Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

13 Aprel 2012 - №14

 

Dövlət İdarəçilik Akademiyasında "Çin mərkəzi" açılıb

 

Aprelin 10-da Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyinin dəstəyi ilə "Çin mərkəzi"nin açılışı olmuşdur.

AzərTAc xəbər verir ki, DİA-nın rektoru, akademik Urxan Ələkbərov açılış mərasimində mərkəzin iki ölkənin dostluq, mədəniyyət əlaqələrinin möhkəmlənməsinə və oxşar akademiyalar arasında əməkdaşlığın inkişafına təkan verəcəyinə əminliyini bildirmişdir.

DİA ilə Çinin Azərbaycandakı səfirliyi arasında dostluq və əməkdaşlıq əlaqələrinin daim diqqət mərkəzində olduğunu vurğulayan rektor qurulan əlaqələr çərçivəsində akademiyanın altı müəlliminin Çinin dövlət orqanlarında təcrübə keçdiyini, Pekin Milli İdarəçilik Akademiyası ilə mübadilə və əməkdaşlıq haqqında memorandumun imzalandığını diqqətə çatdırmışdır.

DİA-da "Çin mərkəzi"nin açılmasını yüksək qiymətləndirən Çinin ölkəmizdəki səfiri Xun Tşyuin bildirmişdir ki, yeni yaradılmış mərkəz xalqlarımızın bir-birini daha yaxından tanımasına, ölkələrimizin ali təhsil müəssisələri arasında əlaqələrin genişlənməsinə, Çin dilini öyrənməyə marağın artmasına kömək edəcəkdir.

Millətlərin inkişafında təhsilin əhəmiyyətini və müasir dünyada çox dil bilməyin vacibliyini vurğulayan Xun Tşyuin demişdir ki, Çin səfirliyi mərkəzin uğurlu fəaliyyəti ilə bağlı hər cür köməyi göstərməyə hazırdır.

Sonra tədbir iştirakçıları "Çin mərkəzi" ilə tanış olmuşlar.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov