə "Sumqayıt" (5:2), ikinci final görüşündə isə "Parabellum" (6:3) qalib gəlib. Ona görə də ayın ikinci finalçısını müəyyənləşdirmək üçün əlavə suala ehtiyac yaranıb.  Həmin sualı tez və düzgün cavablandıran "Sumqayıt" daha güclü olduğunu sübut edib və  ayın birinciliyi oyununa vəsiqə qazanıb. Qeyd edək ki, ayın qalibi həm oyunların baş sponsoru olan "Nar Mobile"nin data kartlarını mükafat olaraq alır, həm də intellektual yarışmanın finalında oynamaq hüququ qazanır. Xatırladaq ki, dekabrın 14-də keçiriləcək finalda sentyabr, oktyabr və noyabr aylarının qalibləri iştirak edəcəklər. 

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov