
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən “Sənətin varsa, Sənədin olacaq!” layihəsi çərçivəsində “Avtomobil mühərriklərinin yığıcısı” peşə ixtisası üzrə bacarıqların qiymətləndirilməsi həyata keçirilib.
Agentlikdən “Azərbaycan müəllimi”nə bildirilib ki, sözügedən peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi üzrə nəzəri imtahanda uğur qazanan namizədlər praktiki imtahan üçün “MAGAVTO” MMC-nin istehsalat bazasına dəvət olunublar.
TKTA nümayəndəsinin sədrlik etdiyi Qiymətləndirmə Komissiyasının tərkibində işəgötürən tərəfin nümayəndəsi “MAGAVTO” MMC-nin direktor müavini Paşa Qasımov, sahə üzrə müstəqil ekspert qismində isə təlimçi-ekspert Elvar Baxşiyev iştirak edib.
İmtahanların keçirilməsində əsas məqsəd əhalinin sosial müdafiəsinin gücləndirilməsi, onların rifahının artırılması, həmçinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi və əmək bazarına inteqrasiyasına dəstək verməkdən ibarətdir.
Yekunda, qiymətləndirmə prosesində uğurlu nəticə göstərmiş ərizəçilər “Avtomobil mühərriklərinin yığıcısı” peşə ixtisası üzrə əmək fəaliyyətinə başlamaq hüququ verən müvafiq sənədlə təltif olunublar.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər