
Bakı Ali Neft Məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Kiçik və orta biznesin (KOB) gələcəyi: potensial, çağırışlar və innovativ həllər” mövzusunda III BANM Biznes-forumu keçirilib.
BANM-dən “Azərbaycan müəllimi”nə bildirilib ki, açılış nitqi ilə çıxış edən rektor Elmar Qasımov rəhbəri olduğu ali məktəbin biznes və elm arasında körpü rolunu oynadığını, bu cür forumların isə ali təhsil müəssisəsinin strateji inkişaf planlarında xüsusi yer tutduğunu deyib.
KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov, “BERC&Partners”in həmtəsisçisi və biznes üzrə ekspert Kənan Ağayev və Mərkəzi Asiya Universitetinin (CAU) Biznes fakültəsinin dekanı Odiljon Abdurazzakov çıxış ediblər.
Çıxışlarda ölkədə KOB sektorunun inkişafının iqtisadiyyatın şaxələndirilməsi, məşğulluğun artırılması və innovasiyaların təşviqi baxımından vacibliyi vurğulanıb. Həmçinin KOB-ların üzləşdiyi əsas çağırışlar, rəqabət qabiliyyətinin artırılması və dövlət dəstəyi barədə fikirlər səsləndirilib.
Daha sonra forum çərçivəsində panel sessiyalar təşkil olunub. SOCAR-ın Strateji idarəetmə və innovasiyalar departamentinin rəis müavini Təbriz Əmmayev və “Veysəloğlu” Şirkətlər Qrupunun korporativ kommunikasiyalar direktoru Sənubər Nəzərova moderator qismində çıxış ediblər.
Sessiyalarda müxtəlif sahələr üzrə mütəxəssislər KOB-ların rəqabət qabiliyyətinin artırılması, idarəetmə modelləri, maliyyə alətləri və rəqəmsal transformasiya mövzularında fikir mübadiləsi aparıblar.
BANM-in Biznesin idarə edilməsi kafedrasının müdiri Altay İsmayılov, “BERC&Partners”dən Kənan Ağayev və KOBİA-nın şöbə müdiri Altun Yasinli KOB mühitinin təkmilləşdirilməsi və bu sahədəki çağırışlara toxunublar. Eləcə də Azərbaycan Fintex Assosiasiyasının icraçı direktoru Azər Əkbərov və insan resursları üzrə ekspert Mübariz Şahbazlı texnoloji trendlər, “FinTech” imkanları və KOB-larda insan kapitalının önəmini iştirakçılarla bölüşüblər.
Biznes-forum BANM, KOBİA və “BERC&Partners” tərəfindən birgə təşkil olunub.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər