
Qarabağ Universitetinin 3 tələbəsi ACCA FA imtahanından yüksək nəticə əldə edərək böyük uğura imza atıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, universitetin “Maliyyə” ixtisasının (SABAH qrupları) tələbəsi İman Zərbiyev imtahandan 94% nəticə əldə edib.
Eyni qrupdan olan tələbələrimizdən Rauf Pənciyev 86%, Rüfət Qafarlı isə 70% nəticə göstərib.
ACCA – "Chartered Certified Accountants Association" aparıcı beynəlxalq mühasibat orqanıdır. ACCA beynəlxalq səviyyədə tanınan və 170 ölkədə 500 mindən çox üzv və tələbəsi olan orqanıdır. Bu kvalifikasiya mühasibatlıq və maliyyə sahəsində qlobal standartları müəyyənləşdirir və işçilərin bütün biznes sahələrində bacarıqlarını təsdiqləyir. ACCA Avropa Birliyi və BMT-yə üzv dövlətlərdə tanınır.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər