Xəbər lenti

11 iyun, 15:25

MDU-da ilk: Sənaye nümayəndələri dissertasiya müdafiəsində 

11 iyun, 14:50

Dərsliklərdə yeniliklər olacaq? – RƏSMİ AÇIQLAMA

11 iyun, 14:44

Dəmir yolu nəqliyyatı texnologiyası üzrə milli yarışa qeydiyyat elan olunur

11 iyun, 14:41

Naxçıvanda "Karyera sərgisi 2" keçirilir

11 iyun, 14:34

Növbəti tədris ili üçün neçə dərslik çap olunacaq? – AÇIQLAMA

11 iyun, 14:25

Bakıda keçiriləcək beynəlxalq sammitdə 50-dən çox spiker çıxış edəcək

11 iyun, 14:22

II və III ixtisas qrupları üzrə imtahanda 13 nəfərin nəticəsi ləğv edilib

11 iyun, 14:17

II və III qruplar üzrə ilk cəhddə ən yüksək nəticəni onlar topladı

11 iyun, 14:15

Qəbul imtahanlarının nəticələri elan olundu

11 iyun, 14:05

Müəllimlər qəzaya düşüb, biri vəfat edib 

11 iyun, 13:39

ABŞ ildə 1 milyondan çox tələbə qəbul edir azərbaycanlılar nə qədərdir?

11 iyun, 12:42

Emin Əmrullayev 2-ci “Bir kəmər, Bir yol” konfransında iştirak edir

11 iyun, 12:35

Alman dili üzrə MİQ mövzuları

11 iyun, 12:28

Sabahın hava proqnozu açıqlanıb

11 iyun, 12:00

Xalq artisti Samir Cəfərov NDU-da tələbələrə ustad dərsi keçib

11 iyun, 11:43

Bu il paytaxtda buraxılış siniflərini 80 mindən çox şagird bitirir

11 iyun, 11:35

Milyarder Baffet pul xərcləməyin mənasız olduğu beş şeyin adını açıqladı

11 iyun, 11:30

NDU və İKSAD-ın birgə təşkilatçılığı ilə konqres keçirilib

11 iyun, 11:19

UNEC və Çin universitetləri arasında strateji əməkdaşlıq

11 iyun, 11:12

Yay fəslinin Azərbaycana daxil olacağı vaxt açıqlanıb

Pedaqoji yazılar

Daha çox göstər
Təhsil təbiətin tərəfindədir
10 iyun, 15:20

Təhsil təbiətin tərəfindədir

Müasir dövrdə ekoloji problemlərin artması cəmiyyəti ətraf mühitin qorunmasına daha ciddi yanaşmağa vadar edir. Bu sahədə atılan addımlarda təhsilin rolu xüsusilə diqqətəlayiqdir.Bir çox beynəlxalq araşdırmalar təsdiqləyir ki, insanların ekoloji şüurunun formalaşmasında və mövcud problemlərə qarşı həssaslığın artırılmasında təhsil mühüm yer tutur. Məsələn, Fransada həyata keçirilmiş “Generation 2013” adlı sorğuda dayanıqlı inkişafa dair xüsusi bölmədə gənclərin ekoloji məsələlərə yanaşmasını formalaşdıran amillər təhlil olunub. Araşdırma göstərir ki, gənclərin ekoloji narahatlıqlarına təhsil səviyyəsi, sosial-iqtisadi vəziyyət və coğrafi şərait kimi bir sıra faktorlar mühüm təsir göstərir. “Ətraf mühitin pozulması ilə bağlı problemlərdən hansı sizi daha çox narahat edir?” sualına iştirakçıların cavabları belə olub: “biomüxtəlifliyin qorunmaması, təbii fəlakətlər, məişət tullantılarının artması, su və hava çirkliliyi, iqlim dəyişikliyi və istixana effekti”.Dövlətlər insanların ətraf mühitə münasibətini dəyişdirmək üçün müxtəlif həll yolları axtarır. Məsələn, bərpa olunan enerji mənbələrinin istifadəsinin stimullaşdırılması və ya ətraf mühiti çirkləndirən şəxslərin cərimə olunması qısa müddətdə səmərəli nəticə verə bilər. Amma sosial şüurun və vətəndaş məsuliyyətinin kifayət qədər formalaşmadığı cəmiyyətlərdə bu tədbirlərin təsiri uzunmüddətli olmur. Bu baxımdan təhsil daha stabil və dərin təsirə malik vasitədir. Təhsilin rolu təkcə məlumat verməklə məhdudlaşmır o, həm də insanlarda ətraf mühitə qarşı məsuliyyət hissi, qayğı və gələcəyi düşünmək vərdişi formalaşdırır.Bir çox araşdırmalar sübut edib ki, təhsil ekoloji məsələlərə dair narahatlıqlara və bu narahatlıqlardan qaynaqlanan fərdi ekoloji davranışlara həm birbaşa, həm də dolayı təsir göstərir.Təhsil ilə ekoloji narahatlıq arasındakı əlaqə bir sıra beynəlxalq tədqiqatlarla (məsələn, PISA, Dünya dəyərlər sorğusu (World Values Survey)) ilə təsdiqlənib. Tədqiqatlar sübut edir ki, insanların ətraf mühitə qarşı məsuliyyətli davranması bir çox hallarda onların təhsil səviyyəsi ilə bağlıdır. Məsələn, təhsilli fərdlər ekoloji nəticələri nəzərə alaraq müsbət addımlar ata bilsələr də, bəzən bu davranışlar zərərli vərdişlərlə tarazlaşdırılır. Elə insanlar var ki, iqlim dəyişikliyindən narahat olduqlarına baxmayaraq, hələ də karbon əsaslı yanacaqla işləyən istilik sistemlərindən və ya şəxsi avtomobillərdən istifadə edirlər. Onlar daha çox rastlaşdıqları və xəbərdar olduqları ekoloji problemlərə qarşı həssas olsalar da, digər sahələrdə vərdişlərini dəyişməkdə tərəddüd edə, ziddiyyətli davrana bilərlər.Fransa Statistika İnstitutu (INSEE) tərəfindən həyata keçirilən “Məlumat və gündəlik həyat” sorğusu və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Böyüklərin bacarıqlarının qiymətləndirilməsi proqramı” kimi tədqiqatlar yetkin insanların informasiya və gündəlik həyatla bağlı əsas bacarıqlarını qiymətləndirməyə imkan verir. Bu sorğuların nəticələri göstərir ki, fərdlərin bu bacarıqları müxtəlif coğrafi, sosial və iqtisadi faktorlarla sıx əlaqəlidir:Sosial-təhsil faktorları fərdlərin sosial mənşəyi ilə ölçülür, valideynlərin təhsil səviyyəsi ilə müəyyən edilir. Digər tərəfdən, respondentlərin təhsil təcrübəsi də nəzərə alınır: əldə olunmuş ən yüksək təhsil dərəcəsi, ekoloji məsələlər üzrə təhsilin kifayət qədər olması ilə bağlı subyektiv baxışlar və bu sahədə obyektiv təhsil göstəriciləri.Sosial-iqtisadi faktorlar fərdlərin əmək və sağlamlıq vəziyyətinə aiddir. Məsələn, sağlamlıq problemi olan şəxslər ekoloji vəziyyətə daha çox həssaslıq göstərə bilərlər.Coğrafi faktorlar – insanın əvvəlki və hazırkı yaşayış yeri onun ekoloji şüuruna təsir edə bilər. Bu baxımdan, analizə fərdin uşaqlıq dövründəki yaşayış yeri, uşaqlıqdan böyüklüyə keçiddəki dəyişikliklər və hazırkı yaşayış yeri daxil edilib. Bu ərazilər üç kateqoriyaya ayrılıb: kənd, şəhər və çox sıx urbanizasiya olunmuş ərazi. Həmçinin respondentlərin 11-12 yaşları ilə sorğunun aparıldığı dövr arasında yaşayış yerlərində baş vermiş dəyişikliklər də nəzərə alınıb. Sonda analizdə respondentlərin yaşadığı ərazidə milli park, dəniz qoruğu və ya digər qorunan təbiət ərazilərinin olub-olmaması da nəzərə alınıb.Təhsilin ekoloji şüurun formalaşmasındakı rolu ilə bağlı nəzəri əsaslar və ümumi yanaşmalar kifayət qədər aydın olsa da, bu sahədə həyata keçirilmiş real təcrübələr və tədqiqatlar məsələyə daha praktiki və konkret baxış imkanı yaradır. Müxtəlif ölkələrdəki sorğular, proqramlar və araşdırmalar göstərir ki, təhsilin yalnız nəzəri biliklərlə məhdudlaşması kifayət deyil, onun cəmiyyətin müxtəlif təbəqələrinə və fərqli sosial şəraitlərə təsiri kompleks şəkildə dəyərləndirilməlidir. Məsələn, Finlandiyada məktəb tədris proqramlarında “Outdoor education” (“Açıq havada dərs”) metodu tətbiq edilir. Şagirdlər dərslərin müəyyən hissəsini təbiət qoynunda keçirlər. Bu yanaşma təkcə nəzəri biliklərin deyil, həm də təbiətlə birbaşa əlaqənin formalaşmasına və məsuliyyət hissinin aşılanmasına xidmət edir.Yaponiyada isə məktəblərdə fəaliyyət göstərən ekoklublar vasitəsilə şagirdlər tullantıların çeşidlənməsi, ağacəkmə aksiyaları və enerji qənaəti kimi praktiki fəaliyyətlərə cəlb olunurlar. Bu fəaliyyətlər uşaqlarda ətraf mühitə qarşı fərdi məsuliyyət hissinin yaranmasına səbəb olur.Son illərdə Azərbaycanda da ekoloji maarifləndirmə istiqamətində müəyyən təşəbbüslər həyata keçirilir. 2023-cü ildən etibarən Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Ekoloji biliklər” olimpiadası məktəblilər arasında ekoloji mövzulara marağı artırmaq məqsədi güdür. Bundan əlavə, UNEC və Bakı Dövlət Universiteti kimi ali məktəblərdə ekologiya ixtisaslarına ayrılan qəbul yerlərinin artırılması da bunu təsdiqləyir.Mənbə: “Azərbaycan məktəbi” jurnalı

Təhsil TV - Canlı yayım

Yüklənir

Təhsil TV - Canlı yayım

11 iyun, 10:23
Təhsil TV - Canlı yayım

Yüklənir

Təhsil TV - Canlı yayım

11 iyun, 09:49
Təhsil TV - Canlı yayım

Yüklənir

Təhsil TV - Canlı yayım

11 iyun, 05:04
Təhsil TV - Canlı yayım

Yüklənir

Təhsil TV - Canlı yayım

11 iyun, 01:12

Qəzetin PDF arxivi

Daha çox göstər
6 iyun 2025-ci il, №20 (9126)
10 iyun, 09:53

6 iyun 2025-ci il, №20 (9126)

31 may 2025-ci il, №19 (9125)
2 iyun, 10:34

31 may 2025-ci il, №19 (9125)

24 may 2025-ci il, №18 (9124)
26 may, 10:29

24 may 2025-ci il, №18 (9124)

17 may 2025-ci il, №17 (9123)
19 may, 10:18

17 may 2025-ci il, №17 (9123)

9 may 2025-ci il, №16 (9122)
12 may, 10:07

9 may 2025-ci il, №16 (9122)

3 may 2025-ci il, №15 (9121)
5 may, 10:12

3 may 2025-ci il, №15 (9121)

26 aprel 2025-ci il, №14 (9120)
28 aprel, 10:19

26 aprel 2025-ci il, №14 (9120)

19 aprel 2025-ci il, №13 (9119)
21 aprel, 10:49

19 aprel 2025-ci il, №13 (9119)

12 aprel 2025-ci il, №12 (9118)
14 aprel, 10:11

12 aprel 2025-ci il, №12 (9118)

05 aprel 2025-ci il, №11 (9116)
7 aprel, 10:22

05 aprel 2025-ci il, №11 (9116)

15 mart 2025-ci il, №10 (9116)
17 mart, 10:14

15 mart 2025-ci il, №10 (9116)

08 mart 2025-ci il, №09 (9115)
10 mart, 09:50

08 mart 2025-ci il, №09 (9115)

01 mart 2025-ci il, №08 (9114)
3 mart, 12:09

01 mart 2025-ci il, №08 (9114)

22 fevral 2025-ci il, №07 (9113)
24 fevral, 10:31

22 fevral 2025-ci il, №07 (9113)

15 fevral 2025-ci il, №06 (9112)
17 fevral, 09:41

15 fevral 2025-ci il, №06 (9112)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.