
Oktyabrın 17-də ADNSU-da Elm və Davamlılıq Konfransı (Science and Sustainability Conference) keçiriləcək.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunub və “Endless Progress” (“Sonsuz Tərəqqi”) şüarı altında baş tutacaq.
Konfrans “Sustainable Economic Development, Science and Innovation Platform” (SEDIP) tərəfindən, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə tərəfdaşlıqda təşkil olunur.
Tədbirin əsas məqsədi elm, innovasiya və davamlı inkişafın inteqrasiyasını gücləndirmək, elmi potensialın iqtisadi və sosial sahələrdə tətbiqinə, həmçinin dövlət, akademiya və özəl sektor arasında əməkdaşlıq imkanlarının genişlənməsinə şərait yaratmaqdır.
Konfransda elmin iqtisadi artıma və dayanıqlı inkişafa təsiri, innovasiya və texnologiyanın sosial rolu, COP29 sonrası Azərbaycanın iqlim öhdəlikləri, sənaye inqilabları fonunda elmin inkişaf istiqamətləri və təhsil sahəsində əməkdaşlıq modelləri kimi mövzular müzakirə ediləcək.
Dövlət qurumlarının, universitetlərin, beynəlxalq təşkilatların və özəl sektorun nümayəndələrinin iştirak edəcəyi tədbirdə elmin davamlı inkişaf məqsədlərinə töhfəsi, akademik sahibkarlığın təşviqi və innovasiya ekosisteminin gücləndirilməsi kimi aktual məsələlər də gündəmdə olacaq. Konfrans Azərbaycanın elmi potensialının inkişafına, elmi tədqiqatların tətbiqinə və elm-siyasət əlaqələrinin möhkəmləndirilməsinə töhfə verməyi hədəfləyir. Konfransda iştirak ödənişsizdir və qeydiyyat açıqdır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər