
2025-ci ilin aprel ayından etibarən Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi (MDM) tərəfindən 2024–2025-ci tədris ilində ümumi təhsil müəssisələrində metodik xidmətin təşkili ilə əlaqədar monitorinqə başlanılıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, monitorinqin əsas məqsədi metodistlərin fəaliyyətinin effektivliyini dəyərləndirmək, metodik xidmətin təşkili prosesini necə həyata keçirdiklərini izləmək, müəllimlərlə birgə formalaşdırdıqları öyrədici və sağlam-psixoloji mühiti təhlil etmək, eləcə də metodiki ehtiyacları müəyyənləşdirərək metodiki dəstək göstərməkdir.
Bu məqsədlə ARTİ MDM əməkdaşları tərəfindən ümumi təhsil müəssisələrində fəaliyyət göstərən metodistlərlə görüşlər təşkil olunub. Görüşlər zamanı sənədləşmə və gündəlik planlaşdırma prosesi, qarşıya çıxan çətinliklər və onların həlli yolları, gələcək fəaliyyətlərlə bağlı planlar müzakirə edilib.
Bundan əlavə, həm metodistlərin, həm də onların əməkdaşlıq etdiyi müəllimlərin dərsləri müşahidə edilib. Müşahidələrdən sonra metodistlər tərəfindən müəllimlərə verilən əks-əlaqə prosesi əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilib. Eyni zamanda, metodik görüşlər və təlimlər də müşahidə olunub.
Monitorinqdən sonra bütün proseslərlə bağlı müşahidələr metodistlərlə müzakirə edilib, onların fəaliyyətinin güclü və inkişaf etdirilməli olan tərəfləri üzrə tövsiyələr verilib.
Bildirilir ki, metodik xidmətin təşkili üzrə metodistlərin fəaliyyətlərinin monitorinqi hazırda digər ümumi təhsil müəssisələrində də davam etdirilir.
1 /11
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər