
Fizika fənni üzrə Respublika fənn olimpiadalarının final turunda iştirak edən aşağı və yuxarı yaş qrupu şagirdlərinin yazı işlərininin yoxlanılması prosesi yekunlaşıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, şagirdlər portal.edu.az platformasında şəxsi kabinetlərinə daxil olaraq ilkin nəticələrlə tanış ola bilərlər.
Koordinasiya prosesində (yazı işlərinə baxış) iştirak etmək istəyən şagirdlər 2 may saat 09:00-15:00 intervalında Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinə (F.Xoyski, 109. N.Nərimanov metrosunun yaxınlığı) yaxınlaşmalıdırlar.
Koordinasiya növbəlilik prinsipləri əsasında təşkil ediləcək. İştirak üçün şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.
Keçiddən istifadə edərək finalda istifadə olunmuş tapşırıqların həlləri ilə tanış ola bilərsiniz:
Aşağı yaş qiymətləndirmə meyarları (nəzəri və təcrübi imtahanlar)
Yuxarı yaş qiymətləndirmə meyarları (nəzəri və təcrübi imtahanlar)
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər