Bütün xəbərlər
9 oktyabr, 10:55

Oktyabrın 8-də Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Xalq artisti Mənsum İbrahimov və sənətkarın 65 illik yubileyi çərçivəsində Naxçıvanda konsert proqramı ilə çıxış edəcək nümayəndə heyəti ilə görüşüb.

“Azərbaycan müəllimi” xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Xalq artisti Elçin Həşimov, Əməkdar artistlər Elnur Əhmədov, Nuriyyə Hüseynova, Təyyar Bayramov, Elnur Zeynalov, Muğam Televiziya müsabiqəsinin qalibi Güllü Muradova, həmin müsabiqənin laureatı Gülzar Fərəcova və universitetin rəhbər şəxsləri iştirak ediblər.

Rektor Elbrus İsayev qonaqları salamlayıb, dəvəti qəbul edib iştirak etdikləri üçün təşəkkürünü bildirib. Rektor "Şöhrət" və "Şərəf" ordenli, professor Mənsum İbrahimovu 65 illik yubileyi münasibətilə təbrik edib, sənətkarın Azərbaycan muğam sənətinin inkişafında müstəsna xidmətlərindən bəhs edib. Elbrus İsayev Xalq artistinin dəfələrlə univeritetdə qonaq olduğunu xatırladıb, dəyərli sənətkarın professor-müəllim heyəti ilə görüşüb və universitetin konservatoriyasında kadr hazırlığında  təmənnasız dəstək olduğunu, ustad dərsləri keçdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, Mənsum İbrahimovun Azərbaycan muğamının inkişafında xüsusi xidmətləri var və onun zəngin ifaçılıq məktəbi, ustad sənətkarın yetişdirdiyi gənc xanəndələr milli musiqi mədəniyyətimizin gələcəyi üçün xüsusi əhəmiyyət daşıyır.

Görüşdə ali təhsil ocağının kolektivi adından çıxış edən natiqlər Azərbaycan musiqisinin canlı əfsanəsi, Prezident mükafatçısı, Azərbaycan Milli Konservatoriyasının professoru, Muğam kafedrasının müdiri Mənsum İbrahimov ilə ali təhsil ocağındakı görüşün xüsusi və yaddaqalan tarix olduğunu bildiriblər.

Xalq artisti Mənsum İbrahimov görüşdən məmnunluğunu ifadə edib, ölkəmizdə hər zaman mədəniyyət, incəsənət xadimlərinə xüsusi diqqətin, dövlət dəstəyinin olduğunu vurğulayıb. ”Muğam mədəniyyət musiqisidir və biz sənətdə illərdir ölkəmizin, Qarabağın səsi olduq”, – deyə qeyd edən sənətkar ali təhsil müəssisəsində belə bir görüşün təşkilindən çox şad olduğunu diqqətə çatdırıb.  Qalib ölkənin ifaçılarının yetişdirilməsində pay sahibi olmağın böyük qürur olduğunu söyləyən Mənsum İbrahimov: “Məni Naxçıvana bağlayan  çox böyük dəyərlər var”,– deyə qeyd edib. 

Rektor Elbrus İsayev universitetdə milli dəyərlərimizin və onu yaşadan sənətkarların hər zaman əsas tutulduğunu bildirib  və ali təhsil ocağının Elmi Şurasının qərarı ilə böyük sənətkar Mənsum İbrahimova “Naxçıvan Dövlət Universitetinin Fəxri professoru” diplomunu təqdim edib, görüşdən xatirə olaraq Azərbaycan milli musiqi alətlərinin yağlı boya ilə çəkilmiş rəsm əsərini hədiyyə edib.

Qeyd edək ki, Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı və dəvəti ilə gün sonunda Heydər Əliyev Sarayında Xalq artisti Mənsum İbrahimovun 65 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim olunub.

1 /13

Şərhlər

Xəbər lenti

9 oktyabr, 15:09

Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlandı

9 oktyabr, 15:02

“Peerstack Academy”də 3-cü kohort üzrə ilk dərs keçilib

9 oktyabr, 14:48

Paytaxt məktəbində bir ilk: QR kitabxana yaradılıb

9 oktyabr, 14:48

Azərbaycan elminin beynəlxalq elmi mühitə inteqrasiyasında yeni istiqamət

9 oktyabr, 14:31

Fizika İnstitutunda su ehtiyatlarının idarə olunmasına dair görüş keçirilib

9 oktyabr, 14:27

Qarabağ Universitetinin “Enactus” komandası “dünyanı dəyişən gənclər” sırasında – Tələbələrin təəssüratları

9 oktyabr, 14:20

İqlim dəyişikliyinin təhsil sisteminə təsiri: Çağırışlar və həll yolları

9 oktyabr, 13:46

Bakı Avrasiya Universitetində "Miqrasiya qaydaları"mövzusunda tədbir keçirilib 

9 oktyabr, 13:40

Naxçıvanda  25 icma əsaslı məktəbəqədər qrup yaradılıb

9 oktyabr, 13:25

Süni intellekt dövründə təhsil: gələcəyə necə hazırlaşmalıyıq?

9 oktyabr, 13:07

“Səsimi dostum kəşf etdi” – Retro mahnıların vurğunu

9 oktyabr, 12:49

3 yaşadək uşaqlar hansı halda icma qruplarına qəbul oluna bilərlər?

9 oktyabr, 12:22

11 tələbəmiz Türkiyədə təqaüdlə təhsil alacaq

9 oktyabr, 12:00

MDU-da startapçı tələbələrlə görüş keçirilib

9 oktyabr, 11:54

ADNSU-da Elm və Davamlılıq Konfransı keçiriləcək

9 oktyabr, 10:48

ADNSU tələbələri Beynəlxalq Astronavtika Konqresində ölkəmizi uğurla təmsil ediblər

9 oktyabr, 10:40

“Bu layihə qadınlara iş yeri, uşaqlara təhsil verir” – MÜSAHİBƏ

9 oktyabr, 10:37

MDU və Səmərqənd Dövlət Universiteti əməkdaşlıq istiqamətlərini müzakirə edib

9 oktyabr, 10:31

ADNSU-da 7-ci Beynəlxalq Avrasiya Risk konfransı keçiriləcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.