
Bakı Slavyan Universitetinin (BSU) “Konstitusiya və Suverenlik İli” üzrə Fəaliyyət Planı çərçivəsində Bolqarıstanın ən böyük ali təhsil müəssisələrindən biri olan Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində professor-müəllim heyəti və tələbələrin iştirakı ilə mühazirə keçirilib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, rektor Anar Nağıyev “Azərbaycan regional lider və strateji tərəfdaş kimi” mövzusunda çıxış edərək yerli tələbələrin suallarını cavablandırıb.
Sofiya Universitetinin tədris məsələləri üzrə prorektoru professor M.Donava mühazirənin aktuallığını vurğulayaraq, Azərbaycanın artan beynəlxalq nüfuzu və BSU ilə qurulan əməkdaşlığın əhəmiyyətindən danışıb.
Tədbir zamanı Anar Nağıyev Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanının regional və qlobal müstəvidə uğurlarından bəhs edib, beynəlxalq əlaqələr sistemindəki artan rolu və həyata keçirilən strateji layihələr barədə ətraflı məlumat verib. O bildirib ki, qədim İpək Yolunun üzərində yerləşən Azərbaycan bu gün də Şərqlə Qərbi birləşdirən əsas logistika və enerji mərkəzi kimi çıxış edir.
Rektor, həmçinin Zəngəzur dəhlizinin açılmasının regional əməkdaşlıq və iqtisadi inteqrasiya baxımından böyük əhəmiyyət daşıyacağını bildirib.
A.Nağıyev çıxışında Azərbaycanın qlobal problemlərin müzakirəsində və həllində fəal iştirakını xüsusi vurğulayıb.
“Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə verməklə yanaşı, Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirib. Avropa İttifaqı ilə 2022-ci ildə imzalanmış anlaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycanın Avropaya qaz ixracının ikiqat artırılması istiqamətində mühüm addımlar atılır. Bu prosesdə Azərbaycanın Balkan regionu ilə əməkdaşlığı da xüsusi rol oynayır”, - deyə qeyd olunub.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər